Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Elman Rüstəmov manatın gələcəyindən danışdı

"Uzun fasilədən sonra fevral ayında manatın devalvasiyasını həyata keçirdik. Bunun səbəbi isə o vaxt neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi idi. Xarici ticarət, ödəmə balansımızı bu qiymətlərə uyğunlaşdırmağa çalışdıq".

Bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, AMB manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verməyəcək. Onun sözlərinə görə, valyuta bazarına və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin sürətlə aşağı düşməsi deyil, hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır.

Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz.

"Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin artmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətləri ilə uyğunlaşmasını zəruri edir", deyə Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən bu gün üzən məzənnə rejiminə keçid barədə qərarın qəbul olunduğunu deyən AMB sədri üzən məzənnə haqqında məlumat verib: "Fundamental olaraq, bütövlükdə valyutada əmtəədir, ona tələb və təklif var, dünya bazarlarında onun qiyməti tələb və təklif arasında formalaşır. Buna idarə olunan üzən məzənnə deyirlər".

Mərkəzi Bankın manatın məzənnəsinin istənilən istiqamətdə əhəmiyyətli dərəcədə üzməsinə imkan verməyəcəyini bildirən E.Rüstəmov deyib ki, AMB bunu idarə edəcək: "Çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər. Biz bazardayıq, bu gün ilk auksionumuzu təşkil etdik, yəni biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik, lakin bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcəyik və buna tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacağıq. Bütövlükdə, hesab edirik ki, manatın məzənnəsi banklararası bazarda bankların bir-birinə alqı-satqısı yolu ilə formalaşan qiymətdən də əhəmiyyətli dərəcədə asılı olacaq".

AMB sədri bildirib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması baxımından mühüm önəm kəsb edən sistemdir.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031