Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azay Quliyev: Bu, Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır (MÜSAHİBƏ)

ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyevin Trend-ə müsahibəsi

– Azay müəllim, Kris Smitin “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədi Azərbaycana qarşı ikili siyasətin məntiqli nəticəsi kimi qiymətləndirmək olarmı?

– ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd qəbul olunarsa, ilk növbədə, ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq. Bu layihə açıq-aşkar Azərbaycan xalqına və dövlətçiliyinə qarşı erməni lobbisi tərəfindən hazırlanmış məkrli planın bir hissəsidir. Ona görə də mən inanıram ki, ABŞ Konqresi və bütövlükdə rəsmi Vaşınqton heç bir əsası olmayan, hər iki ölkənin milli çıxarlarına tamamilə zidd olan, deyərdim, hətta təxribat xarakteri daşıyan belə bir sənədi rədd edəcək.

Smitin belə bir təşəbbüslə çıxış etməsinin səbəblərinə gəldikdə isə mən şəxsən burada təəccüblü heç nə görmürəm. Çünki biz hamımız dəqiq bilirik ki, ABŞ-ın erməni lobbisi son illər Azərbaycana qarşı fəaliyyətini intensivləşdirib. Krist Smit də ermənilərin yaxın dostu olaraq antiazərbaycan kampaniyasında fəal rol oynayır və bunu heç özü də gizlətmir. Son iki ildə onun verdiyi bəyanatları incələsək, dediklərimin bir daha şahidi olarıq.

Smitin “Azərbaycan Demokratiya aktı” adlı layihəsi də heç şübhəsiz ki, bu kampaniyanın tərkib hissəsidir və daha çox 1992-ci ildə Azadlığın dəstəklənməsi aktına edilmiş 907-ci düzəlişi xatırladır. Bilirsiniz ki, 907-ci düzəlişə görə Ermənistanın işğalına məruz qalan Azərbaycanı Ermənistana qarşı blokadada və təcavüzdə ittiham edərək ölkəmizə iqtisadi sanksiya tətbiq edilmişdir. ABŞ rəsmiləri hələ də bu bədnam aktın qəbuluna hər hansı bir ağlabatan izahat verə bilmirlər.

– Smitin bu addımı indiki ərəfədə təsadüfdür, yoxsa zərurət?

– Ermənilərin təhriki ilə Smitin belə bir layihə ilə çıxış etməsinin məhz indiki ərəfəyə düşməsi də, məncə, təsadüfi deyil. Birincisi, ona görə ki, bu gündən etibarən İsveçrənin paytaxtı Berndə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox mühüm görüşü başlayır. Bu görüş ərəfəsində ölkəmizin mövqeyini zəiflətmək, danışıqlarda sərgilədiyimiz prinsipial və güzəştsiz siyasətə təsir etmək üçün belə bir layihəni tələm-tələsik Konqresə təqdim ediblər. Bu isə Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır.

Sənədi hazırlayanların insan hüquqları adı altında radikal islamçıları açıq mətnlə müdafiə etmələri onların əsl mahiyyətini ortaya qoyur. Belə çıxır ki, İŞİD-ə qarşı amansız mübarizə aparan Smit nədənsə Azərbaycanda konstitusion hakimiyyəti devirib şəriət üsul-idarəsinin yaradılmasını qarşısına məqsəd qoyan radikal islamçıları müdafiə edir və onları siyasi məhbus adlandırır. Buna nə ad vermək olar?

Bu təşəbbüsün müəllifləri Azərbaycanda QHT-hökumət dialoqunun əleyhinə olduqlarını və bu dialoq nəticəsində əldə olunan müsbət nəticələrdən ciddi narahatlıq keçirdiklərini bir daha nümayiş etdirdilər. Əks halda, Leyla və Arif Yunusların həbsdən azad edildiyi, cinayət işi ilə əlaqədar aparılan araşdırmalara görə bank hesablarına həbs qoyulmuş 10-a yaxın QHT-nin hesabından həbslərin götürüldüyü, Əfv Komissiyasının məhbusların müraciətinə baxdığı bir ərəfədə belə bir təxribat xarakterli layihəni ortaya atmazdılar. Görünür, vətəndaş cəmiyyəti institutları və insan hüquqlarının təminatı sahəsində Azərbaycanın daxilində icra olunan milli mexanizm bunları qətiyyən qane etmir. Onlar bu layihə vasitəsilə Azərbaycan hökumətini qıcıqlandırmaq və atıla biləcək bütün müsbət addımların qarşısını almağı hesablayıblar.

Bu gün Azərbaycanın ABŞ və Qərblə münasibətlərinin korlanmasını istəyən ölkələr və dairələr hamıya məlumdur. Bu qüvvələr özlərinin regiondakı təsirlərini artırmaq və Qərbi birdəfəlik Cənubi Qafqazdan vurub çıxarrmaq üçün hər oyuna əl atırlar. Təsəvvür edin ki, belə bir sənəd qəbul olunur və Azərbaycanın ABŞ-la bütün əlaqələri dondurulur. Regionun aparıcı dövləti olan, kifayət qədər geosiyasi çəkiyə malik olan və Qərbi alternativ enerji ilə təmin edən bir ölkənin Qərblə münasibətlərinin sıradan çıxarılmasına kimin maraqlı olması haqqında isə xüsusi izahata ehtiyac yoxdur.

Hesab edirəm ki, Smitin təqdim etdiyi qanun layihəsinin ədalətsiz və əsassız olmasını bir kənara qoyub, sadəcə yuxarıda qeyd olunan səbəblərə görə ABŞ-ın praqmatik siyasətçiləri və parlament üzvləri bunu birmənalı şəkildə rədd etməlidirlər.

ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkələr olaraq qalmasını istəyən Birləşmiş Ştatların siyasi elitasının müdrik qərar qəbul edəcəyinə inanıram.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031