Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycanın Təhlükəsizlik tarixində dönüş ili

 

 2015-ci ildə dünyanın siyasi və iqtisadi aləmində baş verən hadisələr Azərbaycandan da yan keçmədi. Bu il Azərbaycanda bir çox müsbət amilərlə yanaşı, iqtisadi gərginliklər, polis əməliyyatları ilə yadda qaldı. 

ANS PRESS-in məlumatına görə, ilin ilk ayları Azəraycan və Rusiya arasında münasibətlərin istiləşməsi ilə yadda qaldı.

Azərbaycanın Qarabağ ümidi ilə Rusiyaya yaxınlaşması bəzi Avropa və ABŞ təşkilatlarına mənfi niyyətlərini həyata keçirmək üçün şans verdi. 

Martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Mərasimdə prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi.


TANAP-ın təməl qoyma mərasimi

Siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq Azərbaycan Avropanın ilk oyunlarını keçirdi. 2015-ci il 12 – 28 iyun tarixlərində keçirilən ilk Avropa oyunları Azərbaycanın müstəqillik tarixində qazandığı siyasi və iqtisadi uğurların nümayişi üçün açıq meydana çevrildi. 



Avropa oyunlarının açılış mərasimi

Azərbaycanda keçirilən Avropanın ilk oyunlarına Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan da təşrif buyurdu. Bakı 17 gün davam edən Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdi. 


Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və İlham Əliyevin Bakı görüşü

Elə həmin vaxtlarda Azərbaycan diplomatların siyasi qalmaqaları ilə silkələndiBrüsseldəyerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında Azərbaycan nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri Arif Məmmədov və onunla əlaqəsi olan bəzi diplomatlar qulluq müddətləri başa çatsada ölkəyə qayıtmaq istəmədilər. 

Avqustun 10-da isə Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etməklə insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırdılar. Azərbaycan parlamentində müzakirəyə çıxarılan qətnamə sərt tənqid edildi. 

İl ərzində baş verən gərginliklər 1 noyabrda keçiriləcək parlament seçkilərdən əvvəl Avropanın bəzi təşkilatları Azərbaycana müşahidəçi göndərməməsi ilə müşahidə olundu. Bütün bunlara rəğmən parlament seçkiləri keçirilidi və hakim Yeni Azərbaycan Partiyası(YAP) yenidən qalib gəldi. Seçkilərdən sonra Qərb Azərbaycana təziqlərini bir az azaltdı.


Azərbaycanda parlament seçkiləri (2015)

Avropa ilə münasibətlərimizin gərgin olduğu ildə Azərbaycanın yerləşdiyi regionda da vəziyyət heç də yaxşı olmadı. Regionda Azərbaycan üçün ən önəmli siyasi hadisələrdən biri Rusiyanın İŞİD-lə mübarizəyə başlaması oldu. 

Həmin vaxtda Rusiya Xəzər dənizindən öz hərbi məqsədləri üçün istifadə etməklə bərabər Azərbaycan da daxil olmaqla digər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini ona qoşulmağa dəvət etdi. Bəzi qərb KİV-ləri isə Rusiya qırıcılarının Suriyaya Azərbaycanın hava məkanından uçduğu barədə məlumatlar yaydılar. İlin sonuna yaxın “Azərbaycan Terror qarşı İslam Koalisiyası” na dəvət olundu. 

Redionda Azərbaycanın maraqlarına uyğun olmayan siyasi hadisələrdən biri də Gürcüstanın İran və Rusiya ilə gizli qaz danışıqlarının ortaya çıxması oldu. Həmçinin bu il İranla – ABŞ-ın nüvə razılaşmasından sonra regionda Rusiya – İran – Ermənistan – Gürcüstan siyasi və iqtisadi ittifaqının yaradılmasına cəhd edildi. Prezident İlham Əliyevin Gürcüstan səfəri Azərbaycanın regiondakı siyasi maraqlarına qarşı yaranan təhlükənin zəifləməsi ilə nəticələndi. 


Prezident İlham Əliyevin Gürcüstan səfəri

Elə həmin vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ( 9 noyabr ) Ermənistan səfəri zamanı Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun qaytarılması məsələsi gündəmə gəldi. Azərbaycanla Rusiya arasında yaşanan isti münasibətlər fonunda 7 rayonun qaytarılması ilə bərabər Avrasiya İttifaqına (Aİ) üzvlük məsələsi müzakirə mövzusuna çevrildi.

Amma nə 7 rayon qaytarıldı, nədə ki Azərbaycan Avrasiya İttifaqına daxil oldu. Bütün bu siyasi proseslərin fonunda prezident İlham Əliyev noyabrın 15-16-də Türkiyənin Antalyaşəhərində keçirilən “Böyük İyirmilik” in sammitində iştirakı Azərbaycanın 2015 –ci ildə əldə etdiyi ən böyük siyasi uğurlarından oldu. 


G20 dövlətlərinin ailə fotosu

Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasına ümid qapısı açıldığı bir vaxtda Rusiya və Türkiyə arasında düşmənçilik səviyyəsinə qədər yüksələn qırıcı qalmaqalı baş verdi. Qarabağ münaqişəsinin həllinə təsir edəcək bu hadisə Azərbaycanı Türkiyə və Rusiya arasında çətin vəziyyətdə qoydu. Amma hadisədən sonra Türkiyə rəsmilərinin ölkəmizə səfərləri zamanı Azərbaycan Tükriyəyə açıq dəstəyini nümaiş etdirdi.

Həmçinin Azərbaycan regionda baş verən siyasi çəkişmələrdən istifadə edərək Türkiyədən gələn TIR-ların üzünü ölkəmizə tərəf çevirə bildi. İlham Əliyevin İpək yolunun yenidən dirçəlməsində böyük əhəmiyyətə malik olan Çinə səfəri Azərbaycana yeni siyasi və iqtisadi imkanlar əldə etməsi ilə nəticələndi. Rusiya və Türkiyə arasındakı gərginlikdən istifadə edən Ermənistanın cəbhə xəttində gərginliyi pik həddə çatdırdığı bir vaxtda İsveçrəni Bern şəhərində prezident İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü (19 dekabr ) təşkil edilsə də görüş nəticəsiz başa çatdı. 


Prezidentlərin Bern görüşü

2015-ci ildə Azərbaycan tarixində bir sıra daxili islahatlarla yadda qaldı.

İl ərzində prezident İlham Əliyev Nazirlər Kabinetinin rüblük iclaslarında israfçılıq edən və əhalinin nazrazı qaldığı nazirliklərə və dövlət orqanlarına sərt xəbərdarlıqlar etdi və onları işlərində şəffaflığı qorumağa çağırdı. 


Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr edilmiş iclası

İlin sonuna təxminən 2 ay yarım qalmış yəni – 17 oktyabrda Milli Təhlükəsizlik naziri Eldar Mahmudov12 noyabrda isə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov işində yol verdiyi nöqsanlara görə prezident İlham Əliyevin sərancam ilə vəzifəsindən azad olundular. 

Bu sərəncamdan sonra Eldar Mahmudovun adı telefon dinləmələrində, xarici kəşfiyyat orqanları ilə işbirliyində və sahibkarlardan qanunsuz pul tələb etmə qalmaqlarında hallandı. İlham Əliyevin kadr islahatlarının fonunda 250 nəfər MTN zabiti işdən çıxarıldı və həmçinin 20 –dən çox MTN-çi həbs edildi. 

Daha sonra prezident İlham Əliyevin sərancamı ilə MTN ləğv edildi. “MTN işini” kölgədə qoyan hadisə isə 26 noyabrda Nardaranda baş verdi. Göstərilən tarixdə Daxili İşlər Nazirliyinin polis hissələri Bakının Nardaran qəsəbəsində əməliyyat keçirilidi. 

Əməliyyat zamanı 2 polis əməkdaşı və 5 yerli sakin dünyasını dəyişdi. Polisin həyata keçirdiyi əməliyyatın bəzi qüvvələr tərəfindən siyasiləşdirilməsi, İranın hadisələrə münasibət bildirməsi ilə nəticələndi. Rəsmilərinin açıqlamalarında baş verənlərlə rəsmi Tehranın əlaqəsinin olmadığı vuğulandı. 


Əməliyyatlardan sonra – Nardaran 

İlin sonuna yaxın ABŞ-la münasibətlərdə soyuqluq yaşandı. ABŞ-lı konqresmen Kristofer Smitin Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlaması gərginliyi pik həddə çatdırdı. Azərbaycanda birmənalı qarşılanmayan layihəyə qarşı adekivat cavab kimi Milli Məclisin deputatı Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi layihəsini təklif etdi. Hər iki layhədə ölkələr arasında iqtisadi və siyasi münasibətlərin dondurulması nəzərdə tutulur. 

Ümumilikdə il ərzində baş verən hadisələrin mənzərəsinə nəzər saldıqda 2015-ci ili Azərbaycan üçün heç də müsbət dönəm kimi qiymətləndirmək olmaz. Çünki dünyada baş verən siyasi çəkişmələrin fonunda iqtisadiyyatımıza dəyən ziyan ilin əvvəlində və sonunda devalivasiyalarla müşahidə olundu. Bütün bunlara baxmayaraq Azərbaycan bu il İlk Avropa Oyunları və müstəqillik tarixinin ən böyük hərbi təlimləri ilə adını tarxin səhifələrinə yazdıra bildi. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031