2016-cı ildə Qarabağda müharibə: Moskva cəbhədə…
“2015-ci ildə Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi boyunca gərginliyin yüksək həddə çatması müşahidə olundu. Ekspertlər ehtiyat edirlər ki, 2016-cı ildə “dondurulmuş” münaqişə ocağı oyana bilər”.
Publika.az xəbər verir ki, bunu Avstriyanın “Der Standard” qəzetinin siyasi icmalçısı Markus Bernat yazıb. Müəllif qeyd edir ki, hər iki ölkənin müharibə həddinə gəldiyi müşahidə olunur: “Gündəlik toqquşmalar nəticədə müharibəni başlada bilər. Hər halda buna böyük ehtimal var. Çünki artıq cəbhə xəttində ağır artilleriya ilə düşüb, iriçaplı silahlardan atəş açılır”. Prezidentlərin Bern görüşünə toxunan M. Bernat qeyd edir ki, tərəflər barışıqdan uzaqdırlar. “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa Ermənistan və Azərbaycanın əvvəlki kimi onların vasitəçiliyində maraqlı olduqlarını düşünürlər. Vasitəçilərin bu triosunda ən parlaq iştirakçı məhz Rusiyadır. Lakin erməni siyasətçilər böyük rus qardaşlarına hazırda inanmır. Halbuki Avropa Birliyindən imtina edən Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Amma yenə də ermənilər müharibə başlayacağı təqdirdə Rusiyanın İrəvanın arxasında dayanacağına şübhə lilə yanaşırlar”, – deyə müəllif bildirir. M. Bernat sonda ən təhlükəli iddianı ortaya qoyur. Onun fikrincə, Rusiya Qarabağda müharibəni başlada bilər: “Moskva əvvəlki illərin təcrübəsinə söykənərək, Dağlıq Qarabağda müharibəni başlaya və bundan öz strateji xeyrini götürə bilər”.