Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Yeni ildə Azərbaycanı gözləyən təhlükə

 

 İqtisadiyyatı neftdən asılı olan ölkələr 2016-cı ildə ciddi sınaqlar qarşısında olacaqlar. 

ANS PRESS-in məlumatına görə, bu barədə “Royal Bank of Scotland” bankının ekspertləri bildiriblər. 

Bankın ekspertlərinin proqnozuna görə, enerjidaşıyıcılarına tələbatın azalması və İranın üzərindən sanksiyaların götürülməsi gələn il neftin qiymətini əvvəlcə barrel üzrə 26 dollara, daha sonra isə 16 dollara sala bilər. “Neft qiymətlərinin artıq 2016-cı ilin birinci rübündə kəskin azalmasının riski artmaqdadır”,- deyə “Royal Bank of Scotland” bankının dekabr məruzəsində bildirilir. 

2015-ci ildə Brent neftinin barrelinin ən minimum qiyməti (dollarla)

“Royal Bank of Scotland”ın analitikləri fikirlərini Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatları ilə əsaslandırırlar. BEA-nın məlumatına görə, gələn il neftə qlobal tələbat kəskin azalacaq. Çünki neft anbarları artıq tam dolub. 

Bu xəbəri şərh edən “RBK” (Rusiya) agentliyi MDB-dən bu məsələnin birbaşa Rusiya, Qazaxıstan və Azərbaycana dəxli olduğunu bildirir: “2014-cü ilin iyun ayından Brent neftinin barrelinin qiyməti 3 dəfədən artıq ucuzlaşaraq 2004-cü ilin qiymətinə düşüb – barrel üzrə $35-40 ətrafında dəyişir. Bu müddət ərzində Rusiya rublu dollara nisbətdə iki dəfə ucuzlaşıb. Qazaxıstan və Azərbaycan öz valyutalarını devalvasiyaya uğratdılar”.

Dolların Rusiya rublu ilə müqayisədə bahalaşması

Azərbaycan iqtisadiyyatı üçün yeni təhlükə rublun daha da ucuzlaşmasıdır. Bu gün Rusiya paytaxtında rubl rekord səviyyədə ucuzlaşıb və 1 dollar 72 rubla satılıb. Halbuki, 2014-cü ilin mayında 1 dollar 32 rubla satılırdı. Rus rublunun məzənnəsində müşahidə edilən bu dəyişmə ekspertlərin 1 dolların Rusiyada 125 rubla qədər ucuzlaşa biləcəyi barədə proqnozların gerçəkləşmə ehtimalını artırır. 

Bu isə Rusiyanın tərəfdaşı olan Azərbaycan iqtisadiyyatı üçün təhlükəli perspektivlər vəd edir: Rusiyadan daxil olan pül köçürmələri azalacaq, Azərbaycan məhsullarının Rusiya bazarında rəqabət qabiliyyəti aşağı düşəcək, Rusiyada yaşayan azərbaycanlıların Bakıdakı evlərini sataraq kapitalı Moskva və Sankt-Peterburqa yatırması manata təzyiqləri artıracaq və s. Nəticədə, Azərbaycan Mərkəzi Bankı təkrar devalvasiyaya getməli olacaq. 


Ariel Koen – «Atlantic Council»un böyük eksperti 

ABŞ-lı ekspert, CENRG analitik mərkəzinin direktoru, «Atlantic Council»un böyük ekspertiAriel Koenun fikrincə, neftin barrelinin 100 dollardan yüksək olduğu dövrələr artıq arxada qalıb və 2016-ci ildə heç bir geri qayıdış olmayacaq. Ariel Koen hələ 2008-ci ildə bildirmişdi ki, xammalın durmadan bahalaşması dünya iqtisadiyyatını uçuruma aparır. İndi Koen bildirir ki, dünya iqtisadiyyatı üçün neftin qiymətinin ən optimal ssenarisi 2020-ci ilə kimi barrelin qiymətinin 50 dollara qalxmasıdır.

Azərbaycan hökuməti neftin barrelinin 16 dollara düşə biləcəyi dövrə yaxşı hazırlaşmalıdır. Həm də ölkənin bu məsələ ilə bağlı uğurlu təcrübəsi var. Elə də uzaq olmayan tarixdə – 1990-cı illərdə neftin qiyməti təxminən bu ətrafda dəyişirdi. Onda heç bir valyuta imkanı olmayan Azərbaycan əhalinin güzəranını gündən günə yaxşılaşdırırdı. İndi də bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə, iqtisadiyyatın əsas bəlası olan inhisarçılığı, korrupsiyanı və rüşvətxorluğu aradan götürmək lazımdır. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031