Bolqarıstan Türkiyə sərhədinə min hərbçi göndərir
Bolqarıstan miqrant axını ilə bağlı minə yaxın hərbçisini Türkiyə sərhədinə yerləşdirəcək. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hərbçilər miqrantların ölkəyə buraxılmasının qarşısını almağa çalışacaq.
Buna səbəb 600-dən artıq qanunsuz miqrantın qanunsuz olaraq Türkiyə ərazisinə keçməyə cəhd göstərməsi ilə bağlıdır.