Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

Ətraflı

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

Ətraflı

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

Ətraflı

ABŞ-ın Ermənistandakı səfiri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Ətraflı

Şuşa

ÜMUMİ MƏLUMAT

   

    Şuşa 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Mərkəzi Şuşa şəhəridir. Ərazisi 0.29 min km2, əhalisinin sayı 30,8 min(01.10.2012) nəfərdir. 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.

    İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə(Turşsu), 37 kənd olub. Kəndləri bunlardır – Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar,  Yuxarı Quşçular, Aşağı Quşçular,  Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar,  Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

   Şuşada Dövlət Dram Tеatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tariхi və Şuşa şəhərinin tariхi muzеyləri, Üzеyir Hacıbəyоvun, Bülbülün, Mir Möhsün Nəvvabın хatirə muzеyləri, Azərbaycan Хalçası Dövlət Muzеyinin filialı, Dövlət Rəsm Qalеrеyası, dörd texnikum, iki inistitut filialı, texniki peşə məktəbi, 25 orta məкtəb, оrta və оrta iхtisas musiqi məкtəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 кitabхana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.

   Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.

   Şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon İstehlak cəmiyyəti, Kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon Maddi-texniki  təchizat bazası, Abidələri bərpa idarəsi, Şuşa Tikinti birliyi, Təsərrüfatlar arası tikinti idarəsi, Təmir tikinti idarəsi, Təsərrüfatlar arası təmir tikinti müəssisəsi, Yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı inkişaf etmişdi.

    Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa. rayonundan keçirdi. Şuşa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir. 

   Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa  öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

   Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

   Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

   Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

   Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

   Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü”nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.

   Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır düzü”ndə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009)     

 

COĞRAFİYASI

 

  Ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda -4 °C-dən, -1 °C-yə qədər, iyulda isə müsbət 16-19 °C, illik yağıntı 700-800 mm olur. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar mövcuddur.

   Şuşa üzlük daşı yatağı; ehtiyatları 397 min m3 olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan Şırlan və Turşsu mineral su yataqları erməni separatçılarına qaldı.

    Daşaltı Dövlət Təbiət yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən bu yasaqlıq 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında olan yasaqlıq daha yoxdur, məhv edilib.

    Şuşa rayonunda Qarqar çayının sol sahilində, Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan «Xan mağarası» isə dağıdılıb.

     Şuşa rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1984-86-cı illərdə Şuşa rayonu ərazisində kompleks hidrogeoloji tədqiqatlar aparılmışdı. Nəticədə üst və orta sulu komplekslərin 6 perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilmişdi. Bütövlükdə Şuşa rayonu üzrə içməyə yararlı yeraltı suların ehtiyatı 5,0 min m3/gün təşkil edirdi.(Rövşən Novruzoğlu. GENOSİD…ECOCİD. Bakı, “Adiloğlu” nəşriyyatı-2006)

  

  

  

 

TARİXİ

  

   1747-ci ildə İran şahı Nadir Xorasanda öldürüldükdən sonra onun qılınc gücünə yaratdığı dövlət dağıldı. Mərkəzi hakimiyyət zəiflədi. Səfəvilər dövlətinin ərazisində 20-yə qədər xanlıqlar yarandı. Ərazicə ən böyük xanlıqlardan biri də Qarabağ xanlığı idi. Bu xanlığın əsasını Pənah Əli xan qoymuş və onun mərkəzi şiş uclu dağlar əhatəsində yеrləşən Pənahabad sonralar Qala, Şişə və nəhayət Şuşa adlandırılmışdır. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

    Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında varlı bir ailədə anadan olmuşdur. Pənah xanın əsil-nəsibi Cavanşir elindəndir. Bu tayfa Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi. Pənah xanın atasına İbrahimxəlil ağa, babasına isə Pənahəli bəy deyərmişlər. Bunların hər ikisi Sarıcalı – Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, döyüşlərdə, xüsusilə Nadir şahın apardığı müharibələrdə igidlik göstərmişlər.(Qarabağnamələr. 1-ci kitab. “Yazıçı” B., 1989. səh. 110)

   Bəzi tarixçilər Cavanşir elinin, xüsusilə Pənah xanın Çingiz xanın nəslindən olduğunu iddia edirlər. Qarabağ tarixçisi Mir Mehdi Xəzani özünün “Kitabi-Tarixi-Qarabağ” əsərində Pənah xanın Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284-1291) nəslindən olması haqqında ehtimal edir. (Qarabağnamələr. 2-ci kitab. “Yazıçı” B., 1991. səh. 105)

  Bəzi tədqiqatçılar Cavanşir tayfalarının mənşəyini aydınlaşdırarkən Rzaqulu xan Hidayətin “Rövzətüs səfa” əsərinə istinad edirlər. Bu əsərdə deyilir ki, Oşirxan Oğuz xanın dördüncü öğlu Yıldız xanın oğludur. Bunlar Ovşar və əfşarlar adlanırlar. Cavanşir tayfası Hülakü xanın 120 minlik ordusunun tərkibinə daxil olmuşdur. Onlar Əmir Teymurun hökmranlığı dövründə ikinci dəfə Rumdan geri qayıdaraq Türküstan, Qəndəhar, Kabil və İrana dağılırlar. Bu tayfanın bir qolu Səfəvilər döründə (I Şah Abbas) İbrahimxəlil ağanın başçılığı ilə Qarabağda və Aranda qalmışdı. Nadir şahın hökmranlığı (1736-1747) dövründə bu qolun başçısı İbrahimxəlil xan idi. Şah onları Sərəxsə köçürmüşdü. Nadirin öldürülməsindən sonra Cavanşir tayfasının bir hissəsi Sərəxsdən Qarabağa qayıtmışdı. (Cş Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. “Yazıçı” B., 1986. səh. 112) O dövrdə Qarabağda Cavanşir tayfasından başqa Otuzikilər, Kəbirli və Əfşar tayfaları da mövcud idi.

   Pənah xan gənc yaşlarından İran şahı Nadirin ordusunda xidmət etmiş, onun bir çox hərbi səfərlərində iştirak edərək qəhrəmanlıq göstərmişdi. Nadir şah Pənah xanın igidliyini və istedadını nəzərə alaraq onu ordularından birinə sərkərdə təyin etmişdi. Lakin bir neçə il keçdikdən sonra Pənah xanın paxılığını çəkən bir neçə saray əyyanları Nadir şaha xəbər verirlər ki, guya Pənah xan Şahı öldürüb İran taxtına sahib  olmaq istəyir. Nadir şah bu xəbərə inanıb Pənah xanın qardaşını öldürür. Vəziyyəti belə görən Pənah xan şah sarayından qaçır. Pənah xan bir neçə vaxt yaxın adamları ilə birlikdə Qəbələ, Şəki və Dağıstan mahallarını dolaşdıqdan sonra öz doğma vətəninə qayıdır.

   Nadir şahın ölümündən sonra Pənah xan Qarabağda Cavanşirlər, Otuzikilər və s. türk tayfalarının köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur.

   Qarabağ ərazisi yaradılarkən onun ərazisi geniş idi. Bir çox tədqiqatçıların və tarixçilərin yazdığına görə o zaman xanlığın ərazisi Cənub tərəfdən Xudafərin körpüsündən “Sınıq körpü”yə (Qırmızı körpü) qədər, şərq tərəfdən Kür çayının araz çayı ilə birləşən Cavad kəndinə qədər uzanırdı. Qərb tərəfdən isə hündür Qarabağ dağları ilə əhatə olunub, uzunluğu 275 verst, eni isə 200 verst sahəni əhatə edirdi. Şimal tərəfdən isə Qarabağ Gəncə ətrafına, yəni Goran çayına qədər uzanırdı. Bunlardan əlavə Mil və Muğan düzlərinin bir hissəsi də Qarabağ düzənliklərinə qarışırdı. Zəngəzur, Sisyan, Qapan, Naxçıvan sərhəddi və Ordubadın Əylis kəndinə qədər geniş sahələr Qarabağın inzibati ərazi bölgüsünə aid idi.

  Pənah xan Qarabağın qüdrətini artırmaq, onun ərazisini genişləndirmək üçün Mehri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Zəngəzur mahalını Təbriz bəylərbəyindən aldı. Bundan başqa Kolanılıların məskəni olan Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahillərindəki yerləri də aldı.

   Bundan başqa Naxçıvan elindən olub, bir minbaşıya tabe olan, Kəngərli eli, Gürcüstandakı Dəmirçi Həsənlilər eli, eyni zamanda Cinni tayfası da Qarabağ xanına pənah gətirdi. Qarabağ xanlığını qonşu xanlıqların hücumundan qorumaq üçün Pənah xan Kəbirli mahalında Bayat qalasını tikdirdi. Qalanın tikilişi 1748-ci ildə başa çatdı. Xan öz ailə və qohumlarını, əyanları qalaya köçürtdü. Bundan əlavə ətraf kəndlərin əhalisi, habelə Təbriz, Ərdəbil vilayətlərinin bir çox sənətkarları öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər.

  Pənah xanın Qarabağda şöhrət qazanmasını görən Şəki və Şirvan xanları təşvişə düşərək Pənah xana qarşı hərbi ittifaq bağladılar. Şəki xanı Hacı  Çələbi, Şirvan xanlığından qüvvə alıb Bayat qalasını mühasirəyə alsa da, qalanı ala bilmədi. Müttəfiqlər böyük itki verərək geri çəkildilər. Tarixçi Mirzə camalın dediyinə görə Hacı Çələbi xan geri qayıdaraq demişdi: “Pənah xan bir xan idi. Biz gəldik, onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq”

  Pənah xan ona qarşı olan arası kəsilməyən hücumları nəzərə alaraq, xanlığın mərkəzini strateji cəhətdən Bayat qalasından möhkəm olan Şahbulaq (Ağdam yaxınlığında) adlanan yerə köçürtdü. Pənah xan xanlıq mərkəzini Şahbulağa köçürtdükdən sonra bir neçə il Xaçın məlikləri ilə mübarizə etməli oldu. Xaçın məliki yerli feodallarla birləşib Qarabağ xanı ilə müharibəyə başladılar. Pənah xan bu dəfə də düşmənə ağır zərbə vurub, onları özünə tabe etdi.

   Bu qələbədən sonra Pənah xanın şöhrəti hər yana yayıldı. Şəki, Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanlıqları Pənah xanın yanına elçi göndərib onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər.  

   Pənah xana öz xanlığını idarə etmək və xarici düşmənlərin hücumlarından qorunmaq üçün həmişəlik olaraq möhkəm bir qala, mərkəz lazım idi. Belə bir qala yeri tapmaq üçün xanın bir neçə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar. O zaman bu yer meşə ilə örtülü idi. Pənah xan öz yaxın adamları ilə təcili olaraq bura gəlir, meşənin ətrafını gəzərək üç tərəfdən möhkəm sıldırım qayalarla əhatə olunduğunu görür. Bu sıldırım qayalar müdafiə üçün çox əlverişli olub möhkəm və keçilməz təbii səngər idi. Xan təzə yerlə tanış olub hasarın çəkilməsi işinə sərəncam verir.

   Beləliklə, 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda yeni qalanın bünövrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar (bənnalar) gətirtdirdi və hasarın içərisində yeni binalar və özü üçün saray tikdirdi. Xan qalanın şimal və şərq hissəsini yüksək hasar ilə əhatə etdirdi. Hündür bürclər qoydurdu. Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var idi. Pənah xan Qarabağın Seyidli, Çuxur məhəllə, Köçərli, Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən əhalinin bir hissəsini qalaya topladı. Yerli əhali yeni salınmış şəhəri Pənah xanın şərəfinə olaraq “Pənahabad” adlandırdılar. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar(1757), Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar(1795) onu ala bilməmişdilər.

  Pənah xanın hakimiyyəti illərində onun səyi və qayğısı nəticəsində Pənahabad (Şuşa) şəhəri böyük bir ticarət mərkəzi oldu. Şəhərdə tikinti işləri sürətlə genişlənirdi. Şəhərdə əhalini su ilə təmin etmək üçün bir neçə quyu qazıldı. Şəhərdə bazar meydançası, məscid, hamam, mədrəsə və s. inşa edilmişdi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şuşada olmuş səyyahların verdiyi məlumatlara görə o zaman şəhərdə 2 minə qədər ev və 10 mindən yuxarı adam yaşayırdı. (F.Əliyev Yeni salınmış şəhərdəki tikinti işləri, xüsusilə meydançalar, evlər və küçələr, Azərbaycanın Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərlərindəkindən seçilirdi. Şuşanın küçələri nisbətən geniş, evlərin damı isə başqa müsəlman şəhərlərinin evləri kimi yastı deyil, bucaq şəklində idi.

  Pənah xanın ölümündən sonra onun oğlu İbrahimxəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu. İbrahim xan öz dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən biri idi. Onun dövründə Qarabağ xanlığı daha da gücləndi. Onun nüfuzu və hökmü Naxçıvan, Gəncə, Şəki, Şirvan və Azərbaycanın bir sıra cənub xanlıqlarına da yayılmışdı. (Firidun Şuşinski. “Şuşa”. Bakı. Gənclik. 1998)

   . XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.

  Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təşkil edirdi. Rusiya ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci il Кürəкçay müqaviləsinin imzalanması ilə Rus imperiyasının tərkibinə daxil olan Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsasını qоyuldu. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin (hayların) sayının sürətlə artması Rusiyanın 1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə isə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına (Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və s.) köçürülməsinə başlanıldı. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən illər ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Кöçürmə siyasəti nəticəsində azərbaycanlıların (türklərin) sayı 64,8 %-ə еndi, еrmənilərin sayı isə 34,8 %-ə qalхdı.  Rus qafqazşünası N.Şavrov yazırdı ki, “XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir”.

   Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərirdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildə isə Şuşa qəzasının mərkəzinə çevrildi.

  Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları (türkləri) sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.

   1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009) Ruslar ermənilərə böyük kömək göstərirdilər. Lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də “Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.

    Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər.. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.

    1918-20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində  Şuşanın Axundu Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.

   1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə adı altında həyata keçirir, bölgənin azərbaycanlı (türk.) əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.

   Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalmışdı. 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək Vilayətin mərkəzi Xankəndi seçildi. Ermənilər Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu qərarın həyata keçirilməsinə nail olmuşdular. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.

  Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən  uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.  

  Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə H.Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün oldu. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009)

     

   TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

   

    Vaxtilə Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.

     Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.

    Şuşa "mağarası" Cıdır düzünün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmış qazıntı işləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılmışdır.

      Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi. 

    Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Fizuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir.

     XIX yüzilliyin 80-ci illərində Ağa Qəhrəman Mirsiyab oğlunun tikdirdiyi karvansara diqqəti cəlb edir. İki mərtəbəli karvansarada 25 otaq var.

    Şuşa bulaqları memarlıq baxımından daha diqqətə layiqdir. 1873-cü ildə Xurşidbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının 12 daş gözü var. Bulağın uzunluğu 15, eni 7, hündürlüyü 4 metrdir.

    1864-cü ildə görkəmli rus rəssamı A.V.Vereşşagin Şuşada olmuş, şəhərin gözəl mənzərəsini təsvir etmişdir. M.Y.Lermontovda burada olmuşdur

    Son illərdə Şuşa Azərbaycanın ən iri turist və kurort mərkəzi idi. Şuşada istirahət evləri, sanatoriya, mehmanxana, pansionatlar tikilmişdir. 1979-cu ildə Cıdır düzünə gedən yolun sol tərəfində M.P.Vaqifə hündürlüyü 18 metrdən çox olan əzəmətli məqbərə ucaldılmışdı.

    İşğaldan əvvəl Şuşa Mamayı məscidi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidi əsaslı təmir edilmişdir. Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun və SSRİ xalq artisti məşhur xanəndə Bülbülün doğulub boya-başa çatdıqları evdə onların ev muzeyləri təşkil olunmuşdu. Bütün bunlardan əlavə, onu da qeyd edək ki, 10 fevral  1828-ci  il tarixli Türkmənçay müqaviləsindən sonra, XIX yüzilliyin 70-ci illərində kilsə tikilmişdir.

    Şuşada ermənilərə aid heç bir maddi mədəniyyət abidəsi yoxdur. Onlar Qafqaz canişininin göstərişi ilə tikilən kilsəni utanmadan, həyasızcasına öz adlarına çıxmağa çalışırlar. Bu bədbəxt millət öz tarixi keçmişindən sanki bixəbərdirlər.

 

 

İŞĞAL

  

 

    Şuşanın işğalına gеdən yоl Mеşəlidən, Кərкicahandan, Malıbəylidən, Quşçulardan, Хоcalıdan… кеçdi. Bütün bunlara baхmayaraq, Şuşanın işğalına hеç кəs inanmırdı, ağlına bеlə gətirmirdi. Ancaq bu hadisə baş vеrdi və Şuşa 1992-il mayın 8-də еrməni və rus işğalçıları tərəfindən işğal еdildi. Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.

    Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür,

    Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, bu quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişdir.

    Erməni silahlı qüvvələri Şuşanı işğal edərkən 15 ədəd etnoqrafik nümunə, 5 ədəd mis məmulatı, 2 ədəd gümüş xəncər, 1 ədəd daş qazan, 20 ədəd daş-qaşla bəzədilmiş müxtəlif əşya və digər qiymətli əşyaları Şuşa şəhər muzeyindən; 5 ədəd qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ tarix muzeyindən, Mir Möhsün Nəvvabın və Bülbülün ev muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları qarət etmişlər. Şuşa muzеylərinin qiymətli sərvətləri – rəsm və hеyкəltəraşlıq əsərlərini, хalça və хalça məmulatlarını, хalq tətbiqi sənət nümunələrini, arхеоlоji tapıntıları, çох gərəкli sənədləri, Azərbaycanın görкəmli şəхsiyyətlərinin хatirə əşyalarını, digər qiymətli matеrialları Еrmənistana aparmışlar. İndi həmin əşyalar хarici auкsiоnlarda satılır, yaхud müхtəlif sərgi və muzеylərdə dünya ictimaiyyətinə еrməni mədəniyyət nümunəsi кimi təqdim оlunur.

   Bəli, ХХ əsrin sonunda Şuşa tariхdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal оlundu. Övladları yеrindən-yurdundan didərgin düşdü, şəhidlər vеrdi, ancaq əsrlər bоyu оlduğu кimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Onun əhalisi rеspubliкanın 59 rayоnunda 700 yaşayış məntəqəsində məsкunlaşmışdır.

   Qеyd еtməк lazımdır кi, Şuşa indi düşmən əlində оlsa da, əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən bir çох mədəniyyət və təhsil оcaqları işğaldan sоnra öz işlərini Baкı şəhərində və rеspubliкanın başqa bölgələrində davam еtdirirlər.

 

 

  Qafqazın konservatoriyası

 

     XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycan xalqı Qərbi Avropa və rus mədəniyyətindən istifadə etməyə imkan tapırdı. Bununla əlaqədar olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artdı. Hələ Vaqif dövründən başlayaraq, Şuşa şəhəri böyük ədəbi mərkəz kimi bütün Azərbaycanda şöhrət tapmışdı. Öz doğma Vətəni olan Şuşanın abı-havasının şairanəliyindən və gözəl mənzərəsindən ilham alan məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli Şuşanın Zaqafqaziyanın Şirazı adlandırmışdır:

   “Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda sürət ilə abad olmağa üz qoymuşdur. İçində çox gözəl imarətlər yapılmışdı. Yay fəslində altmış-yetmiş minə qədər nüfus bu şəhərə cəm olurdu. Çünki Şuşanın ab-havası xeyli saf və salamat olmağa görə yaylaq mənzərəsindədir.

   …Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdaba və şüara vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsində olub ərbabi-zövqi səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur. Şuşa əhli həmişə eyşü işarətdə olub, günlərini gəzməkdə, seyrü səyahətdə keçirirlər və sazəndə və xanəndələri indi də məşhuricahandır” (alt üçün- Bax: F.B, Köçərli. Azərbaycan ədəbiyyatı. B:, 1978, səh, 157.)

   Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, “realni uçiliş”, seminariya və bir sıra mədəni-maarif müəssisələri Şuşada yaranmışdır. XIX əsrin 40-cı illərindən başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri inkişaf edirdi. Yerli teatr həvəskarları tərəfindən teatr tamaşaları göstərilirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə teatr tamaşaları 1845-ci ildə Tiflis şəhərində göstərilmişdi.

   O vaxtları ticarətdə, mədəniyyətdə Tiflislə rəqabət aparan Şuşada isə ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir.

   1891-ci ilin yazında Şuşada şəhər varlılarından H.A.Xandəmirov tərəfindən teatr binası tikildikdən sonra şəhərdə teatr tamaşalarının sayı artmağa başlandı. Şəhər əhli bu tamaşalara böyük maraq göstərirdi.

   Ümumiyyətlə, Şuşada verilən teatr tamaşalarının sayı yay aylarında daha da çoxalırdı. Bunun səbəbi isə aydındır. Şuşa istirahət məskəni olduğundan isti yerlərin əhalisi yay aylarında şəhərə toplaşırdılar. Hətta Rusiyanın Moskva, Peterburq, Avropanın Varşava, Vyana, Berlin və Paris kimi böyük şəhərlərində təhsil alan şuşalı gənclər yay tətilində öz vətənlərinə qayıdardılar. Onlar yerli tələbə və müəllimlərlə birlikdə teatr tamaşaları göstərərdilər.

   Həmin bu tamaşalarda yerli həvəskarlar nəinki Azərbaycan yazıçılarının əsərlərini, hətta rus və Avropa klassik dramaturqlarının əsərlərini də oynayırdılar.

   Təsadüfi deyildir ki, böyük Şeksprin məşhur “Otello” faciəsi ilk dəfə Şuşada oynanılmışdı. 1904-cü ilin sentyabrın 1-də Xandəmirovun teatrında ilk dəfə Azərbaycan dilində “Otello” draması tamaşaya qoyuldu. Otello rolunda əsərin mütərcimi Haşım bəy Vəzirov oynamışdır, bu tamaşaçılara böyük təsir bağışlamışdı.

   XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edirdi. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

   Azərbaycanın başqa şəhərlərinə nisbətən Şuşada musiqiçi, oxuyan, rəqs edən daha çox idi. Təsadüfi deyildir ki, Azərbaycan xalqının musiqi tarixi ilə yaxından məşğul olan görkəmli musiqişünas V. Vinoqradov Şuşanın musiqi həyatından və Şuşa musiqiçilərinin Azərbaycanın musiqi həyatından və Şuşa musiqiçilərinin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki tutduğu roldan bəhs edərək yazmışdı:

   “Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.” (Aşağı. V.Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M.  1938-q str. 9.)

   Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada musiqi salonları, məclisləri, dərnəklər və musiqi  məktəbləri yaranmışdı. Şuşada musiqi məktəbinin yaradıcıları Xarrat Qulu və Molla İbrahim olmuşdur. Professor Bülbül qeyd edir ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər.

   Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) o dövrün ən məşhur musiqişünası olmuşdur. O, klassik Şərq musiqisini kamil bilirdi. Həm də ilhamlı şeirlər yazırdı. Onun bir çox şeirləri və qəzəlləri məlumdur. Xarrat Qulunun özünün də gözəl səsi olmuşdur. Məhərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulunun təşkil etdiyi məclisə Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib şəbih səhnələri oynamaqla yanaşı, eyni zamanda onlara oxumağın, muğamatın, sirlərini də öyrədirdilər. Dini məqsəd daşımasına baxmayaraq haqqında bəhs etdiyimiz məclis (məktəb) Azərbaycanda vokal sənətinin inkişafında müəyyən yer tutmuş, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd kimi sənətkarların yetişməsinə səbəb olmuşdur.

   Xarrat Qulunun ölümündən sonra Şuşada məşhur xanəndə Hacı Hüsü və görkəmli alim və musiqişünas Mir Möhsün Nəvvab tərəfindən “Musiqişünaslar məclisi” yaradılmışdı. Bu məclisdə şer, musiqi və sənətin estetik problemləri müzakirə olunar, xanəndələrin düzgün oxumağına və ustalığına diqqət verərdilər.

   XIX əsrin 80-90-cı illərindən başlayaraq, xanəndə dəstələri teatr tamaşalarının fasilələrində çıxış edərdilər. Qafqazda ilk dəfə teatr tamaşalarının fasilələrindəki çıxışlar Tiflisdə və Şuşada olmuşdur. Xanəndələrin teatr tamaşalarındakı çıxışları Azərbaycanda musiqili teatrın meydana gəlməsinə təkan verirdi. Sazəndə dəstələrinin bu çıxışları həm də xüsusi şərq konsertlərinin əmələ gəlməsi üçün şərait yaradırdı. XX əsrin əvvəllərində xanəndələr səhnələrdə müstəqil olaraq çıxış etməyə başladılar.

   Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada “Xandəmirovun teatrı”nda keçirilən bu konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişdilər. Konsertdə bir tamaşaçı kimi iştirak edən “Realni uçilişin” fransız dili müəllimi, sonralar məşhur jurnalist Əhməd bəy Ağayev həmin konsert haqqında yazmışdı:

  “… Tamaşaçılar böyük ehtirasla, orijinal türk musiqisini və xalq mahnılarını dinləyirdilər ”. (Aşağı. “Kaspi”. 11 yanvar 1902. № 9)

   Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmiş və ümumazərbaycan musiqisinin yüksəlişinə təkan vermişdir.

   XIX əsrin birinci yarısında Şuşada teatr, musiqi ilə yanaşı olaraq elm və maarif də inkişaf edirdi. Hələ o zamandan Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Burada rus dilində məktəblər açılmışdı. 1830-cu il dekabrın 30-da şəhərdə rus dilində qəza məktəbi (“uezdniy uçiliş”) açılmışdır. Bundan əlavə 1838-ci ildə seminariya, 1876-cı ildə “qorodskoy uçiliş”, “naçalnaya uçiliş”, 1880-cı ildə altı sinifli realni uçiliş, 1886-cı ildə isə rus-tatar məktəbi (uçiliş) açılmışdır. Həmin məktəb yerli realni və şəhər “uçilişinə tələbə hazırlayırdı. Qeyd etməliyik ki, rus-tatar məktəbinin açılışında və məktəbin maddi cəhətdən təmin edilməsində o illərdə (1886) Peterburq dağ-mədən institutunu bitirmiş mühəndis Fərrux bəy Vəzirovun xüsusi xidməti olmuşdur. Bu dövlət əhəmiyyəti olan məktəblərdən başqa şəhərdə Gövhər ağa, Səməd bəy Ağayev və Məlik-Allahverdiyevin şəxsi məktəbləri var idi. 1894-cü ildə isə şəhərdə qız məktəbi (“Marinski uçiliş”) açılmışdı. 1910-cu ilin məlumatına görə şəhər məktəblərində oxuyan tələbələrin sayı 1944 nəfər olmuşdur.

   1910-cu ildə Şuşanın Ağdam kəndində yerli məktəbin müdiri Abbas bəy Abbasovun təşəbbüsü ilə birinci dəfə olaraq Nəcəf bəy Vəzirovun əsərlərindən tamaşalar göstərmişlər. 1913-cü ildə həmin bu məktəbdə (rus-tatar) 200 nəfər tələbə oxuyurdu.

   1911-ci ildə Şuşanın Malıbəyli kəndində məşhur maarif xadimi Məhəmməd bəy Qarayevin rəhbərliyi ilə qadın məktəbi açılmışdı. 1912-ci ilin fevral ayında həmin məktəbdə Məhəmməd bəyin rəhbərliyi və məktəbin müəllimlərindən H. Moyiseyevanın, Mir Mehdi Ağamirovun və C. Tatarnikovanın iştirakı ilə tamaşa göstərilmişdir.

   1913-cü ildə Həmidə xanım Cavanşir Kəhrizli kəndində, Sona xanım Rüstəmbəyova isə Əfətli kəndində rus-müsəlman məktəbi açmışlar.

   Qeyd etməliyik ki, o dövrdə şəhər məktəblərində Rusiyanın Qorki, Xarkov, Moskva, Peterburq, hətta Berlin, Paris kimi Mərkəzi Avropa şəhərlərində gimnaziya, institut və universitet qurtarmış, öz dövrünün savadlı və mədəni müəllimləri dərs deyirdilər. Təsadüfi deyildir ki, Rusiya və Azərbaycanın bir çox elm, mədəniyyət və incəsənət xadimləri Şuşa “realni uçilişinin” yetişdirmələridir. Şəhər realni uçilişi altı sinifli idi. 1906-cı ildə Şuşanın sakinləri uçiliş üçün üçmərtəbəli gözəl bir bina tikdirdilər. Məktəbdə oxuyan tələbələr xüsusi forma geyirdilər.

   1875-ci il martın 27-də Şuşada “Xeyriyyə cəmiyyəti”  təşkil edildi. Xeyriyyə Cəmiyyəti şəhərin bütün xeyriyyə işləri ilə məşğul olurdu. Cəmiyyət şəhərin abadlıq işlərində və mədəni həyatında görkəmli rol oynayırdı. Cəmiyyət 1875-ci il oktyabrın 26-da şəhər yoxsulları üçün iki sinifli qadın uçilişi açmışdı, dərslər pulsuz idi.

   Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə 1897-ci ilin fevral ayında Şuşada ilk dəfə olaraq şəhər kitabxanası təşkil olundu. Şəhər kitabxanasının açılışı günü bayram şənliyi kimi qeyd olundu. Şəhər kitabxanasının açılışı günü bayram şənliyi kimi qeyd edilmişdi.

   Keçən əsrin 90-cı illərində və XX əsrin əvvəllərində şəhərdə Xeyriyyə Cəmiyyəti tərəfindən “Xeyriyyə gecələri” təşkil edilirdi. Həmin gecələrdə Şuşanın məşhur oxuyanları iştirak edirdilər. Gecələrdə yığılan pullar yoxsul tələbələrin təhsil və başqa ehtiyaclarına sərf olunurdu.

   Başqa şəhərlərdə olduğu kimi Şuşada da “Xeyriyyə Cəmiyyəti” şəhərin iqtisadi inkişafında və mədəni həyatında müsbət rol oynayırdı. Cəmiyyət şəhərin xeyir və şərində yaxından iştirak etməklə yeni mədəni-maarif müəssisələrinin açılmasına, yoxsulların, xüsusilə kasıb tələbələrin maddi vəziyyətlərini yaxşılaşmasına böyük qayğı göstərirdi.

   XIX əsrin 90-cı illərində Şuşada bir sıra ədəbi, musiqi və incəsənət məclisləri olmuşdur. Bu məclislərdən musiqişünaslar məclisi (rəhbəri Nəvvab), xəttatlar məclisi (rəhbəri Kərbəlayı Səfixan), xanəndələr məclisi (rəhbəri Hacı Hüsü), nüsxəbəndlər məclisi (rəhbəri Məşədi Əkbər), nəqqaşlar məclisi (rəhbəri Kərbəlayı Səfərəli və Nəvvab), memarlar məclisi (rəhbəri Kərbəlayı Səfixan) və s. məclislər olmuşdur. Şübhəsiz ki, bu məclislərin fəaliyyəti nəticəsində Şuşa şəhəri böyük incəsənət və musiqi mərkəzinə çevrilmişdi.

   XX əsrin əvvəllərində Şuşa mədəniyyət və istirahət məskəni kimi hamının nəzər-diqqətini cəlb edirdi. Şəhərin iki-üç mərtəbəli yaraşıqlı evləri, rahat mehmanxanaları, qəşəng hamamları, soyuq bulaqları, rəvac mallarla dolu olan mağazaları, xüsusilə hamının diqqətini cəlb edən güllü-çiçəkli bulvarı, “Yay klubu”, burada göstərilən maraqlı teatr tamaşaları və hər evdən ucalan musiqi avazları səyyahları heyran edərdi. Məhz buna görə də Şuşaya “Qafqazın konservatoriyası” deyərdilər.

   Şuşa özünün füsunkar təbiəti və gözəl mənzərələri ilə bütün dünyada şöhrət tapdığından hamı bu şəhəri görməyə, onun göz yaşı kimi şəffaf, buz kimi soyuq bulaqlarından içməyə, Cıdır  düzündə at çapmaq yarışına baxmağa, İsa bulağında Qarabağ quzusunun ətindən kabab, Kəblə Məhərrəmin dadlı pitisindən, Molla oğlunun papiros kağızı kimi nazik olan lavaşından, Kəblə Mehdinin paxlavasından yeməyə və məşhur Qarabağ tut arağından dadmağa can atardı. Xüsusilə, yay aylarında şəhərdə həyat kimi qaynayırdı. Burada tez-tez Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Hüseyn Ərəblinskinin, H.Q.Sarabskinin, Hacı ağa Abbasovun, Abbas Mirzə Şərifzadənin rəhbərlik etdikləri teatr truppaları şuşalılar qarşısında teatr tamaşaları göstərirdilər. Yerli həvəskarlardan Azad bəy Əmirov, Əhməd bəy Ağdamski və başqaları Üzeyir Hacıbəyovun opera və operettalarını tamaşaya qoyub öz yerlilərinə estetik zövq verərdilər.

   Beləliklə, Şuşa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi idi. O zaman Qafqazın harasına getsəydin orada çalıb-oxuyanın şuşalı olduğunu görərdin. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni deyərdilər. Bu istedadlar isə Şuşa ədəbi-musiqi məclislərinin və Qarabağ vokal məktəbinin yetirmələridir…

   Qafqazın konservatoriyası, Azərbaycan vokal məktəbinin beşiyi kimi məşhur olan Şuşada XX əsrin 20-ci ilinə kimi həyat qaynayırdı. Yay ayları hətta Orta Asiyadan, İran, və Türkiyədən gələn qonaqlar bu ömür uzadan şəhərin səfalı meşələrindən, sərin bulaqlarından, məsum uşaq qəlbi kimi pak olan havasından həzz alırdılar. Qarabağ xanəndələrinin xoş avazından doymurdular. Hər evdən, hər ağac kölgəsindən, hər bulaq başından Qarabağ xanəndələri öz qonaqlarına Azərbaycan musiqisindən qəribə hekayətlər söyləyirdilər. Hələ o vaxt deyərdilər: “Şuşanın uşaqları ağlayanda “Segah”, güləndə isə “Şahnaz” üstündə gülərlər”

   Cəsarətlə demək olar ki, Şuşanın verdiyi musiqi istedadlarını dünyanın heç bir ölkəsi verməmişdir. “İtaliya vokal məktəbi” Avropa musiqi tarixində hansı mövqeyi tutursa, “Şuşa vokal məktəbi” də Şərq musiqi tarixində eyni mövqeyi tuturdu. Vaxtı ilə Şuşanı “Qafqazın İtaliyası” da adlandırmışlar. (Firidun Şuşinski. “Şuşa”. Bakı. Gənclik. 1998)

 

 

   İSTEDADLAR MƏSKƏNİ

 

    Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin vətənidir. Xalq arasında yaxşı demişlər:

   – Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir! Həqiqətən belədir. Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir.

   Azərbaycan Respublikasının Elmlər Akademiyasının topladığı məlumata görə təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-ə qədər müəllim və sairə olmuşdur. Bu böyük ziyalı dəstəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə və burada mədəniyyəti inkişaf etdirməkdə böyük rol oynamışlar. Bu istedadların təşəbbüsü və yaxından iştirakı ilə Şuşada 10-a qədər ədəbi, elmi və ayrı-ayrı sənətləri əhatə edən məclislər yaradılmışdır. (Firidun Şuşinski. “Şuşa”. Bakı. Gənclik. 1998)

·       Qasım bəy Zakir (1784-1857) – Şair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın banilərindən biri.

·       Xurşidbanu Natəvan (1830-1897) – XIX əsrin ən görkəmli Azərbaycan şairəsi.

·       Mir Möhsün Nəvvab (1833-1918) – Şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı.

·       Nəcəf bəy Vəzirov ( 1854-1926) – XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi.

·       Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) – Dramaturq, nasir, rejissor, alim.

·       Yusif Vəzir Çəmənzəminli (1887-1943) – Görkəmli Azərbaycan yazıçısı.

·       Firidun bəy Köçərli ( 1863-1920) – Ədəbiyyatşünas və tənqidçi. “Azərbaycan türklərinin ədəbiyyatı” adlı iri həcmli əsərin müəllifi.

·       Kərim bəy Mehmandarov (1854-1929) – Həkim.

·       Həmidə xanım Cavanşir (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri.

·       Validə Xaspolad qızı Tutayuk (1914-1980) – Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü.

·       Bədəl bəy Bəşir oğlu Bədəlbəyli (1875-1932) – Azərbaycanın Maarif xadimi

·       Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu-Firəng Əhməd) (1869-1939) – İdeoloq, jurnalist, publisist, məşhur “Difahi” təşkilatının yaradıcısı.

·       Əbdülbaqi Bülbülcan Zülalov (1841-1927) – Xanəndə.

·       Cabbar Qaryağdı oğlu (1861-1941) – Xanəndə.

·       İslam Əbdül oğlu Abdullayev (Segah İslam) (1876-1964) – Xanəndə.

·       Qasım Abdullayev (Zabul Qasım) (1873-1927) – Xanəndə.

·       Seyid Şuşinski (1889-1965) – Xanəndə.

·       Bülbül (Murtuza) Rza oğlu (1897-1961) – SSRİ Xalq artisti, müğənni.

·       Xan Şuşinski (1901-1979) – Xanəndə.

·       Rəşid Behbudov (1915-1989) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, müğənni.

·       Sadıq Əsədulla oğlu (Sadıqcan) (1846-1902) – Tarzən.

·       Qurban Primov (1880-1965) – Tarzən.

·       Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (1885-1948) – Dünya şöhrətli bəstəkar, Şərqin ilk operasının yaradıcısı.

·       Fikrət Cəmil oğlu Əmirov (1922-1984) – Bəstəkar

·       Niyazi Hacıbəyov (1912-1984) – SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar, dirijor.

·       Mehdi Əsədulla oğlu Məmmədov (1918-1985) – SSRİ Xalq artisti, aktyor, rejissor, pedaqoq.

·       Barat Həbib qızı Şəkinskaya (1914-1978) – Azərbaycan Respublikasının xalq artisti

·       Lətif  Hüseyn oğlu Kərimov (1906-1991) – Rəssam, Azərbaycan müasir xalça sənəti məktəbinin yaradıcısı.

·       Fərəc bəy Ağayev (1811-1891) – Çar ordusunun General-leytenantı.

·       Səməd bəy Mehmandarov (1856-1931) – General-leytenant, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri.

·       Yaqub Allahqulu oğlu Quliyev (1900-1942) – General-mayor, Stalinqrad qəhrəmanı.

·       Aslan Vəzirov Fərhad oğlu  (1910-1988) – Polkovnik, Sovet İttifaqı Qəhrəmanı.

·       Xəlil Məmməd oğlu Məmmədov – Sovet İttifaqı Qəhrəmanı.

·       Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu (1911-1986) – Görkəmli rejissor, Azərbaycanın xalq artisti.

·       Bədəlbəyli Əfrasiyab Bədəl bəy oğlu (1907-1976) – bəstəkar, dirijor, musiqişünas, librettoçu.

·       Bədəlbəyli Fərhad Şəmsi oğlu (1947) – Məşhur pianoçu, Azərbaycanın xalq artisti.

·        Ələsgərov Süleyman Əyyub oğlu (1924-2001) – Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti.

·       Hacıbəyli Ceyhun Ədülhüseyn oğlu (1890-1862) – ADR-nın görkəmli dövlət xadimi, publisist.

·       Hacıbəyov Sultan İsmayıl oğlu (1919-1974) – Bəstəkar, Azərbaycanın xalq artisti, pedaqoq.

·       Hüseynov Rafiq – Tanınmış diktor, Azərbaycanın xalq artisti.

·       Məhərrəmov İdris Məhəmməd oğlu – Partiya və dövlət xadimi.

·       Kərimova Flora Ələkbər qızı – Müğənni, Azərbaycanın xalq artisti.

·       Və başqaları.

 

 

MİLLİ QƏHRƏMANLARI

 

·       Hüseynov Sadıq Dayandur oğlu (1961-1992)

·       Qəmbərov Ramiz Bulud oğlu (1962-1992)

·       Məmmədov Nizami Murad oğlu (1958-1992)

·       Teymurov Rizvan Rəhman oğlu (1967-1991)

Xəbər lenti

• 12.11.2019, 14:35

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

• 12.11.2019, 10:19

Cəbhədə atəşkəsi snayperlər pozdu – 23 dəfə

• 12.11.2019, 10:14

Fərhad Abdullayev: Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub

• 08.11.2019, 11:21

Baş prokuror Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək

• 08.11.2019, 11:20

DSX rəisi və Hərbi prokuror Ermənistanla dövlət sər­hə­dində olub (FOTO)

• 08.11.2019, 11:19

Bayrağımız – milli qürur mənbəyimiz

• 08.11.2019, 10:06

Atəşkəs 21 dəfə pozulub

• 07.11.2019, 17:12

Fuad Muradov: “Biz məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik”

• 07.11.2019, 17:01

Yerevanda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçirdi

• 07.11.2019, 15:10

Koçaryan yenə həbsdə qaldı

• 07.11.2019, 15:09

Paşinyan 15 ayda 10-cu dəfə Rusiyaya gedir

• 07.11.2019, 15:07

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

• 07.11.2019, 15:04

Azərbaycanla bağlı VIII əsrə aid şok sənəd

• 07.11.2019, 14:19

Ermənistanın məhvi planı işə düşdü – Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI

• 07.11.2019, 13:18

ABŞ Paşinyana əvəz axtarır – Qarabağ da gündəmdə

• 07.11.2019, 13:15

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib

• 07.11.2019, 13:10

Ermənilər gedir, hindistanlılar gəlir – Ermənistanda milli tərkib sürətlə dəyişir

• 07.11.2019, 9:45

Atəşkəs 23 dəfə pozuldu

• 06.11.2019, 18:01

Azərbaycan Rusiyaya etiraz notası göndərdi

• 06.11.2019, 16:55

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

• 06.11.2019, 16:40

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

• 06.11.2019, 15:08

Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

• 06.11.2019, 14:16

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

• 06.11.2019, 14:08

Tramp administrasiyası “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdı

• 06.11.2019, 14:02

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930