Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Ətraflı

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

Ətraflı

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

Ətraflı

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

Ətraflı

Kəlbəcər

Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilirdən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq görülübdür.

                                                Heydər Əliyev

 

   ÜMUMİ MƏLUMAT

 

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə(İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəndləri bunlardır – Abdullauşağı, Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı, Ağcakənd, Oruclu, Təzəkənd, Zağalar, Ağdaban, Bağırlı, Çayqovuşan, Almalıq, Böyükdüz, Laçın, Aşağı Ayrım, Boyaqlı, Yuxarı Ayrım, Bağlıpəyə, Vəng, Başlıbel, Alırzalar,  Çovdar, Xallanlı,  Şahkərəm, Comərd, Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli, Çəpli, Zülfüqarlı, Çərəkdar, Çıldıran, Türkeşəvənd, Qalaboyun, Qaraxançallı, Yanşaqbinə, Alolar, Armudlu, Bəzirxana, Hacımalılar, İlyaslar, Dəvədaşı, Mehmana, Çıraq, Məmmədsəfi, Tövlədərə, Dalqılınclı, Barmaqbinə, Dərəqışlaq, Otaqlı, Otqışlaq, Daşbulaq, Alçalı, Allıkənd, Boyur, Dəmirçidam, Qanlıkənd, Bazarkənd, Dovşanlı, Hayad, Əsrik, Çobangərəhməz, Çorman, Tirkeşəvənd, Günəşli, Alçalı, Nəbilər, Hacıkənd, Başkənd, Heyvalı, Yayıcı, Həsənriz, İstibulaq, Ağdaş, Göydərə, Keşdək, Kərəmli, Kolatağ, Damğalı, Qamışlı, Bağırsaq, Keçiliqaya,  Zərqulu, Vəngli, Zallar, Həsənlər, Zəylik, Kaha, Hopurlu, Qazıxanlı,  Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Baş Qaraçanlı,  Xoləzəy, İmanbinəsi, Tatlar, Qılınclı,  Alçalı, Quzeyçikin, Qızılqaya, Yuxarı Oratağ,  Çopurlu, Qozlu, Qozlukörpü, Lev, Mərcimək, Ağqaya, Birinci Milli, İkinci Milli,  Üçüncü Milli,  Mollabayramlı, Nadirxanlı, Narınclar, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli,  Susuzluq, Qasımbinəsi, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Orta Şurtan,  Soyuqbulaq, Yuxarı Şurtan, Taxtabaşı, Yenikənd, Təkəqaya, Babaşlar, Bozlu, Çormanlı, Qaragüney, Yanşaq, Yellicə, Təkdam,  Zar,  Şeyinli,  Zivel,  Şahmansurlu.  

Kəlbəcər rayonunun əhalisinin sayı 84,9 min(01.10.2012)  nəfərdi. Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir.

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə – İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri və s. vardı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir.  

       Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

    Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.

    Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSUDUR.

    İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “…Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.

O, zamanın ən körkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.  

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edirdi.

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində  keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına külli miqdarda vəsait xərclənir. Hətta xarici şirkətlərin köməyindən də istifadə olunur. Təbii bulaq olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovu Vari suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif ölkələrdən turistlər gəlirdi.

 

COĞRAFİYASI

 

 

Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Sevan, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvəsi Camış dağı (3724) və Dəlidağdır (3616). Ərazidə Yura, Tabaşir, Paleogen, Neogen və Antropogen çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Ən böyük çayı Tərtər və onun qolları (Lev çayı, Tutqunçay və sair) Bazarçayın da mənbəyi Kəlbəcər rayonu ərazisindədir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və sair faunasını zənginləşdirir.

İri yaşayış məntəqələri Kəlbəcər şəhəri, şəhər tipli İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılıclı və Zülfüqarlı kəndləridir.

Memarlıq abidələrindən Tərtər Çayının başlanıcığındakı Xudavəng məbədi (XIII-XVIII əsrlər) qalmışdır.

Kəlbəcər rayonu zəngin meşələri ilə fərqlənir. Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi.

Kəlbəcər rayonunun ərazilərində yerləşən meşələr I qrupa aid olub, su saxlayıcı və gigienik, hava təmizləyici əhəmiyyətə malikdir.

Onlardan:

Qiymətli balıq hövzəsinin olduğu çayları ətrafında yerləşən qoruq meşələri- 13471 hektar, ətraf mühitin müvafizəsi üçün əhəmiyyətli meşələr – 15531 hektar, şəhər və kənd məntəqələrinin ətrafındakı yaşıllıqlar – 274 hektar, meşə park zonası – 80 hektar.

Hər tərəfdən dağlarla əhatə olunmuş rayon ərazisi üçüncü və dürdüncü dövrün vulkanizm, lava axınına məruz qalmışdır. Kəlbəcər rayonundan başlayaraq Tərtər çayının sol sahili boyunca lava axaraq bazalt-andezit sütunları möhtəşəm qayalıqlar, gözəl təbii mənzərələr yaradır. Sonrakı geoloji dövrlərdə çoxbucaqlı bu sütunlar aşınmaya məruz qalmış və tikinti materialları olan çınqıllar əmələ gətirmişdir. Bu təbii çınqıllar son illərdə bütün rayonun abadlaşmasında təbii xammal kimi istifadə olunurdu. Çay boyunca yumşaq süxurlar erroziyaya məruz qalmış və Kiçik Qafqazın ən böyük kanyonunu yaratmışdır. Ehtiyatı həddindən çox olan perlitdən İsti-su kurortu və Kəlbəcərin son dövrlərdə istifadəyə verilmiş inzibati binalarında, Heydər Əliyev adına sarayda istifadə olunmuşdur. Xalkozin, azurit, yaşma, oniks, lazurit, obsidian kimi qiymətli daşlar zərgərlik üçün əvəzolunmaz xammal ehtiyatları olaraq əhəmiyyətinə görə dünyada yeganə olan İlmen mineral qoruğundan heç də geri qalmırdı. Geoloqların tədqiqatlarına görə Kəlbəcər rayonunun ərazisində 77 növ mineral var. Təkcə travertinin ehtiyatı 309 milyon kub metrdir. Azərbaycanın Gürcüstandan aldığı pemza (süngər daşı) Kəlbəcərdə kifayət qədərdir. Son illərdə mərmər və mişar daşlarından da istifadə olunurdu. İsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarşısını alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə malikdir. Hörgü işlərində və arakəsmələrdə çox nadir tikinti materiallıdır. Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyinin, rayon şahmat məktəbinin bütün ətraf divarları Kəlbəcərin qiymətli daşları ilə tikilmişdir. Tərtər çayının hövzəsində 412-yə qədər mineral su yataqları mövcuddur.

Kəlbəcər həm də filiz ehtiyatları ilə zəngindir. Zod aşırımı və Söyüdlü yaylağı, Keytidağda qızıl, Göydərədə xromit, Ağyataq, Qaraqaya, Şorbulaqda civə (kinovar), Bağırsaq (yuxarı) dərəsində uran yataqları perspektivli əlvan metallurgiya xammallarıdır.

Rayonun iqlimi aşağı hissələrdə mülayim, 200 m-dən yüksəklikdə isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı nisbətən soyuq keçır. Yağıntıların çox hissəsi ilin soyuq vaxtında və yazın əvvəlində düşür.

Kəlbəcər rayonunun suları qapalı Xəzər hövzəsinə aiddir. Əvvəlki geoloji dövrlərdə tekeonik çökmə nəticəsində Göyçə gölü ilə əlaqədə olan Alagöllərin Sarımsaqlıçay vasitəsilə Tərtətlə əlaqəsi yaranmışdır. Zod aşırımında, Söyüdlü yaylağında, Murovun cənub ətəklərində, Qarabağ vulkanik yaylasında çoxlu tektonik və vulkanik göllər mövcuddur. Ən böyük göl dərinliyi 9 m-ə çatan Böyük Alagöldür. Onun sahələrinin uzunluğu 14 km-dir. Gölə tökülən yeddi çaydan ən böyüyü Azadçaydır.

Aprel, May aylarında qarın əriməsi və yaz yağışları zamanı çaylarda ən yüksək səviyyə qeydə alınır. Avqust və Yanvar aylarında çaylarda suyun səviyyəsi aşağı olur. Daşlı və daşlı-palçıqlı sellər son illər balıqların qırılmasına səbəb olurdu. Tərtərin dərəsindən dağlara qalxdıqca hündürlük qurşaqları bir-birini əvəz edir. Qara ağac, Qaratikan kolları enliyarpaqlı meşələrlə əvəz olunur. Meşələrdə palıd, fısdıq, vələs, ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, hündür yerlərdə isə tozağacı bitirdi. 1800-2000 m-dən hündürlükdə subalp, alp çəmənlikləri gəlir.

Subalp çəmənlikləri biçənək, alp çəmənlikləri isə yay otlaqları üçün istifadə olunurdu. Murovun və Dəlidağın hündür zirvələri ətrafında çılpaq yaylaqları ilə fərqlənən dağ-tundra iqlimi gəlir. Meşələrdə insanların sağlamlığının keşiyində duran çoxlu cır meyvə ağacları (alma, armud, əzgil, yemişan), giləmeyvə (qarağat, zirinc, böyürtkən, moruq, həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır illərində insanların qış azuqəsi idi. Son illərdə meşələrdə olan cır meyvələrdən dərman və mürəbbə hazırlanmasında istifadə olunurdu. Qiymətli, sərt qabıqlı meyvələr olan qoz və fındıqdan ərzaq məhsulları hazırlanırdı. Eyni zamanda bu ağacların oduncağı gözəl mebel xammalı idi. Tut ağacından isə musiqi aləti – saz hazırlanmasında istifadə olunurdu. Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyində qurudulmuş 4000-ə qədər herbarinin 200- ə qədəri dərman bitkisi idi.

Çaylarda şirin su balıqları olan qızıl balıqlar üstünlük təşkil edirdi. Əvvəlki dövrlərdə Kəlbəcər rayonu ərazisində iribuynuzlu maral yaşasa da nəsli kəsilmişdi.

1983-cü ildə Tərtərin sağ sahilində tapılan maral buynuzları burada maralların yaşamasını bildirirdi. Nadir hallarda ən yırtıcı heyvan olan pələngə və qonur ayıya rast gəlinirdi. Canavar, tülkü, dovşan, dələ kimi xəz dərili heyvanlar çox idi. Quşlardan qırmızı kitaba düşmüş turac, qırqovul, kəklik, heyvanlardan isə dağkeçisinə, əliyə rast gəlinirdi.

Kəlbəcər rayonunun inzibati ərazisində 40 min hektar dövlət meşəsi vardır. Çiçəkli adlanan ərazidə dünyada yeganə təbii arealı olan ayı fındığı, qırmızı kitaba düşmüş gürcü palıdı, qırmızı palıd, Qafqaz cökəsi, saqqallı qozağacı ağaclarının böyük massivləri yerləşir. 40 min hektar ərazidə yerləşən meşələr təkcə oduncaq və qiymətli inşaat, məişət materialları deyil, iqlim dəyişdirici, suqoruyucu, torpaq qoruyucu, müdafiə funksiyaları daşımaqla, ildə milyon tonlarla oksigen buraxmaqla təkcə Kəlbəcər üçün deyil, hava ilə nəfəs alan, atmosferdən istifadə edən bütün Qafqaz, Avropa üçün həyat mənbəyidir. Kəlbəcər rayonunun ərazisində 4 mindən artıq bitki boy atır. Bunlardan 200-ə qədəri dərman bitkiləridir.

Ayıdöşəyi, albalı, alma, andız, ardıç, armud, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyertkən,bulaqotu, qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu, qızılgül, qırxbuğum, qovaq, qoz, quşəppəyi, dağ yoncası, dağ laləsi, dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik, əzgil, əməkömənçi, ərik, əsmə, zəyərik, zirə, zirinç, zoğal, inciçiçəyi, itburnu,yarpız,yasəmən, yerkökü, yovşan, kartof, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək, kərəvüz, kəçəvər, kavalı, gərməşov, gilas, gilənar, kicitkən, göyəm, güldəfnə, güləvər, güləbətin, gülünbahar, gülxətim, lərkə, ləçəkotu, lobya, meşə gilası, moruq, murdarça, naz, nanə, nərgiz, novruzgülü, öküzboğan, öldürkən, öskəotu, palıd, pərpərən, titraqotu, pişikotu, pomidor, rasyana, reyhan, sarımsaq, soğan, solmazçiçək, söyüd, tərxun, tozağacı, turp, tut, findıq, fıstıq, xanımotu, xaş-xaş, xədicəgülü, xəndəkotu, xəşənbül, xiyar, xımı, üskükotu, çaytikanı, çiyələk, çobanyastığı, cökə. çuğundur, cəfəri, çil, çinçilim, şalğamturpu, şam, şaftalı, şahtərə, şirpəncəsi, şomu, şüyüd və.s. bitkilər bitirdi.

Ağaclar – Palıd, Vələs, Ulas, Vən, Göyrüş, Toz, Qovaq, Qaraağac, Söyüd, Çinar, Dağdağan, Ayıgilası, Şam, Ardıc.

Meyvə ağacları – Alma, Armud, Qoz, Tut, Fıstıq, İtburnu, Yemişan, Qarağat, Moruq, Gilas, Gilənar.

Kəlbəcər rayonu özünəməxsus iqtisadi-coğrafi mövqeyi ilə fərqlənir.

Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməz. Sənaye məhsulu üzrə birinci yeri tutan, ancaq Abşeron iqtisadi rayonu ilə müqayisə edilə bilər. İnzibati ərazisinə görə rayonda bir şəhər (Kəlbəcər), iki qəsəbə (İstisu, Şorbulaq), 129 kənd var idi. Əkinçilikdə taxıl, tütün, kartof, bağçılıq (alma, armud, gilas, gilənar, qarağat), heyvandarlıqda isə maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, atçılıq fərqlənirdi.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112.5 ton və istismar olunan Söyüdlü (Zod) qizil yatağı, qiymətləndirilmiş ehtiyatları 13 tondan çox olan Ağdüzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 (Ağyataq, Levçay və Şorbulaq) civə yatağı və  qiymətləndirilmiş ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, qiymətləndirilmiş ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə edilən Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2.2 mln. m3 olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər on ikisi (ehtiyatları 1756 ton), 2 nefritoid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalmışdır.

 

TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

 

Kəlbəcər toponiminin mənşəyi və mənası ilə bağlı müxtəlif fikirlər, baxışlar vardır. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər (çay) çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Ümumiyyətlə isə, hələlik bu günədək Kəlbəcər toponimi haqqında yekdil, dəqiq elmi fikir mövcud deyildir.

İnsanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövrün isə 4 milyon ildən artıq tarixə malik olması elmi əsaslarla sübuta yetirilmişdir. Azərbaycanda Azıx, Tağlar (Qarabağda), Zar (Kəlbəcərdə), Qazma (Naxçıvanda), Daşsalahlı və Aveydağ (Qazaxda) Mağara düşərgələri, Qədir dərə, Çaxmaqlı, Kəkilli (Qazaxda) kimi açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarda sübut olunmuşdur ki,ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib.

Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynamış və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranmışdır. Yeni heyvan növlərinin əhlilləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir.

Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatmışdır.

Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunmuşdur.

Kəlbəcər də qədim insan məskənlərindən biri olmuşdur. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi.

Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılmışdır.

1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilmişdir.Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılmışdır. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olmuşdur. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki yerindən tərpədə bilsin.

Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılmışdır. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmiş,bütün bunlar barəsində mətbuatda geniş yazılar dərc olunmuşdur. Ərazi demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə, daş üzərinə həkk olunmuş yazı və rəsmlərlə doludur. Daş abidələr Şimali Azərbaycanda atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır. Atəşpərpstlik dövründə yaranmış bir daş abidə diqqəti daha çox cəlb edir: rəsmdə solda yuxarıda Günəş parlayır. Bir nəfər atı yedəkləyib Günəşə doğru çəkir, bir nəfər isə əlində qılınc atın arxası ilə addımlayır.Günəşə qurban aparırlar. Bu rəsmə baxdıqda «tarixin atası» Herodotun yazdıqlarını xatırlayırsan. (b.e.ə.490-480-cı illər): «Onların sitayiş etdikləri yeganə Allah Günəşdir. Günəşə onlar atları qurban verirdilər. Onlar bu cür qurbanvermənin mənasını bunda görürdülər ki, ən sürətli Allaha dünyada mövcud olan ən sürətli canlını qurban vermək lazımdır».

Rayonda «Türk qəbristanlığı» adı ilə tanınan bir neçə qədim məzarlıq var.Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və s. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türkmənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Bunlardan 20-dək kəndi əhatə edən Ayrım dərəsini, 10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən Alxaslı, 4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə də tayfa adı daşıyan Çıraq (Türkeşkənd), Qanlıkənd, Əsrik, Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar, Zivel, Yanşaq, Söyüdlər (biz Seyidlərdeyirik) və bir sıra yaşayış məntəqələrini, Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və b.yaylaqları,Qaramanlı, Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi işlədirik), Tərtər, Dəlidağ, Keyti, Tamaşa, Qoçdaş, Dikyurd, Yellicə, Aydoğan, Qoşqar və s. dağ, dərə, əkin-biçənək adlarını – türkmənşəli toponimləri göstərmək olar.

Ağdaban kəndinin qədim alban tayfasının adını daşıdığı güman edilir. «Alban» adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.

XI əsrdən başlayaraq, bir sıra tarixi səbəblərdən, xarici təcavüzkarların basqınlarından oğuz türklərinin vaxtaşırı yerdəyişməsi baş vermişdir. Bu səbəbdən bir sıra tayfalar öz adlarını qonşu dövlətlərin ərazilərində də əbədiləşdirirmişlər.Buna görə də Kəlbəcərdəki toponimlərə ölkənin başqa rayonlarında, həmçinin qonşu dövlətlərin ərazisində də rast gəlinir.

Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və məskənlər barədə yazılı məlumata malikdirlər. Onlar əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi Azərbaycanla, Zəngəzurla, Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri” ən çox “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə idi.

Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox “Qayaüstü təvirlərini” qeydə almış və onlardan bir çoxlarının fotf-şəkillərini çəkmişdir.

“Qayaüstü təsvirlər” ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi.

Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfinə ayaq bassan, orada qədim insan məskənləri olan mağaralar, qalalar, abidələr görərsən. Tarixin sərt sınaq və imtahanına mə`ruz qalmış bu yadigarlar insan əli ilə yapıldığı kimi, insan əli ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bə`ziləri yerlə-yeksan olunmuşdur. Amma bu da mö`cüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bə`zən özü-özünü hifz etmiş və bizim əsrimizə qədər bir neçə min illik ömür yaşamışdır.

Qaya və daşların üzərindəki alban yazılarını məhv edən erməni qonşularımıza qoşulanda bilmirdik ki, bu hərəkətlərimizlə onlara kömək edir və tariximizi silirik. Çünki gözlərimiz qarşısında ermənilər də o yazıları pozur və erməniləşdirirdi.

Bir az öncəyə gedib qeyd edək ki, Kəlbəcəri “Azərbaycanın ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər ziyalı-alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər xain qonşular tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.

Tarix elmləri doktoru Qüdrət İsmayilovun və onun dissertantı Niyazi İbrahimovun apardıqları tədqiqit işlərinin nəticəsinə görə,bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri də Kəlbəcərdə az deyildi. “Qobustanın qardaşları” kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı. “Soltan Heydər”, Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar” tamailə bir-birinin oxşarı və ya “əkiz”lərdir. Tarixçi alim Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının fikrincə,bu daşların üzərindəki şəkillərin yaşı az qala bu daşların öz yaşı qədərdir.Maraqlı budur ki, bu təsvirlər bazalt kimi sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər tarix-dünyaşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil,bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlil idi. Həmin təsvirlərdən biri belə idi: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır.Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer,o biri isə Ay güman olunur. Demək, insan Yerdən Aya, oradan isə başqa bir planetə uşmaq istəyində hələ o zamanlardan bulunub.

 “Löh” qalası: Adı qalanın formasını tamamlayırdı. Qalanın beli dəvə boynuna oxşayır. Qalaları tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş ki, bununla da həmin yollara nəzarət olunurmuş. “Löh” qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var ki, burada ya ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisindən nəhənk palıd ağacları bitib qalxmışdır ki, hər birinin diametri 30-40 sm. olardı. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki,bura ən qədim insan məsgənləri hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu, keyfiyyəti itmirdi. “Xos meşəsi” adlanan yerdəki abifənin və buradakı məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı, “Löh” qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuş insan məskənlərindən biridir.

Kəlbəcər qalalarının icərisində ən yüksəklikdə yerləşəni “Comərd” qalasıdır. Kəlbəcərin ərazi e”tibarı ilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq başında tikildiyi üçün “Comərd” qalası kimi tanınmışdır.

“Qaraçanlı və ya Ulu xan ” qalası Kəlbəçərdən yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəçərdən İstisuya gedən gedən yolun solunda Tərtərin sol sahilindədir. “Qalaça” adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli su yolu da var idi. Qalanın sağ yanında Qaraçanlı çayına kimi böyük bir çınqıllıq var. Həmin çınqıllığın altı ilə qalaya bir yol çəkilib. Bu gizli yol çayın göllənən yerinə kimi enirdi.

Burada başqa bir möcüzə də diqqəti çəkirdi: bir bulaqdan 5-6 dəqiqədən bir kah xalis mineral, kah da dişgöynədən təmiz su çıxırdı. Sonralar burada istisu axtaranlar buruq vuraraq həmin narzanı itirdilər.

Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də “Qalaboynu” qalası idi.Qalanın içərisində 200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı su xətti çəkilibmiş.

Kəlbəcər ərazisindəki qala və abidələr sırasına daxil olanlardan biri də “Laçınqaya” qalasıdır. Qala 120-cı ildə monqollar tərəfindən dağıdılmış, əhali qılınçdan keçirilmiş, tarixçi gənçəli Kirakosun mə”lumatına görə, insan qanı qayalar arasından sel kimi axıb Tər-tər çayını qırmızıya boyamışdı.

Bu qalanın sağ sahilindəki çınqıllıqdan çaya bir yeraltı gizli yol salınmışdır. Bunlardan başqa İsti-su kurortundan yuxarıda Kəlbəcər şəhərinin alt hissəsində, Çəpli kəndinin ərazisində, Zar və Mollabayramlı kəndlərinin səmtində və başqa yerlərdə də qədim qalaların qalıqları mövcud idi.

Kəlbəcərdəki qalalar əsasən karvan yollarını qorumaq üçün inşa edilmişdir.

İsti-sudan yuxarıdakı dağa Soltan Heydər dağı deyirdilər. Belə rəvayət edirdilər ki, Şah İsmayılın atası Soltan Heydər hər yayı bu dağda keçirirmiş və dağın adı onun adı ilə bağlıdır.

“Ərizə” qalasında Qaçaq Nəbi kənd camaatının ərizəsinə bu qalada baxdığı üçün qalanın adı “Ərizə” qalası kimi yayılmışdır.

Qədim Alban abidələri.

Kəlbəcər ərazisindəki qədim Alban abidələri bunlardır:

Tər-tər, Tutquçay, Seyidlər dərələri boyuça yerləçən “Xudadəng”, “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Bu abidələrin içərisində nisbətən salamat qalanı “Xudadəng” məbədidir.

“Xudadəng” abidə kompleksi. Bu abidə kompleksi Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistiral yolunun sahilindəki Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərəyə tərəfdə, Kəlbəcər rayonunun 29 kmilometrliyindədir. İndiki “Xudadəng” abidə kompleksi VI-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib XV əsrlərdə bu abidə Alban kinyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət Alban hökmüdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Məlumatlar göstərir ki, onun arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatın və dövrün görkəmli ziyalısı Muxtar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü kümbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Baserkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixdən izini silməyə çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və və kiristallaşmış gildən əmələ gəlmişdir.

Həmin abidənin son illər ermənilər tərəfindən “qorunması” göz qabağında idi. Ağdərə RPK katibinin göstərişi ilə abidə-komplerks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar. Ammma ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filimlərdə çox ustalıqla alban abidəsini erməni kilisəsi kimi təqdim edir və ulu Arsaxın madi-mədəniyyət abidəsinin türklər tərəfindən dağılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar. Nisbətən salamat qalmış məbəddə heç bir xiristianlıq nişanəsi yoxdur.

Kəlbəcərin ərazisində belə mə”bədlərlə yanaşı yaşı 7-8 min illiyə gedib çıxan qəbrsitanlıqlar da az deyildi.

      Kəlbəcər ərazisində çayların üzərində çoxlu tağbənd Daş körpülər olmuşdur. Bunlardan çoxu məhv olmuş, bəzilərinin qalıqları,bir neeçəsi isə salamat qalmışdır. Məsələn: Bağlıpəyəyə 3 km qalmış Tər-tər çayının üzərində salınmış qədim körpünün bir tərəfinin divarı qalmışdır.

Qamışlı kəndindən yuxarı çayın üzərində qurulmuş iki körpünün divarları yerində dururdu.

Tər-tər çayının üzərində salınmış tağbənd Daş körpü salamat qalırdı və ondan istifadə edilirdi. Bu körpü Şurtan kəndindən aşağı, Soyuqbulaq kəndinə gedən yolun səmtində idi.

Zəylik kəndi çayında da Daş körpüdən istifadə edilirdi.

 

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi.

 

İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi abidəsi 1980-cı illərin əvvəllərində yaradılmışdır. Müzeyin həyəti 900 m2 artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən Çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdır.Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdi. Burada “Bəzir daşı” deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş.

Mütəxəssislər və tamaşaçılar haqlı olaraq bu müzeyi həm də geologiya, arxelogiya, incəsənət və səs müzeyi adlandırırdılar.

Bolqarıstan, Hindistan, Cin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi Kəlbəcər müzeyinə maraqla baxmış, qiymətli rəylər yazmış və bu müzeyin zənginliyinə ürəkdən valeh olmuşlar.

 

Ağdərə

Keçmiş Ağdərə rayonunun əksər hissəsi Kəlbəcər rayonunun inzibati ərazi vahidliyinə keçirilmişdir. Ona görə də Ağdərə haqqında burada məlumat veririk.

Ağdərə rayonu 57 kəndi əhatə edib. Səthi əsasən dağlıq, şərq hissəsi isə dü-zənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir).

Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də su-varma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı.

Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tuturdu.

Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiy-
yatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-
ci il).                                                             _

Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi.

Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu.

Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.

Memarlıq abidələrindən Vankulu kəndindəki məşhur Gəncəsar alban məbədi, Xanabert qalası, Herabert qəsəbsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi.

Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarınm son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir).

İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi.

Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu.    

Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi:

Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil-
yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğu-
şun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-
Gülyataq qızıl yatağı vardı.

Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq-II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.

 

İŞĞAL

 

 

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min(1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

    Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

   Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

 

 

 

MİLLİ QƏHRƏMANLARI

 

·       Şükürov Şahlar Əvəz oğlu (1952-1991)

·       Səfərov Sərdar Mədət oğlu (1960-1991)

·        Nəcəfov Yunis İsa oğlu (1967-1992)

 

 

 

 

ƏDƏBİYYAT

1.     Rövşən Novruzoğlu. GENOSİD…ECOCİD. Bakı, “Adiloğlu” nəşriyyatı-2006

2.     Adil Əsədov. Mənə bir yer göstərin Kəlbəcər kimi…  Təməl jurnalı №4 s. 19

Xəbər lenti

• 15.11.2019, 17:17

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

• 15.11.2019, 16:17

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

• 15.11.2019, 15:43

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub (FOTO)

• 15.11.2019, 14:17

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

• 15.11.2019, 14:09

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

• 15.11.2019, 13:20

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

• 15.11.2019, 13:15

“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır”

• 15.11.2019, 13:13

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar

• 15.11.2019, 13:06

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

• 15.11.2019, 12:53

Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

• 15.11.2019, 12:50

Ermənistan özünə uydurduğu tarixin girovluğunda

• 15.11.2019, 12:45

ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

• 15.11.2019, 10:09

Atəşkəsi iriçaplı pulemyotlar və snayperlər pozdu – 20 dəfə

• 14.11.2019, 16:00

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

• 14.11.2019, 15:31

“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”

• 14.11.2019, 15:24

Dariqa Nazarbayeva Yerevana gəlib

• 14.11.2019, 15:22

UEFA “Qarabağ”a 781 min avro ödədi

• 14.11.2019, 15:17

Paşinyan satanistlərlə bağlı tapşırıq verdi

• 14.11.2019, 15:14

Erməni jurnalistlər Bakıya GƏLİR

• 14.11.2019, 15:09

Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib

• 14.11.2019, 15:07

Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

• 14.11.2019, 9:52

Atəşkəs 21 dəfə pozuldu

• 13.11.2019, 18:14

ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

• 13.11.2019, 16:12

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?

• 13.11.2019, 16:08

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930