Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

Ətraflı

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

Ətraflı

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

Ətraflı

ABŞ-ın Ermənistandakı səfiri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Ətraflı

Füzuli

ÜMUMİ MƏLUMAT

  Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.

   Füzuli rayonunun ərazisi 1.39 min km2 , əhalisi 121,0 min(01.10.2010)  nəfərdir. Rayonda 2 şəhər(Füzuli, Horadiz), 11 qəsəbə(yeni salınmış 1-11№-li Qayıdış qəsəbələri), 80 kənd vardı. Kəndləri bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli,  Dilağarda, Dördlər, Qobu Dilağarda, Dövlətyarlı, Qərvənd, Zərgər, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Kürdlər, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Əhmədbəyli, Araz Zərgər,  Qarabağ, Murtuzalılar, Gecəgözlü, Üçüncü Mahmudlu, Horadiz,  Dördçinar, Hüngütlü, Kərimbəyli, Aşağı Yağlıvənd, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qacar, Divanalılar, Qaraxanbəyli, Qaraməmmədli, İkinci Mahmudlu, Merdinli, Qarakollu, Gorazıllı, Xatınbulaq,  Qaradağlı, Saracıq, Yuxarı Rəfədinli, Yuxarı Güzlək, Qoçəhmədli, Arış, Mollavəli, Sərdarlı,  Üçbulaq,  Govşatlı, Şıxımlı, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Seyidəhmədli, Birinci Mahmudlu, Mirzəcamallı, Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu, Pirəhmədli, Aşağı Güzlək, Aşağı Rəfədinli,  Mandılı, Musabəyli, Bala Bəhmənli, Qorqan.

   Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda  65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17.6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı.  Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.

   Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.

   Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.

   Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır.

    Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

    1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 80 yaşayış məntəqəsindən 23-ü azad edilmiş, 54 minə yaxın füzulili doğma yurd-yuvalarına qayıtmışdır. Bununla belə hələ də 50 mindən çox məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb. Füzulidə bu gün  ermənilər zəbt etdiyi torpaqlarımızda  ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. Qeyd edək ki, Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

   Müharibənin əsas ağırlığını Qacar, Divanlılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.

   Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır.

 

COĞRAFİYASI

  

   Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisi 1386 kv. km-dir. Əhalinin sayı 111,9 min nəfərdir (01.01.2009).

  Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

   Köndələnçay Arazın sol qoludur. Xocalı, Xocəvand və Füzuli rayonları ərazisindən axaraq Bala Bəhmənli kəndinin yaxınlığında Araza tökülür. Uzunluğu 89 km, hövzəsinin sahəsi 594 kvadrat km-dir. Başlanğıcını Qarabağ. vulkanik yaylasındakı Çaxmaqdağdan (1780 m) səthə çıxan bulaqlardan alır. Ən böyük qolu, soldan Keçəlçay (uzunluğu 29 km) hesab edilir.

   Axımı əsasən yağış (59%) və yeraltı (29%), qismən də qar (12%) sularından əmələ gəlir. Yazda (mart-may aylarında) yağış suları çayda daşqın əmələ gətirir. Bəzi illərdə payız yağışları da kiçik daşqınlar yaradır. Daşqın dövründə illik axım həcminin 60- 70%-ə qədəri keçir. Çayın orta illik su sərfi 0,55 kub m/san-dir. Bunun da 45%-i yaz, 22%-i yay, 17%-i payız, 16%-i isə qış fəslində axır. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axım həcminin 3-5%-ni təşkil edir. Orta illik asılı gətirmələri 0,82 kq/san, orta lillənməsi isə 1210 q/kub m-dir. Suyunun orta minerallaşması 300- 500 mq/l olmaqla hidrokarbonatlı-kalsiumludur.

   Köndələnçaydan suvarma işlərində səmərəli istifadə etmək məqsədilə Füzuli rayonu ərazisində çayın üzərində su tutumu 2 mln kub m, Yağlıvənd kəndi yaxınlığında 4 mln kub m olan su anbarları yaradılmışdır.

  Quruçay Arazın sol qoludur. Xocavand və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km,hövzəsinin sahəsi 512 kvadrat km-dir. Suyunun çox hissə-sini yağış (75-80% ) sularından alır. Çayda əsas daşqın yazda olur.Bu dövrdə illik axım həcmindən 30-35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bəzi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir.

  Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

   Daşqınlar zamanı Quruçayın suyu bütünlüklə Dövlətyarlı su anbarına axıdılır. Yay fəslində suvarma işlərində geniş istifadə olunur.

   Qozluçay Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazizsindən axır. Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür. Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir.

 


TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

 

   Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

   Füzuli rayonunun müxtəlif ərazilərində, xüsusilə də Arazboyu ərazilərdə və Quruçay-Köndələnçay vadisində qədim türkdilli xalqlara məxsus abidələr, o cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç kurqan və s. göstərmək olar.

   Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir.

   Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi ermənin vandalizminin bir daha sübutudur.

   Qeyd edək ki, Füzuli rayonunda ümumilikdə 22 sayda dünya və ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi, həmçinin  indiyədək qeydə alınmayan 45 sayda yerli əhəmiyyətli tarixi abidə vardı. Müharibədən əvvəl rayonda 2 muzey olub. Bunlardan biri tarix diyarşünaslıq muzeyi, digəri isə xalq tətbiqi sənəti muzeyidir. Sonuncu muzeydə 800 eksponat olub.


AZIX

  Azıx – Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Füzuli rayonunun mərkəzindən 14 km şimal-qərbdə 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsi 1960 ildən başlanmışdır. 1968 ildə burada ibtidai insanın alt çənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövrü) tarixi vardır. Dünya bu üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşdular. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.

   Tağlar – Azərbaycanın Füzuli rayonunda yerləşir. Paleolit dövrünə aiddir. 1964 ildən öyrənilir. Mağara bir neçə otaqdan ibarətdir. Bura ibtidai insanın məskunlaşdığı bir yer olmuşdur. Abidədə altı mədəni qat aşkar edilmişdir. Qazıntılar zamanı ocaq qalıqları, daş alətləri və fauna qalıqları tapılmışdır.


QARAKÖPƏKTƏPƏ ABIDƏSI


  Qaraköpəktəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşir. Abidə üst hissəsi yastı olan konus formalı yüksək təpə şəklindədir. Təpənin hündürlüyü 50 m olub, diametri isə şimaldan cənuba 220 m, şərqdən qərbə isə 180 m təşkil edir. Öncədən Qaraköpəktəpə abidəsi elmi ədəbiyyatda kurqan tipli məzar tikilisi kimi təqdim olunurdu. Lakin keçən əsrin 60-80 illərində aparılan əsaslı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, bu abidə qədim yaşayış məskənidir. Buradakı mədəni qatlar həmin məskənin bir neçə minillik ərzində mövcüd olduğunu təsdiqləyir.

   Qaraköpəktəpənin ən qədim mərhələsi mezolit dövrünə təsadüf edir. Abidə ərazisində aşkar olunan çaxmaq daşı və obsidiandan hazırlanmış mikrolitik əşyalar həmin dövrdə bu ərazinin məskunlaşmasının əyani sübutudur. Güman edilir ki, həmin təpə o zamanlar mezolit dövrü ovçularının yaşayış məskəni idi. Qaraköpəktəpədə üzə çıxarılan növbəti təbəqə formalaşmış oturaq-əkinçiliyi dövrü ilə bağlıdır. Bu dövr e.ə. VI-V minilliklərə təsadüf edir. Həmin mərhələ iri olmayan məişət-təsərrüfat xarakterli saman tikililəri ilə, çox bəsit əkinçilik alətləri və əl ilə hazırlanmış primitiv gil qablarla səciyyələnir. Qaraköpəktəpə abidəsinin bu mədəni qatında daş, sümük və buynuzdan hazırlanmış kərki və oraqlar, xarakterik xüsusiyyətlərə malik olan qablar aşkar edilmişdir.

   Tünc emalının başlandığı və Azərbaycan ərazisində ilkin tünc mədəniyyətinin yayılması dövründə, er.əv. IV-III minilliklərdə bu arxeoloji abıdənin yamacı və ətəklərində dairəvi və düzbucaq şəkilli yaşayış və məişət-təsərrüfat xarakterli tikililər inşa edilmişdir. Bunlar onu təsdiqləyir ki, həmin zamanlar Qaraköpəktəpə iri yaşayış və sənətkarlıq mərkəzi olmuşdur. Burada qədim sənətkarlıq növləri olan metalişləmə, dulusçuluq, toxuçuluq və s. inkişaf etmişdir.

  Maraqlıdır ki, bu dövrə aid edilən mədəni qatın qalınlığı 7 m təşkil edir. Bu da həmin ərəfədə abidə ərazisində çox intensiv həyat fəaliyyətinin mövcud olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində abidədən yüksək keyfiyyətli cilalı saxsı qablar, xırda plastika nümunələri və müxtəlif ocaq altlıqları aşkar olunmuşdur. Qaraköpəktəpə abidəsinin sözü gedən qatından çox nadir və dəyərli tapıntılar əldə edilmişdir. Belələrinə meteorit daşından hazırlanmış nizə ucları, tünc balta üçün gil qəlib, semantik xarakterli zəngin dekora malik saxsı qablar aiddir.

    Abidədə aparılan arxeoloji qazıntılar zamanı tünc dövrünün digər mərhələlərinə aid material və məmulat aşkar olunmuşdur. Bu dövrün üst qatlarında aparılmış qazantılar nəticəsində orta tünca aid əzəmətli müdafiə divarının qalıqları üzə çıxarılmışdır. Bu qatda tapılan müxtəlif saxsı məmulatı, bəzək və digər əşyalar eyni dövrü əhatə edir. Əldə olunan əyani material yerli əhalinin ön Asiya ilə mədəni və ticarət əlaqələrinin inkişaf etdirliməsini təsdiqləyir.

   Onu da qeyd etmək görəkdir ki, Qaraköpəktəpə yaxınlığındakı ərazidə buranın qədim sakinlərinə aid böyük dəfn sahəsi aşkar olunmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı tünc və ilkin dəmir dövrlərini əhatə edən maraqlı tapıntılar əldə edilmişdir.
Qaraköpəktəpədəki mədəni və təsərrüfat fəaliyyəti sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, ilkin orta əsrlərdə burada Böyük İpək Yolu üstündə ucalan çox önəmli bir keşikçi qalası mövcüd idi. Ərazi bütövlüklə daş tikililərlə örtülmüşdür. Burada aşkar olunan arxeoloji material belə bir fikir yürütməyə əsas verir ki, orta əsrlərdə Qaraköpəktəpə regionun həyatında önəmli rol oynayan mühüm ticarət-sənətkarlıq mahiyyətli yaşayış məntəqəsi olmuşdur.

 

İŞĞAL

 

 

   Rayonun Dağlıq Qarabağla həmsərhəd kəndləri hələ 1989-cu ildən erməni quldur dəstələrinin basqına məruz qalıb. 1990-cı ilin yanvar ayının 11-də Füzuli şəhərinə sovet ordusunun ruslardan ibarət desant birləşmələri yeridilib. Artıq həmin dövrdə rayonun Qacar, Yuxarı Yağlıvənd, Gövşad, Hoğa, Qoçəhmədli və digər kəndləri erməni silahlılarının basqınlarına məruz qalırdı. Düşmənin hücumlarının dəf edilməsi məqsədi ilə rayonun kəndlərindən və respublikanın digər bölgələrindən gələn könüllülərdən ibarət bölüklər və taborlar yaradılmağa başladı. İlk dövrlər ov tüfəngləri və kustar üsulla hazırlanmış silahlarla silahlanan bu könüllülər rus hərbçiləri tərəfindən atıcı silahlarla təmin olunmuş ermənilərin basqınlarını dəf edirdilər. Artıq 1991-ci ilin sonu, 1992-ci illərin əvvəllərində Füzuli rayonunda ilk taborlar formalaşdırıldı. Qeyd olunan dövrdə rayonun müdafiəsi 4 könüllü tabor və rayon polisi tərəfindən təşkil olunmuşdu.

   1992-ci ilin 16 mart tarixində ermənilər Füzuli şəhərini və ətraf yaşayış məntəqələrini «Qrad» reaktiv-atəş sistemlərindən və toplardan atəşə tutdu. Şəhərin mərkəzinə, eləcə də rayon hərbi komissarlığının həyətinə düşən mərmilərin partlayışı nəticəsində onlarla insan həlak oldu və yaralandı.

    1992-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonu istiqamətində də hücumlarını davam etdirdi. Füzuli rayonunun Hadrutla həmsərhəd bəzi kəndləri, eləcə də Xocavənd rayonunun bir neçə kəndi quldur dəstələrindən təmizləndi. Lakin təəssüflər olsun ki sonradan bu əməliyyatlar uğursuzluqla nəticələndi. 1993-cü il yanvarın 3-də sübhə yaxın Aşağı Veysəlli kəndinə hücum edən düşmən bir neçə gün əvvəl Azərbaycan əsgərləri tərəfindən azad edilmiş kəndi dağıdır. Döyüşlərdə 50-yə yaxın Azərbaycan könüllüsü həlak olur.

   1993-cü ilin avqust ayında cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədi. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı, eləcə də Əhmədbəyli kəndi istiqamətində «Dörd yol» deyilən əraziyə çıxmaqla düşmən o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı.

   Horadiz qəsəbəsinin müdafiəsini sərhəd qoşunlarının burada yerləşən komendantlığı təşkil etmişdi. Bir neçə gün davam edən döyüşdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki bütün inzibati və yaşayış minaları, neft bazası, dəmir yolu vağzalı və s. yandırılır. Qeyd edildiyi kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür.

   Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edir. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a yaxın tank və zirehli transportyorun iştirakı ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini işğal edən düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələriin ciddi müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Düşmən xeyli sayda canlı qüvvəsini bu döyüşlərdə itirir. Sərhədçilər də bir neçə şəhid verir. Prezident Heydər Əliyevin göstərişi ilə əraziyə Azərbaycan ordusunun əlavə qüvvələri dislokasiya olunur. İki aya yaxın davam edən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də kəndi tam ələ keçirməyə nail olmurlar. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak olur. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkilməyə məcbur olur.

   1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Arazboyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks hücuma keçir. İki gün davam edən döyüşlərdə Azərbaycan ordusu cüzi itki verməklə Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizləyir. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirir.

   Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail olur.

   Füzuli rayonunun işğal olunmuş kəndlərinin azad edilməsində yerli polislər, Daxili Qoşunlar, Sərhəd Qoşunları, həmçinin Hərbi Hava Qüvvələri, özünümüdafiə dəstələrəi mühüm rol oynayır. Azərbaycan həyata keçirdiyi döyüş uçuşları zamanı ermənilər çoxlu sayda canlı qüvvə və hərbi texnika itirir.

   1994-cü il mayın 10-da atəşkəs imzalandı və o zamandan cəbhə xəttinin digər hissələrində olduğu kimi Füzuli rayonunda da «nə hərb, nə sülh» vəziyyəti hökm sürür.

   Qarabağ müharibəsi dövründə Füzuli bu müharibənin ağrı-acısını ən çox yaşayan rayonlardan olub.

   Atəşkəsə qədər gedən döyüşlərdə rayon sakinlərindən 850-dən çox şəhid və itkin, 113 girov, 1450 nəfər müxtəli dərəcəli əlili var. Ermənilərin təcavüzü nəticəsində 36 361 uşaq zərər çəkib.Onlardan 155 nəfəri yetim qalıb. Füzulinin yerli müdafiəçilərindən 6 nəfər döyüşlərdə göstərdikləri şücaətə görə, Azərbaycanın ən yüksək fəxri titulu olan Milli Qəhrəmanı adına layiq görülüb, yüzlərlə döyüşçü isə dövlətin müxtəlif orden və medalları ilə təltif olunub.


 

 

MİLLİ QƏHRƏMANLARI

 

·       Fərzəlİyev  Pəhlivan  Əhliman oğlu (1958-1992)

·       Ibrahimov  Rasim  Səxavət oğlu (1962-1992)

·       Məmmədov  Seymur Qəhrəman oğlu (1971-1992)

·       Zülfüqarov  Elxan Qaçay oğlu (1954-1994)

·       Rəfiyev Faiq Qəzənfər oğlu (1955-1992)

·       Kərimov  Bəşir  Bəylər oğlu (1976-1995)

 

 


MƏNBƏ

Xəbər lenti

• 12.11.2019, 14:35

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

• 12.11.2019, 10:19

Cəbhədə atəşkəsi snayperlər pozdu – 23 dəfə

• 12.11.2019, 10:14

Fərhad Abdullayev: Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub

• 08.11.2019, 11:21

Baş prokuror Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək

• 08.11.2019, 11:20

DSX rəisi və Hərbi prokuror Ermənistanla dövlət sər­hə­dində olub (FOTO)

• 08.11.2019, 11:19

Bayrağımız – milli qürur mənbəyimiz

• 08.11.2019, 10:06

Atəşkəs 21 dəfə pozulub

• 07.11.2019, 17:12

Fuad Muradov: “Biz məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik”

• 07.11.2019, 17:01

Yerevanda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçirdi

• 07.11.2019, 15:10

Koçaryan yenə həbsdə qaldı

• 07.11.2019, 15:09

Paşinyan 15 ayda 10-cu dəfə Rusiyaya gedir

• 07.11.2019, 15:07

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

• 07.11.2019, 15:04

Azərbaycanla bağlı VIII əsrə aid şok sənəd

• 07.11.2019, 14:19

Ermənistanın məhvi planı işə düşdü – Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI

• 07.11.2019, 13:18

ABŞ Paşinyana əvəz axtarır – Qarabağ da gündəmdə

• 07.11.2019, 13:15

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib

• 07.11.2019, 13:10

Ermənilər gedir, hindistanlılar gəlir – Ermənistanda milli tərkib sürətlə dəyişir

• 07.11.2019, 9:45

Atəşkəs 23 dəfə pozuldu

• 06.11.2019, 18:01

Azərbaycan Rusiyaya etiraz notası göndərdi

• 06.11.2019, 16:55

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

• 06.11.2019, 16:40

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

• 06.11.2019, 15:08

Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

• 06.11.2019, 14:16

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

• 06.11.2019, 14:08

Tramp administrasiyası “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdı

• 06.11.2019, 14:02

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930