Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ermənistan-Azərbaycan dövlət sərhədində erməni yaraqlıları yenidən təxribatlar törədir. Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb. Ermənistan tərəfi 3 əsgərinin öldüyünü, 3 yaraqlısının da yaralandığını açıqlayıb.

Nə baş verir? Bütün bunlar Azərbaycan Ordusunu hərbi və ya anti-terror əməliyyatlarına təhrik edə bilərmi?

Suallara cavab almaq üçün Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikirlərini öyrənmək istədik. Polkovnik Publika.az-a müsahibəsində söylədi ki, narahatlığa əsas yoxdur.

– Cənab polkovnik, cəbhədəki erməni təxribatları nədən xəbər verir?

– İlk olaraq onu qeyd edim ki, ölkələr anti-terror əməliyyatlarını adətən öz ərazilərində aparırlar. Əgər hansısa təxribatçı və terror fəaliyyəti ilə məşğul olan qruplar Azərbaycan ərazilərinə soxulsalar və ya Azərbaycan ərazisində fəaliyyət göstərsələr, əlbəttə, o zaman anti-terror əməliyyatları da, digər hərbi əməliyyatlar da aparıla bilər. Onlar ya tərk-silah, ya da məhv olunur. Sərhəddə baş verən toqquşmalar, ona münasibət də başqadır. Çünki ora dövlət sərhədidir. Burada artıq beynəlxalq səviyyədə qəbul edilmiş yanaşmalar var.

– Yəni biz təxribatlara cavab olaraq Ermənistan sərhədləri daxilində hərbi əməliyyatlar apara bilmərik?

– Bu cür məsələlər, toqquşmalar dövlətlərarası müstəvidə araşdırılır. Bununla bağlı da proses gedir. Ancaq Azərbaycan sərhəddəki erməni təxribatları ilə bağlı nə lazımdırsa, onu edir. Yəni hansısa istiqamətdən atəş açılırsa, həmin istiqaməti, mövqeyi sıradan çıxarırlar. Demək olar ki, məhv edirlər. Artıq erməni tərəfdən yaralananlar var. Azərbaycan tərəfi səhəddəki təxribatlara qarşı cavab tədbirləri görməkdədir. Lazımi addımlar atılır. Amma Azərbaycan Ordusu tərəfindən Ermənistanın dövlət sərhədini keçərək orada hansısa hərbi və ya anti-terror əməliyyatları aparılmır. Bu nüans nəzərdə tutulmur.

– Niyə, səbəbi nədir?

– Ona görə ki, Ermənistan sərhədinin qorunmasına cavabdeh Rusiyadır. Ermənistan sərhədinə hər hansı müdaxilə olarsa, Rusiya analoji addım atmaq üçün öz üzərinə öhdəlik götürüb. Onu da qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası üçün də Rusiya öz vasitəçilik təklifini irəli sürüb. Düşünmürəm ki, sərhəddəki toqquşmalar uzun çəkəcək. Hazırda Ermənistanda seçkilər keçirilsə də, ölkədə hakimiyyət zəifdir. Müdafiə Nazirliyində hərc-mərclik hökm sürür. Bütün bu proseslər İrəvana hadisələri kompleks şəkildə nəzarətdə saxlayıb idarə etməyə imkan vermir. Nəzarətsizlik situasiyasında hər hansısa qüvvələrə təxribat törətmək üçün imkanlar açılır.

– Bəs İrəvan sərhəddə gərginlik yaratmaqla nəyə nail olmaq istəyir?

– Ermənistan istəmir ki, Azərbaycan dövlət sərhədini qursun. Ermənilər buna öyrəşməyiblər. Çünki müstəqillik illərindən bu yana həmin ərazilərdə dövlət sərhədi olmayıb. İstədikləri kimi oraları istifadə ediblər. Təsərrüfat qurublar. Qızıl mədənlərindən istifadə ediblər, indi isə Azərbaycan buna son qoyur. Orada öz sərhədlərini, istehkamlarını qurur. Aydındır ki, biz öz sərhədlərimizi bərpa edəndə qarşı tərəfdən atəşkəsi pozurlar. Təbii ki, atəşkəsi qarşı tərəf pozanda Azərbaycan tərəfdən onlara layiqli və tutarlı cavablar verilir.

– Azərbaycan bu cür təxribatların olacağını gözləyirdimi?

– Bəli, biz bu cür təxribatları gözləyirdik. Çünki post-müharibə dövründə hələ ki, Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Sadəcə olaraq atəşkəslə bağlı razılığa gəlmişik. Anormal bir hal olsa da, biz istənilən vəziyyətə hazırıq. Heç bir qüvvə dövlət sərhədini qurmaq məsələsində Azərbaycana mane ola bilməz. Azərbaycan öz sərhədini quracaq və qoruyacaq. Ermənistanın hər hansısa bir təxribatına adekvat cavab verərək onları yerində otuzduracaq. Bunun üçün Azərbaycanın gücü, iradəsi və qəhrəman övladları var. Biz bunu müharibə dövründə də gördük və nəticəsi qələbə ilə yekunlaşdı. Digər tərəfdən, düşünürəm ki, Zəngəzur dəhlizinin praktiki mərhələsinə gəlib yaxınlaşanda bütün bu məsələlər öz həllini tapacaq. Fikrimcə, o zaman böyük sülh müqaviləsi də imzalanacaq. Bu istiqamətdə işlər gedir. Narahatlığa səbəb yoxdur.

Tural Turan

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031