Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenin adından uydurma cümlələr yaydığı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Paşinyanla Blinken arasında telefon danışığı barədə iyulun 13-də Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Lakin ABŞ tərəfi həmin gün bu telefon danışığı haqda hər hansı açıqlama ilə çıxış etməyib.

Daha sonra Dövlət Departamentinin saytında yerləşdirilmiş məlumatın məzmunu isə Paşinyanın mətbuat xidmətinin yaydığı məzmundan kəskin fərqlənib. Məsələn, erməni tərəfinin yaydığı mətndə bildirilir : “Amerika tərəfi Nikol Paşinyanı “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və Ermənistan hökumətinin son illərdə ölkədə demokratik nailiyyətlərin əldə edilməsi üçün atdığı ardıcıl addımları qeyd edib”.

 

Amerika tərəfinin yaydığı mətndə isə deyilir: “Dövlət katibi 20 iyun seçkiləri ilə bağlı Ermənistan xalqına təbriklərini çatdırıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirməsinə görə bu seçkilərin seçicilərin əsas hüquq və azadlıqlarına hörmət şəraitində keçdiyini, seçkilərdə iştirak edən qüvvələrin azad şəkildə təbliğat kampaniyası keçirə bildiklərini qeyd edib”.

Yaxud erməni tərəfinin mətnində bildirilir: “ABŞ dövlət katibi Nikol Paşinyanın seçkiqabağı gərginliyin dinc həllinə və müxalifətlə sivil münasibətlərin qurulmasına dair göstərdiyi səyləri yüksək qiymətləndirib”.

 

ABŞ tərəfinin yaydığı mətndə isə bu haqda heç nə deyilmir. Eləcə də Dövlət Departamentinin yaydığı mətndə Blinkenin Paşinyanı korrupsiya ilə mübarizə, məhkəmə islahatları sahəsində gördüyü işlərə görə də təriflədiyi haqda heç nə yoxdur. Amma bütün bunlar erməni tərəfinin yaydığı mətndə yer alır.

“Yerevan.today” Paşinyanın xarici ölkə liderləri ilə telefon danışıqlarına dair birinci dəfə deyil ki, təhrif edilmiş mətnlər yaydığını bildirir. Məsələn, bu il fevralın 25-də, Ermənistanda generalların baş nazirin istefasını tələb etdiyi vaxtlarda Paşinyanla Putin arasında telefon danışığına dair erməni tərəfinin yaydığı məlumatda Rusiya prezidentinin “Ermənistanın qanuni hakimiyyətini” dəstəklədiyi bildirilirdi. Kremlin məlumatında isə heç bir “qanuni hakimiyyət” ifadəsi yer almırdı və qeyd olunurdu ki, prezident Putin Ermənistanda sakitliyin, qayda-qanunun bərpasına, vəziyyəti qanun çərçivəsində nizamlamağa çağırıb.

Virtualaz.org

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031