Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Şuşada məşhur ev və Mehmandarovlar nəslinin tarixi ilə bağlı yanlışlıqlar

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsindən sonra cəmiyyətdə Qarabağa, əsasən də Azərbaycanın mədəni paytaxtı sayılan Şuşa şəhərinin tarixinə olan maraq daha da artıb. Müharibə bitən kimi Azərbaycan əsgərləri işğaldan azad edilən Şuşa şəhərində Əbdülkərim bəy Mehmandarovun evi qarşısında kollektiv şəkil çəkib paylaşmışdı. Bu fotoşəkilin rəmzi mənası məhz həmin binada “Difai” partiyasının ermənilərin Azərbaycana qarşı ərazi iddialarına qarşı çıxmış və “Hidayət” müsəlman cəmiyyəti əsasında yaradılmış Qarabağ bölməsinin ilk qurultayının keçirilməsi idi.

 

Lakin son zamanlar mətbuatın yanlış məlumat yayması üzündən cəmiyyətdə Şuşadakı həmin evin Azərbaycanın ilk hərbi naziri , general Səməd bəy Mehmandarova aid olması barədə yanlış fikirlər yayılıb. 

Redaksiyamıza Mehmandarovlar nəslinin nümayəndəsi – Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu Mustafa Mehmandarov müraciət edib və bu məsələyə aydınlıq gətirib. O bildirib ki, tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub. Bu nəslin nümayəndələrindən biri – Sadıq bəy Mehmandarov vaxtilə  doğma Şuşa şəhərini tərk edib və Lənkərana köçüb.

 

“Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov da elə Lənkaranda dünyaya göz açıb. Səməd bəy Lənkəranda boya-başa çatıb, lakin həyatının çox hissəsini Rusiyada yaşayır. Televiziya süjetlərində tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı, İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan “Difai” təşkilatının Qarabağ bölməsinin rəhbəri idi. Kərim bəy qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb”,-həmsöhbətimiz deyib.

M. Mehmandarov onu da bildirib ki, onlar əmioğlu kimi çox mehriban olublar və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalıb.

“Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanılmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər”, – Mustafa Mehmandarov qeyd edib.

virtualaz.org

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031