Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

“Dağlıq Qarabağ” sözü ilk dəfə o qurultayda səsləndirilib – Tarixçi alimdən ermənilərə ÇAĞIRIŞ

“Müəyyən problemlər qalıb. Onlar da yaxın dövrlərdə həll ediləcək. Amma təbii ki, həm biz, həm də Ermənistan xalqı qonşu olaraq hansısa formada yaşamaq qaydalarını müəyyənləşdirməyə məcburuq”

 

Bunu tarixçi alim Nəsiman Yaqublu Modern.az-a Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını ötən illərdəki barışıqlarla müqayisə edərkən deyib.

 

O deyib ki, ermənilər Azərbaycan xalqının artıq əvvəlki vəziyyətdə deyil, güclü dövlət olduğunu bilməlidirlər:

 

“1905-1906-cı illərdə Birinci erməni-müsəlman toqquşmasında ermənilərin bizə qarşı törətdiyi cinayətlər və qətliamlardan sonra çar Rusiyasının başında dayanan rəsmilər, o vaxt Qafqazın canişini olan Vorontsov-Daşkov bu gərginliyi aradan qaldırmaq üçün hər iki tərəfin nümayəndələrini Tiflisə çağırdı. Və fevral ayında qurultay keçirildi. Adını “erməni-müsəlman barış” qurultayı qoydular. Bu qurultayda həm erməni, həm də Azərbaycandan olan nümayəndələr iştirak etdilər. Orada çıxışlar edildi, fikirlər bildirildi.

 

Ermənilərdən “Uşaq” qəzetinin redaktoru Kalantar o qurultayda sərt çıxış etdi. Kalantar “Barış qurultayı”nda Dağlıq Qarabağın iki yerə bölünməsi fikrini irəli sürdü. Bir hissəsinin Dağlıq Qarabağ, digər hissəsinin isə Aran Qarabağın olmasını tələb etdi. Bu tələbdə Dağlıq Qarabağda ermənilərin, Aran Qarabağda isə azərbaycanlıların yaşamalı olduğu bildirilirdi. “Dağlıq Qarabağ” sözü ilk dəfə elə orada səsləndirilib.

 

Bizim görkəmli ziyalımız Əhməd Ağoğlu bunun heç vaxt ola bilməyəcəyini, “Qarabağ Qarabağdır, bunun dağı, aranı yoxdur” – dedi. “Əgər yaşamaq istəyirsinizsə, hər iki xalq ümumi qaydalara əməl edib yaşamalıdır” bildirdi. Çox təəssüflər ki, o vaxt Çar Rusiyası ermənipərəst mövqe tutdu. Azərbaycanlıların və müsəlmanların mövqeyini tanımadı. Bu birinci barışıq üçün ilk hadisə idi. Yenə də nəticə vermədi, qətillər törətdilər. 1918-ci il mart soyqırımılarını da törətdilər”.

 

Tarixçi alim barışığa getməyimizin, birlikdə yaşayışımızın mümkün olduğunu bildirib:

 

“Qarabağda işğal edilmiş torpaqlar azad olunandan sonra ermənilər bizimlə normal qonşuluq prinsipləri əsasında yaşamaq fikirindədirlərsə, aşağıdakılara əməl etməlidirlər:

 

Onlar öz vərdişlərində bugünə qədər yaşadıqları qaydalardan əl çəkməli, qonşu dövlətlərə qarşı ərazi iddialarından, xalqlara, insanlara qarşı qətliamlar, qırğın törətməkdən uzaqlaşmalıdırlar.

 

 Eyni zamanda, ermənilər başa düşməlidirlər ki, Azərbaycan xalqı artıq əvvəlki vəziyyətdə deyil, güclü bir dövlətdir. Dünyaya inteqrasiya olunmaq, Azərbaycanın həyata keçirdiyi və iştirakçısı olduğu böyük layihələrə qoşulmaq istəyirlərsə, onlar özlərinin digər köhnə vərdişlərindən də əl çəkməlidirlər.

 

Yox, əgər ermənilər bunu etməyəcəklərsə, imzalanmış sənədlər var. Sonradan Türkiyə və Azərbaycan Respublikası “altılıq platforması”nın yaradılması ilə bağlı bir sənəd imzaladı və ermənilərin də bura qoşula biləcəyini elan etdilər. Lakin bir şərtlə ki, ermənilər özlərinin 100 illik istəklərini kənara qoymağı bacarmalıdırlar. Əks halda, Ermənistanı fəlakət gözləyir, ölkənin dağılması baş verə bilər.

Ona görə Ermanistan qonşu dövlətlərlə yeni qaydalar əsasında yaşamağa məcburdu”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930