Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri… – Moskva görüşünün daha bir pərdəarxası

Putin-Paşinyan danışıqlarının Bakı və Ankaraya birbaşa dəxli var; mərkəzində Rusiya liderinin durduğu barışıq prosesi böyük sülh anlaşmasına gətirəcəkmi?..

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya işgüzar səfərə yola düşür. İkinci Qarabağ savaşından sonra bu, onun Rusiya paytaxtına daha inamlı ziyarəti sayıla bilər.

Əsas da o səbəbə ki, kapitulyasiyadan sonrakı kritik 5 ayda Paşinyan radikal-revanşist müxalifətin bütün təzyiq və təhdidlərinə, terrorla şantajlarına rəğmən, opponentləri ram edə və öz postunda duruş gətirə bilib. Seçki ideyasını yaxına buraxmayan müxalif qüvvələrə, nəhayət, öz oyun qaydalarını qəbul etdirən baş nazir onları erkən seçkilərə razı salmaqla, hüquqi müstəviyə çəkib və ayaqlarını küçədən yığışdırıb.

Şübhə yox ki, belə nəticəyə Ermənistanın şəriksiz yiyəsi Rusiyanın mövqeyi, Kremlin siyasi iradəsi ciddi təsir edib. Bütün hallarda Nikol Paşinyan öz qüvvələrini təzədən səfərbər eləmək üçün qiymətli “taym-aut” qazanıb. Bu mənada 20 iyun seçkiləri öncəsi siyasi situasiyanın hakim partiya üçün müəyyən mənada əlverişli və uduşlu axarda formalaşdığını söyləmək mümkündür. Əksər təhlilçilərin fikrincə, möcüzə və ya “fors-major” hallar baş verməzsə, Nikol və komandası növbəti seçkilərdən sonra da öz hakimiyyətini qoruyub saxlayacaq.

*****

Ermənistan rəhbəri məhz belə bir “baqajla” Moskvaya yollanır. Əlbəttə ki, onun mövqeyi kövrəkdir. Ona görə ki, legitimlik problemi yaşayır. 44 günlük müharibədən sonra bu legitimliyi ona yenə erməni elektoratı – seçicilər tanıya bilər. Daha dəqiqi, elektoratın nisbi çoxluğu. Çünki artıq aydındır ki, Paşinyan və partiyasına 2018-ci ildəki dəstək olmayacaq. Ancaq bu dəstək ana müxalifətə veriləndən aşağı da olmayacaq. Bir neçə səbəbdən. 

Paşinyan zəng edir, Putin cavab vermir... - VİDEO - Modern.Az Azərbaycan və  dünya xəbərləri

“Paşinyanın tutduğu mövqe və apardığı siyasət ümumilikdə Moskvanın maraqları ilə üst-üstə düşür, ona görə ki, o, 10 noyabr üçtərəfli bəyanatının bəndlərini həyata keçirməyə və kommunikasiyaların blokadadan çıxarılmasına çağırır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Orta Şərq və Qafqaz ölkələrinin problemləri üzrə rusiyalı politoloq Stanislav Tarasov News.am-a söyləyib. “Moskva hələ ki onu Ermənistanın siyasi həyatında mərkəzi fiqur hesab edir, Paşinyan xaricində istənilən qüvvə, zahiri revanşist kimi qəbul edilir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Ermənistanda hakimiyyətin konstitusiya yolu ilə ötürülməsində Moskva, Bakı, Ankara və hətta Ermənistanın Qərb tərəfdaşları da maraqlıdır. Bu xüsusda rusiyalı analitik düşünmür ki, Kreml seçki “kartı”ndan süi-istifadə edəcək. “Moskvanın 20 iyun seçkiləri üzərində oyun quracağı və müxalifətə pas verəcəyi hiss olunmur. Rusiya son dərəcə nəzakətli davranır və yüz faizlik bir imkan yaradır ki, seçimi ermənilərin özləri eləsin. O ayrı məsələdir ki, Putinlə Köçəryan (Ermənistanın 2-ci prezidenti, Xocalı hərbi canisi – red.) arasında şəxsi münasibətlər var. Ancaq Robert Köçəryanın hansısa fərdi, imtiyazlı üstünlükdən istifadə edəcəyi təəssüratı yoxdur. Erməni müxalifəti parçalanmış durumdadır. Bəzi anket sorğuları Paşinyana stavkanı üzə çıxarıb. Əlbəttə ki, Nikol Paşinyan seçkilərdə mütləq səs çoxluğu qazanmasa (bu da çətin ki, olsun), o zaman ölkədə yəqin ki, sabitləşmə tezliklə yaranmayacaq”, – Tarasov ehtimal edib.

ERMƏNİSTANDA ÇEVRİLİŞ HAZIRLIĞI – Köçəryan son məsləhətləşmə üçün  Moskvadadır » Anaxeber.info online xəbər portalı

Bu yerdə xatırladaq ki, Paşinyanın Rusiyaya səfərinə sayılı günlər qalmış Köçəryan Moskvada olub. Erməni mənbələri yazıb ki, o, Putinlə 1 saata yaxın söhbət edib. Lakin söhbət koronavirus situasiyası ilə bağlı online formatda keçib. Söhbətin detalları açıqlanmır…

*****

Bölgədəki nəqliyyat arteriyalarının açılmasına gəlincə, rusiyalı politoloqun qənaətincə, bu, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağı nəzərdə tutur. “Lakin təbii ki, bunun üçün müəyyən vaxt keçməlidir. Çünki indi İrəvanda Türkiyə səfirliyi açılsa, bu, sırf müharibədə məğlubiyyətin nəticəsi kimi qəbul ediləcək”, – deyə rus təhlilçi vurğulayıb və əlavə edib ki, Rusiya Qarabağ məsələsində ardıcıldır, Putin bu məsələ ilə şəxsən məşğul olur və Paşinyanla təmaslar da dialoqun təbii davamıdır.

Göründüyü kimi, bu gün Moskvada baş tutacaq Paşinyan-Putin danışıqlarının Bakı və Ankaraya, iki qardaş ölkənin maraqlarına birbaşa dəxli var. Hər nə qədər olmasa, mərkəzində Rusiyanın, şəxsən Putinin dayandığı bütün bu proseslər yekunda Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamasına gətirməli, İrəvanda Azərbaycan və Türkiyənin, Bakı və Ankarada isə Ermənistan səfirlikləri açılmalıdır. Bu, olmayacaqsa, demək, bölgədə müharibə riski qalmağa davam edəcək və günahkar da İrəvan olacaq.

Daimi sabitsizlik, barıt qoxusu verən səma isə regionda qarşılıqlı etimad atmosferinin, iqtisad-ticari, energetik və logistik inteqrasiyanın tam həcmdə getməsinə əngəl olacaq. Bu da Rusiya ilə yanaşı, Qərbin, özəlliklə ABŞ və Avropa Birliyinin bölgə ilə bağlı köklü və perspektiv maraqlarına cavab vermir. Azərbaycan və Türkiyənin yeni müharibədə maraqlı olmaması gerçəyi də öz yerində.

Seçim, həmişəki kimi, İrəvanındır. Daha doğrusu, İrəvanın yiyəsi, onun da yerinə söz sahibliyi daşıyan Moskvanın. Obrazlı ifadə eləsək, hazırda Ermənistan plastilin kimidir. Rusiya ondan istənilən “fiquru” düzəldə bilər…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar    
 1234
567891011
12131415161718
19202122232425
2627282930