Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliy­yə­tə başlayıb (FOTO)

Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə bu ərazilərdə qısa müddət ərzində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv surətdə aparılmaqdadır.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlamışdır.

Bu münasibətlə təşkil olunmuş mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında şərəflə iştirak edən və hazırda işğaldan azad olunmuş dövlət sərhədlərində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanmışdır. Tədbirin sonunda hərbi orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmiş və xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunmuşlar.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitə­lər, avtomobil texnikası ilə tanış olmuşlar. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilmişdir.

Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minamyot qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilmişdir.

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliy­yə­tə başlayıb (FOTO) - Gallery Image

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar    
 1234
567891011
12131415161718
19202122232425
2627282930