Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “İskəndər – M” raketi haradandır?

ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında reallaşdırdığı minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan, eyni zamanda yüksək dağıdıcı qüvvəyə malik “İskəndər” raketinin qalıqlarının tapılması faktı öz təsqdini tapdı. Araşdırmaların nəticəsi üzə çıxartdı ki, bu, Operativ-Taktik Raket Kompleksi “İskəndər – M” raketinin qalıqlarıdır. Eyni zamanda, o da məlum oldu ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, ANAMA əməkdaşları bir-birindən xeyli uzaqlıqda raketin qalıqlarının aşkar olunduğu dörd ərazi müəyyənləşdiriblər:

“Hətta raketin qalıqları aprelin 2-də Bakıda kütləvi informasiya vasitələrində də nümayiş olundu. Açıq mənbələrdən məlum olur ki, Rusiya Ermənistana “İskəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər – E” raket kompleksi verib. Bununla müqayisədə isə “İskəndər – M” raketi daha yüksək dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafəni hədəf ala bilir.

Hələ 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edəcəkləri ilə bağlı bir neçə dəfə təhdidlər dilə gətirmişdilər. Ölkənin sabiq rəhbəri Serj Sarkisyan müsahibəsində indiki rəhbərliyi günahlandıraraq demişdi ki, müharibənin 3-cü və 4-cü günü Ermənistanın "İskəndər" raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır. Bundan sonra Sarkisyana cavab olaraq Paşinyan “İskəndər” atdıqlarına və onların partlamadığına dair bəyanat versə də, Rusiyanın bu məsələni inkar etməsindən və təzyiq göstərməsindən dərhal sonra Paşinyan öz sözlərini geri götürmüşdü. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Hakopyan da 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raket sistemindən istifadə etdiyini bildirmişdi.

44 günlük müharibənin gedişində Ermənistanın Azərbaycan mülki infrastrukturunu davamlı şəkildə raket atəşinə tutduğunu, mülki əhalini Gəncə, Bərdə, Tərtər şəhərlərində hədəf alaraq böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurduğunu, çoxlu sayda dinc insanlarımızın qətlə yetirildiyini və yaralandığını faktlar sübut edir. Bununla yanaşı, Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, habelə kasetli bombalardan istifadə olunub.

Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda isə bildirilib ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Əgər Rusya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılmasını necə izah edə bilərik? Bu, ciddi araşdırılmalı məsələdir. Ermənistanda yüksək dağıdıcı qüvvəyə malik bu raket növü hardandır?

Əlimizdə olan fakt odur ki, qalıqlar tapılıb, bu açıqlama isə şübhə altında qalır və Şuşada aşkar olunan bu fakt insanlarımızın beynində suallar doğurur və bu məsələ Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat edir. Düşünürəm ki, tapılmış raketin nömrəsinə müvafiq olaraq hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyən etmək mümkündür.

Fevral ayının 26-da cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı suallarını cavablandıranda da bildirdiyi kimi bu cür addımlar düzgün deyil və bu qəbildən addımlar, sabitliyin möhkəmlənməsinə yönəlməyib. NATO-nun tərəfdaşlıq proqramında iştirak edən Ermənistanın digər tərəfdaş ölkə olan Azərbaycana qarşı ağır raketlərdən istifadə etməsi faktı ciddi araşdırmalıdır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar    
 1234
567891011
12131415161718
19202122232425
2627282930