Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Selçuk Bayraktar Bakıda bir neçə vətəndaş cəmiyyəti nümayəndələrilə görüşüb

Türkiyənin və bütün dünyanın ən böyük mühəndislərindən biri, məşhur “Bayraktar” PUA-larını istehsal edən “Baykar Makina” şirkətinin direktoru Selçuk Bayraktar bugünlərdə Bakıda səfərdə olub.

525.az xəbər verir ki, S.Bayraktarın səfər zamanı yaddaqalan görüşlərindən biri də Azərbaycanın hərbi-vətənpərvərlik yönümlü qurumlarının rəhbərləri və təmsilçilərindən, Qarabağ müharibəsi veteranı olan hərbçilərdən, həmçinin bu yöndə çalışan media nümayəndələrindən ibarət bir qrupla keçirilib.

Görüş iştirakçılarını səmimi salamlayan S.Bayraktar onların timsalında ölkəmizin ictimaiyyətini Qarabağ zəfəri, Vətən müharibəmizdəki parlaq qələbə münasibətilə bir daha ürəkdən təbrik edib. Böyük mühəndis son zamanlar Türkiyə-Azərbaycan qardaşlıq və dostluğunun daha da güclənməsinin, bunun sayəsində son dərəcə önəmli uğurlar əldə edilməsinin məhz “Bir millət-iki dövlət” anayışının misilsiz bəhrələri olduğunu vurğulayıb. O, Azərbaycan xalqının 2-ci Qarabağ müharibəsində, bu haqlı savaşda dastanlara layiq bir mücadilə verdiyini, görünməmiş əzm, iradə və fədakarlıq ortaya qoyduğunu qeyd edib.

S.Bayraktar bu savaşda zəfəri ilk növbədə xalqımızın vətənpəvərlik, torpaq sevgisi, fədakarlıq kimi yüksək duyğularının, əcdadlara bağlı şəhidlik ruhunun təmin etdiyini bildirib. Eyni zamanda, ən yeni texnologiyaların da bu haqlı mücadilədə şanlı Azərbaycan ordusuna mühüm köməyi olduğunu diqqətə çatdırıb. O, iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin daha da güclənməsi naminə bundan sonra da hamılıqla, dayanmadan çalışmağın vacibliyindən də söz açıb. S.Bayraktar orduya dəstək işində xalqın, cəmiyyətin, ictimai qurumların möhkəm birlik sərgiləməsinin zəruriliyini vurğulayaraq, Azərbaycan xalqında bunun dəyərli örnəyinin şahidi olmasından məmnunluq duyduğunu söyləyib. O, görüşdə iştirak edən Azərbaycan ictimaiyyəti nümayəndələrini Türkiyədə görməkdən məmnun olacağını bildirərək, dəvətini dilə gətirib.

Görüşün təşkilatçısı olan QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli görüş imkanı üçün S.Bayraktara minnətdarlığını bildirib. Onun Azərbaycana, Bakıya səfərini sonsuz sevinclə qarşıladıqlarını önə çəkən E.Həsənli bu hadisənin dostlara fərəh və qürur, düşmənə isə dərin məyusluq və kədər yaşatdığını ifadə edib:

 

“Başda sayın Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla, bütövlükdə Türkiyə dövləti, 83 milyonluq türk xalqı bu haqq savaşımızda Azərbaycana güclü mənəvi-siyasi dəstək verdi. Buna görə dərin minnətdarlığımızı bildiririk. Möhtəşəm fəaliyyətinizlə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin gücünə güc qatdığınız, Qarabağ zəfərimizdə məxsusi rol oynadığınız üçün Sizə ürəkdən minnətdarıq”. Azərbaycan ictimaiyyətinin Türkiyə xalqı ilə çiyin-çiyinə olduğunu vurğulayan E.Həsənli deyib ki, dövlətimiz kimi, ictimai qurumlarımız da hər bir taleyüklü hadisədə qardaş ölkəni fəal şəkildə dəstəkləyir. Sonra E.Həsənli rəhbəri olduğu ictimai qurum adından S.Bayraktara xatirə medalı və digər rəmzi hədiyyələr təqdim edib.

 

 

“525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli Selçuk Bayraktarın çağdaş dünyada əfsanələşmiş bir sima olduğunu, adının və şəxsiyyətinin Azərbaycanda son dərəcə əziz tutulduğunu bildirib. S.Hüseynli dahi Atatürkün “İstiqbal göylərdədir” fikrini parlaq şəkildə gerçəkləşdirən S.Bayraktarın həm yüksək peşəkarlığı, həm də böyük vətən sevgisi ilə  müasir Türkiyə və Azərbaycan gəncliyi üçün canlı nümunəyə çevrildiyini məmnunluqla qeyd edib.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, İkinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan baş leytenant, jurnalist Pərviz Aslanov, gənc ictimai fəal Mikayıl Həsənli də S.Bayraktara səmimi rəğbət və minnətdarlıqlarını çatdırıblar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar    
 1234
567891011
12131415161718
19202122232425
2627282930