Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

XİN-dən bəzi Avropa ölkələri parlamentlərinin qərəzli sənədlərinə REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə reaksiya verib.

Modern.az-ın məlumatına görə, XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva son günlər bəzi Avropa ölkələrinin qanunverici qurumları tərəfindən Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsi məsələsi ilə bağlı qəbul edilən qətnamələr barədə fikirlərini bildirib.

O deyib:

“Qeyd etmək istərdim ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Doğrudur ki, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər. Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub. Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb. Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim. Ümumiyyətlə, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular.

Bununla yanaşı, bu ilin 25 fevral tarixində Niderland Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən “Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu. Niderland Parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub. Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış etmiş, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif etmişdi. Buna rəğmən qətnaməyə düzəliş edilməmişdi. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.

Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2021
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
1234567
891011121314
15161718192021
22232425262728
293031