Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Prezident: Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar

Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt indiki imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər də aydın deyildi.
 

Bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.


Həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmadığını qeyd edən dövlətimizin başçısı deyib ki, erməni lobbisi müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı və bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz əlbəttə ki, böyük səylər göstərməli idik. Son illər ərzində bu fəaliyyəti ardıcıl surətdə göstərmişik, dövlət olaraq, ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmaması, nə Azərbaycanda, nə də dünyada heç vaxt təkrarlanmamasıdır. Azərbaycanın heç vaxt 1990-cı illərin əvvəlində olan aciz duruma düşməməsi, hər zaman özünü, öz vətəndaşlarını qoruya bilməsidir.

Bu gün Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumatın olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Bu addımların təkrarını biz ikinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər və ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır – Gəncə şəhərinə, Tərtər, Bərdə, digər şəhərlərə. Yəni növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”.


Prezident əmin olduğunu bildirib ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımını rəsmən tanısınlar. Bu işlər bundan sonra da ardıcıl surətdə aparılacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728