Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Ordusuz və silahsız Ermənistan – məğlub ölkənin tək dirçəliş formulu

Modern ordu xəyal edən məğlub ölkədə pensiyaları ödəmək belə, getdikcə çətinləşir; dövlət borcu sürətlə artır – defolt qapıda; Rusiya mediası: “Ermənilər 2020-ci ilin hərbi büdcəsinin 50%-ə qədərini işğal altındakı əraziləri minalamağa sərf edib…”

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə yerli KİV-ə verdiyi müsahibədə Rusiyanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) 2-ci Qarabağ savaşı zamanı Azərbaycana qarşı istifadə edildiyini təsdiqləyib. Eyni zamanda bu sistemlərin keyfiyyətsizliyindən şikayətlənib. Bu da dərhal Rusiyada kəskin reaksiya doğurub. Çünki “İsgəndər”lər uzaq mənzili yeni nəsil silahlar sayılır.

Rusiyada bir sıra şərhçilər hesab edir ki, əslində bununla N.Paşinyan Rusiyanı və onun silah sənayesini dolayısıyla gözdən salmağa, II Qarabağ savaşına görə ondan qisas almağa çalışır. Axı hər necə olmasa, o gizli qərbçidir. Bu mənada şimaldan cavab reaksiyalarının ikiqat sərt olması anlaşılandır.

*****

Məsələn, rusiyalı hərbi-siyasi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sual edir: “Cəmi ayyarımlıq müharibədə 10 min fərarisi yaranan bir ordu müasir silahlardan səmərəli istifadə edə bilərmi?”

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün telegram kanalında yazıb.

İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi  göstərdi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqor Korotçenko 

“Paşinyan 2-ci Qarabağ müharibəsi zamanı Rusiyanın ”İsgəndər"lərinin səmərəsizliyindən danışıb. Bəlkə bütün problem elə Ermənistan ordusunun peşəkar hazırlığının aşağı olmasındadır? Bundan əlavə, Ermənistanın Azərbaycandakı mülki hədəflərə raket zərbələri hərbi cinayətdir", – deyə Korotçenko xatırladıb.

Onun sözlərinə görə, Moskva “İsgəndər” komplekslərinin, digər raket sistemlərinin Ermənistana tədarükünə qadağa qoyulması məsələsinə baxmalıdır. 

Avia.pro: “Azərbaycanın dron kamikazdesi Ermənistan ordusunun “İsgəndər”ni  məhv edib”

“Ermənistan KTMT üzrə bizim müttəfiqimiz də olsa, bu silah növünün istifadəsində Səddam Hüseyn kimi tam qeyri-sivil davrandı. ”İsgəndər" OTRK gələcəkdə bu ölkənin hərbi təhlükəsizliyinin qarantı olan Gümrüdəki Rusiya hərbi bazasında saxlanmalıdır. Erməni ordusu siyasi və peşəkar planda “İsgəndər”lərin istismarına və döyüş tətbiqinə hazır deyil", – deyə analitik qeyd edib.

*****

Haqlıdır. Ümumiyyətlə, bundan sonra ordu Ermənistanın nəyinə gərək, əgər üstəlik, müttəfiq Rusiya onun əvəzinə hər şeyi edirsə, ermənilərin bütün “əyər-əskiyini” özü düzəldirsə, Ermənistan adlı qondarma dövlətin xarici sərhədlərini belə ruslar qoruyursa? (İşğaldan azad edilən sərhədlərdə də rus hərbçiləri dayanacaq – Ermənistan tərəfdə).

Bəlli məsələdir ki, əzəli Türk torpaqlarında təşəkkül tapsa da, Ermənistan ərazisinə kimsə göz dikməyib, onu işğal eləməyə heç kəs hazırlaşmır. Çünki Ermənistandan fərqli olaraq, onun bütün qonşuları beynəlxalq hüquqa, imza atdığı öhdəliklərə, normal qonşuluq prinsiplərinə sayğılıdır, sadiqdir.   

Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin edilib

İkinci tərəfdən, məğlub ölkə 4 aydır üzüqoylu düşüb, böhran içində çapalayır, pensiya və müavinətləri belə ödəmək qabiliyyətini itirməkdədir. Dövlət borcu sürətlə artır və ölkəni defolta aparır. Müdafiə naziri Vaqarşak Arutyunyan isə utanıb-eləmədən Rusiya mediasına müsahibəsində deyir ki, “biz Rusiyanın köməyi ilə silahlı qüvvələrimizi modernləşdirmək istəyirik”. Sual yaranır: hansı pulla? Siz hələ təqaüdçülərinizin müavinətlərini ödəyin görək, bacarırsınızmı?

***** 

Bu, bir daha Ermənistanın siyasi və hərbi elitasının (radikal müxalifət liderləri də eyni “çəhrayı arzular”la yaşayır) hələ də müharibə abı-havasından çıxa və 44 günlük savaşdan sonrakı reallığı düzgün qiymətləndirə bilməməsinin sübutdur. Halbuki adi məntiq diktə edir ki, yoxsul və acından ölən Ermənistanın iqtisadi-siyasi və sosial fəlakət zolağından çıxması üçün əksinə, işğalçı ordunun qalıqları da buraxmalı, bütün qənaət edilən vəsaitlər kasıb əhalinin xilasına yönədilməlidir. Uzaq perspektivdə bəlkə də bir mini-ordu saxlamaq olar.

Ordusuz Ermənistan – hakimiyyətdə hansı “yan” olur-olsun, məğlub ölkə üçün hazırda ən optimal dirçəliş və xilas yolu bundan keçir – hərbsizləşmə! Belədə bölgə də, nəhayət, rahat nəfəs alar. Çünki onu iki əsrdir qarışdıran amil aradan qalxmış olar.

Erməni xalqı bu yolu seçmək zorundadır, həm də o səbəbə ki, inkişaf perspektivi Türkiyə və Azərbaycandan asılı olan, dünya okeanına çıxışdan məhrum Ermənistan bu iki qonşu dövlət üzərində hərbi üstünlüyə heç vaxt nail ola bilməyəcək. Hətta bunu xəyal belə edə bilməz. Hərbi faktor hesabına hədəfinə çata bilsəydi, 30 ildə, yüz ildə çatardı. Rusiyanın köməyi ilə nail olardı.

Kreml “İsgəndər”ə görə Nikolu cəzalandırır: Ermənistanda hərbi çevriliş  realdır Ayna.az

Lakin II Qarabağ müharibəsinin acı dərsi də göstərdi ki, iqtidarlı-müxalifətli Ermənistan, nəhayət, regiondakı reallığı qəbul eləməli və öz xalqının dirçəlişi və inkişafı naminə yeganə düzgün yolu seçməlidir – qonşulara qarşı əsassız ərazi iddialarından imtina yolunu. Hərbi xərcləri də müstəsna olaraq, öz bədbəxt əhalisinin rifahına, sosial-iqtisadi proqramlara xərcləməlidir…

***** 

Bu xüsusda maraqlı bir fakt.

“Mütəxəssislərin fikrincə, erməni tərəfinin işğal altındakı ərazilərdə basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər. Yerli miqyasda bu astronomik bir məbləğdir. Məlum olur ki, işğal illərində Ermənistan 2020-ci il üçün hərbi büdcənin 50%-ni, yaxud rəsmi valyuta ehtiyatlarının 15%-ni və ya dövlət büdcəsinin 10%-ni Azərbaycan ərazilərinin minalanmasına xərcləyib”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə rosSMI-də getmiş məqalədə deyilir.

“2-ci Qarabağ müharibəsinin yekunları əsasında bildirilməlidir ki, son 30 ildə minalanmaya xərclənən yüz milyonlarla dollar elm, təhsil və səhiyyə sahələrinə daha səmərəli şəkildə investisiya edilə bilərdi. Bu gün isə həmin vəsait sözün əsl mənasında torpağa basdırılıb və bir qayda olaraq, müharibəyə dəxli olmayan insan həyatlarını məhv etməyə davam edir”, – deyə məqalə müəllifi vurğulayıb.

Diqqət edildi yəqin. Əhalisi on illərdir məhrumiyyət içində olan işğalçı bir ölkə ondan ötrü böyük məbləğ sayılan bu vəsaiti torpağın altına səpib. Bəs yekunda erməni xalqının qazancı nə oldu? Onu artıq bütün dünya bilir. Yenə eyni yol seçilərsə, nəticə indikindın də betər olacaq – erməni xalqı üçün!

Qalır bu perspektivi İrəvandakı qaynar başların vaxtında anlaması… 


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728