Sarkisyan Paşinyanın Baş Qərargah rəisinin istefaya göndərilməsi təklifini imzalamayıb
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın istefaya göndərilməsi barədə təklifini alıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, prezident hələlik bu təklifi imzalamayıb.
Xatırladaq ki, hökumət başçısının sərəncamı hələlik qüvvəyə minməyib. Bunun üçün Ermənistan prezidenti Armen Sarkisyan O.Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamalıdır.