Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Ətraflı

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ətraflı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

Ətraflı

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

Ətraflı

Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Azərbaycan möcüzəsi” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, yazıda Azərbaycanın illər boyu təcavüzə məruz qaldığı, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla ərazisinin toplam 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, 1 milyona yaxın azərbaycanlının öz yurdlarından qovularaq məcburi köçkünə çevrildiyi, bu təcavüz ərzində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü uşaq və 106-ı qadın olmaqla 613 nəfər mülki azərbaycanlının amansızcasına qətlə yetirildiyi bildirilir.

Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 il ərzində yüksək siyasi, iqtisadi və mədəni-humanitar inkişaf yolu keçmiş, bütün dünya üçün çoxmədəniyyətlilik modelinə çevrilmişdir.

Son müharibə zamanı Azərbaycanın nəhayət erməni təcavüzünə son qoymağa və öz tarixi ərazilərini azad etməyə nail olduğu, ancaq bu müharibə zamanı da Ermənistanın mülki insanları hədəf aldığı, Gəncə, Bərdə və münaqişə bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinə qadağan olunmuş döyüş başlıqlarından istifadə etməklə ballistik raket zərbələri endirdiyi və bu hücumların Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi söylənir.

Münaqişə ilə bağlı BMT TŞ qətnamələrinə 30 ildir əməl etməyən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məqsədli şəkildə tamamilə məhv etdiyi, eləcə də ətraf mühitə xeyli ziyan vurduğu, azad edilmiş şəhərlərin Hiroşima ilə müqayisə edildiyi və 30 il ayrılıqdan sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın hazırda bu ərazilərdə yenidənqurma işləri apardığı qeyd olunur.

Müəllif Ermənistanda bəzi qisasçı qüvvələrin mövcudluğu səbəbindən regionda sülhün hələ də dayanıqsız olduğunu, bu qüvvələrin Azərbaycanı təxribata çəkməyə çalışdığını, virtual platformalarda da Azərbaycan haqda böhtanlar və saxta məlumatlar yaydığı və Ermənistan tərəfinin hələ də bölgədə minalanmış ərazilərin xəritəsini belə təqdim etməkdən imtina etdiyini bildirir.

Bütün bunlara rəğmən, Azərbaycanın qlobal və regional inteqrasiya proseslərində fəallığını durmadan artırdığı, BTC, TAP, TANAP, BTK kimi irimiqyaslı layihələrlə regionun inkişafına böyük töhfə verdiyi, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış dəyərlərə sadiq qalaraq dini və etnik mənsubiyyətindən asılı olmadan bütün ölkə vətəndaşlarına bərabər tərəqqi imkanaları yaratdığı qeyd olunur və münaqişə və təcavüz mühitində inkişaf etməyə çalışan ölkələrin “Azərbaycan möcüzəsi”nə nəzər salmalı olduqları vurğulanır.

https://elexpediente.co/magia-azeri/

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 09.04.2021, 16:41

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

• 09.04.2021, 16:09

Tank bölmələri döyüş atışları icra edib – VİDEO

• 09.04.2021, 16:07

Kreml növbədənkənar seçkilərdə Paşinyanı dəstəkləyəcək, yoxsa Koçaryanı? – MÖVQE

• 09.04.2021, 16:05

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

• 09.04.2021, 14:12

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

• 09.04.2021, 14:08

Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir

• 09.04.2021, 14:04

Sarkisyan ABŞ səfiri ilə görüşdü

• 09.04.2021, 14:01

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

• 09.04.2021, 13:21

Azad edilmiş ərazilərdə yataqxanalar quraşdırılır – Video

• 09.04.2021, 13:18

Ermənistanın Baş Qərargah rəisinin biabırçı QAÇIŞI

• 09.04.2021, 11:19

Ermənistanın yalanları artıq işləmir – Bu dəfə “Amnesty International” ifşa etdi

• 09.04.2021, 11:11

Erməni vandalizmini öz gözləri ilə görən İslam dünyası daim Azərbaycanın yanındadır

• 08.04.2021, 17:44

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır…”

• 08.04.2021, 16:53

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? – AÇIQLAMA

• 08.04.2021, 16:50

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı – FOTOLAR

• 08.04.2021, 16:47

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

• 08.04.2021, 16:45

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

• 08.04.2021, 14:49

Ermənistan insan haqlarını pozur – Amnesty International

• 08.04.2021, 13:05

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur

• 08.04.2021, 12:48

Türk Şurası Bakıda TOPLANIR

• 08.04.2021, 12:18

Putin-Paşinyan görüşü: Rusiya seçim etməyə tələsmir… – TƏHLİL

• 07.04.2021, 18:01

Türkiyə Qarabağda aqrar sahənin inkişafına kömək edəcək

• 07.04.2021, 17:59

Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayrıldı

• 07.04.2021, 17:53

Paşinyan Putinin yanında düz otura bilmədi – FOTO

• 07.04.2021, 15:30

“Qarabağda davamlı sülhə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728