Bakı
0° C
Şuşa
0° C

İlham Əliyev daha bir rekordu qırdı

Ətraflı

Ərdoğan: “Ermənistanda hərbçilərin çevrilişə cəhd etməsi qəbuledilməzdir”

Ətraflı

Rusiya Müdafiə Nazirliyi: “Paşinyan çaşıb…”

Ətraflı

Nikol Paşinyan: “Ermənistandan qaçmayacağam”

Ətraflı

İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib

İtaliyanın Katanzaro əyalətinin Soverato bələdiyyəsi, Kieti əyalətinin Fossacesia bələdiyyəsi və L’Aquila əyalətinin Sante Marie bələdiyyəsi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.

Trend-in məlumatına görə, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən işğal olunduğu, istər Dağlıq Qarabağdan, istərsə də ətraf 7 rayondan bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Baş Assambleyasının qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.

Sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş edilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Eyni zamanda, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məsqədi daşıdığı vurğulanıb.

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.

Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.02.2021, 17:32

İlham Əliyev daha bir rekordu qırdı

• 26.02.2021, 17:30

Levon Aronyan Ermənistanı tərk edəcəyini təsdiqlədi

• 26.02.2021, 17:28

Ərdoğan: “Ermənistanda hərbçilərin çevrilişə cəhd etməsi qəbuledilməzdir”

• 26.02.2021, 13:43

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” – FOTO

• 26.02.2021, 13:40

Ordusuz və silahsız Ermənistan – məğlub ölkənin tək dirçəliş formulu

• 26.02.2021, 13:35

Azad olunmuş torpaqlarımızda 1000 hektar buğda əkilib – İlham Əliyev

• 26.02.2021, 13:34

Ermənistan prezidenti Baş Qərargah rəisi ilə görüşür

• 26.02.2021, 13:33

Hollandiya azərbaycanlılarının 26 fevral PLANI: Etiraz aksiyası, petisiya…

• 26.02.2021, 13:31

Qarabağda rus dilinin rəsmi dil elan etməsi xunta rejiminin son cəhdlərdir

• 26.02.2021, 13:29

Prezident: Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar

• 26.02.2021, 0:49

Xocalı soyqırımından 29 il ötür

• 26.02.2021, 0:45

Rusiya Müdafiə Nazirliyi: “Paşinyan çaşıb…”

• 25.02.2021, 17:58

Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir

• 25.02.2021, 17:53

Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək

• 25.02.2021, 17:50

“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

• 25.02.2021, 17:47

Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir – Kamaləddin Qafarov

• 25.02.2021, 15:16

Nikol Paşinyan: “Ermənistandan qaçmayacağam”

• 25.02.2021, 14:00

“Paşinyan qaçacaq, ordu elə-belə bəyanat verməyib” -erməni ekspert

• 25.02.2021, 13:58

Sarkisyan Paşinyanın Baş Qərargah rəisinin istefaya göndərilməsi təklifini imzalamayıb

• 25.02.2021, 10:53

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

• 25.02.2021, 10:13

Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır – Politoloq

• 25.02.2021, 9:45

Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb

• 23.02.2021, 17:52

Prezident İlham Əliyev: Azərbaycan öz öhdəliklərinə sadiqdir

• 23.02.2021, 17:37

Azərbaycan Prezidenti: Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim

• 23.02.2021, 17:27

Ermənistanın atacağı müsbət addıma Azərbaycanla əlaqəli şəkildə müsbət cavab verəcəyik – Mövlud Çavuşoğlu

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan    
1234567
891011121314
15161718192021
22232425262728