BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

Ətraflı

Ermənilər Xankəndində “ordu” yığır – Rusiya mediası

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Qarabağdakı müharibədən sonrakı vəziyyətlə bağlı məqalə dərc edib.

 

Bildirilir ki, Xankəndində iki həftədir orduya çağırış başlayıb, amma bunun məqsədini hazırkı şəraitdə anlamaq asan deyil. “Kommersant"ın Xankəndindəki mənbələrinə görə, “orduya” çağırış qarışıq sistemlə aparılır. “Çağırışçılardan əlavə olaraq müqaviləli əsgərlər də orduya aktiv şəkildə cəlb edilir”.

 

“Artsax müdafiə ordusu” adlandırdıqları silahlı qüvvələrə çağırışın gedişi ilə bağlı heç bir məlumat verilmir. Əvvəl hərbiyə çağırış 18 yaşdan yuxarı kişilər üçün iki il müddətinə məcburi idi. Silahlı qüvvələrin əsas hissəsi çağırışçılar idi, müqaviləli əsgərlərin sayı çox az idi. Eyni zamanda, erməni qoşunları Azərbaycan qoşunları ilə təmas xəttində açıq şəkildə yerləşdirildi. Ermənistan çağırışçıları püşkatma yolu ilə Qarabağda xidmət etmək üçün yollayırdı. 2020-ci il müharibəsindən sonra Ermənistan öz çağırışçılarını Qarabağa göndərilməyəcəyini bildirib. Lakin “dqr” rəhbərliyi bu məlumatları şərh etməyə tələsmir”.

 

xan.jpg (190 KB)

 

Qeyd olunur ki, bölgənin taleyini dəyişdirən müharibədən sonra Azərbaycan vaxtilə işğal olunmuş böyük ərazilərdə nəzarətini bərpa edib.

 

Xankəndindəki “yetkililər” həm “ordu”nun, həm “xarici işlər nazirliyi” də daxil olmaqla bəzi qondarma “strukturların” tamamilə ləğv ediləcəyi barədə iddiaların doğru olmadığını deyirlər. “Dqr”in “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan isə “ordunu daha peşəkar vəziyyətə gətirərək gücləndirəcəklərini” iddia edir. “Xarici işlər nazirliyinin” rəhbəri David Babayan isə “Qolos Armeniya”ya müsahibəsində “itirilmiş ərazilərin qaytarılması” xülyasından danışıb: ““Artsax” ərazilərinin işğaldan çıxarılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Amma bunun nə vaxt və necə baş verəcəyini bilmirəm”.

 

Araik Arutyunyanın qanunsuz rejiminin “mətbuat katibi” Lusine Avanesyan "Kommersant" a açıqlamasında "ordudakı islahatlar”dan danışıb. “Dəyişikliklərdən sonra əvvəlki kimi, Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə birlikdə Artsaxın təhlükəsizliyini təmin edəcək öz silahlı qüvvələrinə sahib olacağıq ” deyib. "Kommersant" ın Xankəndindəki mənbələrinin dediklərindən isə belə məlum olub ki, müharibə nəticəsində darmadağın olmuş erməni ordusunun “sonrakı taleyi barədə qərar yoxdur, ümumilikdə təhlükəsizliyi rus sülhməramlıları təmin edir”.

 

Erməni hərbi ekspert Karen Vrtanesyan da deyib ki, ordu yaratmaq mümkün deyil: “Müxtəlif adlar və vəzifələr qorunub saxlanıla bilər, amma ordu adında heç nə olmayacaq. Ən yaxşı halda daxili və ya sərhəd qoşunları kimi bir struktur ola bilər” deyə, bildirib.

 

İrəvan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan “Qarabağ indi əhali baxımından Cənubi Osetiyadan da kiçikdir”deyib.

 

Rusiya sülhməramlıları “orduya” çağırışla bağlı münasibət bildirməyiblər.Azərbaycan Xarici İşlər Nazirliyi "Kommersant" ın “orduya” çağırış və Rusiya sülhməramlılarının bu məsələdə hərəkətsizliyi ilə bağlı sualı cavablandırmayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

• 05.03.2021, 16:42

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

• 05.03.2021, 12:33

Füzulinin Yuxarı Rəfədinli kəndi – VİDEO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728