BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

Ətraflı

Maarifləndirici tədbir: “Vərəm/COVİD-19 haqqında nələri bilməliyik?”

"Sağlamlığa Xidmət" İctimai birliyi və Azərbaycan Valideyn-Müəllim Assosasiyasının birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı (TB REP 2.0) və Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə “Uşaqlar Gələcəyimizdir” şüarı altında “Vərəm/COVİD-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirilib.

 

Bir sıra beynəlxalq və yerli səhiyyə qurumları, uşaqların mühafizəsi üzrə təşkilatları uşaqlar üçün bir araya gəliblər. Valideyn və şagirdlər məlumatlandırıcı, əyləndirici və düşündürücü səhnəcikləri izləməklə Vərəm və COVİD-19 xəstəliyi haqqında məlumatlar əldə ediblər. 

Tədbiri açıq elan edən nağıl personajı Tık-tık xanım hər kəsi salamlayıb bildirib ki, COVİD-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir. Vərəmin uşaqlara təsiri barədə qeyd edən Tık-tık xanım hər il dünyada 1 milyondan çox insanın vərəmlə xəstələndiyini qeyd edib. Sonra o, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Rüstəm Ağayevə ənənəvi təhsilə qayıtdıqdan sonra məktəblilər arasında mantu sınağının aparılması barədə sual ünvanlayıb.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirinin salamını tədbir iştirakçılarına çatdırıb. O, hər kəsi salamlayaraq bildirib ki, Təhsil Nazirliyinin tədbirlər planında uşaqların sağlamlığı ilə bağlı tədbirlər ən prioritet məsələlərdən biridir. Nazir müşaviri qeyd edib ki, uşaqların icbari dispanzerizasiyası qanunvericiliyə uyğun olaraq aparılır və eyni zamanda Nazirlik tərəfindən 2015-2020-ci illər üçün qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə strategiya da qəbul olunmuşdu. Rüstəm Ağayev onu da bildirib ki, Təhsil Nazirliyi tərəfindən uşaqların sağlamlığı ilə bağlı bir sıra layihələr də təşkil edilir. İnfeksion və qeyri-infeksion xəstəliklər barədə mütəmadi tədbirlər həyata keçirilir, ənənəvi təhsilə keçidlə bağlı hazırda COVİD-19 əleyhinə müxtəlif tədbirlər, gigiyena qaydalarına düzgün əməl etməklə mövzusunda mütəmadi məlumatlandırma aparılır. 

 

Daha sonra nağıl personajı Cırtdan UNİCEF ölkə nümayəndəsi Edvard Karvardinə 2030-cu ilədək uşaqlar arasında vərəmə son qoyulmasını sürətləndirmək üçün nə etməliyik deyə sual ünvanlayıb. 

 

Edvard Karvardin COVİD-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olmaq, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNİCEF tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Karvardin qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicəyə və qayğıya əlçatanlığı təmin olunmalıdır. 

 

TƏBİB-in infeksion xəstəliklər üzrə şöbə müdiri Nəzrin Mustafayeva COVİD-19 virusu ilə mübarizə çərçivəsində dövlət tərəfindən görüən işlər barədə məlumat verərək, vərəmlə mübarizə istiqamətində pandemiya dövründə yaranmış çətinliklər barədə ətraflı məlumat verdi və Con Hopkins Universiteti tərəfindən aparılmış COVİD-19 dövründə vərəmlə mübarizədə fasilələrin gələcək dövrlərdki fəsadları barədə modelləşdirmə barədə də məlumatı qeyd etdi. 

 

Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının icraçı direktoru Dr.Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosasiyasının icraçı direktoru Şahin Rəcəbli və Azərbaycan Vərəm Koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğulayıblar.

 

Daha sonra Tık-tık xanım və Cırtdanın dialoqu dinlənilib, Çiçək Hüseynli və Ziya Nəsibli Vərəm və COVİD-19 mövzusunda əhvalat danışdılar, kiçik ifaçı Nuray Rəhman “Mənə bir nağıl danış, ata” adlı mahnını ifa edib. Sonda vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Nokturn” əsəri pianoda ifa olunub. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

• 05.03.2021, 16:42

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

• 05.03.2021, 12:33

Füzulinin Yuxarı Rəfədinli kəndi – VİDEO

• 05.03.2021, 12:28

Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI

• 05.03.2021, 9:36

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

• 04.03.2021, 18:15

Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi…-FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728