Bakı
0° C
Şuşa
0° C

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ətraflı

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

İrəvan üçün açıq saxlanan qapı – Bakı və Ankaradan barışıq əli, ortaq “yol xəritəsi”

Ermənistanda qonşularla əməkdaşlıq və dialoq sədaları hələ ki, pəsdən gəlir; 11 yanvar anlaşmasından ən çox məğlub ölkə uduşda ola bilər, çünki…

Ermənistanda tədricən də olsa, bu ölkənin inkişafı və təhlükəsizliyi baxımından qonşu ölkələrlə əlaqələrin alternativinin olmadığını anlayanlar sayca artmaqdadır. Hər halda bölgədən heç bir ölkə, heç bir xalq buxarlanası deyil. Enində-sonunda qonşu xalqlar düşmənçiliyi və incikliyi unudub bir-biri ilə iki və çoxtərəfli əlaqələr qurmaq zorundadır – siyasi-diplomatik, iqtisadi, humanitar sahələrdə. Bu imperativ də ən əvvəl ərazi iddialarını unuda bilməyən məğlub Ermənistana aiddir.

Hələlik bu yöndə siqnallar daha çox Paşinyan iqtidarının təmsilçiləri və tərəfdarlarından, o sırada hökumətin və parlamentdəki hakim fraksiyanın bəzi üzvləri tərəfindən səslənməkdədir. Bu qəbildən bəyanatlar dərhal ictimai-siyasi mühitdə güclü qıcıq doğursa da. Ancaq məsələ ondadır ki, etiraz edənlər alternativ bir proqram, “yol xəritəsi” ortaya qoya bilmirlər. Bu, mümkün də deyil, çünki başqa alternativlər, sadəcə, yoxdur.

Sual yaranır: o zaman ura-patriotlar və revanşistlər öz xalqından nə istəyir, onun həmişəlik tənəzzül zolağında, bədbəxt və miskin gündə qalmasınımı arzu edirlər? Axı 11 yanvar Moskva anlaşmasının reallaşmasından ən çox Ermənistan, onun yox olmaqda olan dövlətçiliyi uduşda ola bilər. Bunu hesablamaq üçün mütəxəssis olmağa lüzum yox. Ermənistan eləcə də özünə ən yaxın saydığı qonşu İranla normal əlaqələri məhz Naxçıvan üzərindən qurmaq və genişləndirmək imkanı əldə eləmiş olacaq.

Karabağın Merkezi Şehri Olan Şuşa - Kelebeklipark.com

Şübhəsiz ki, 1 nömrəli strateji müttəfiq olan Rusiya Ermənistana yenə silahlar, təhlükəsizlik zəmanəti təklif edə bilər, lakin 30 illik zaman kəsiyi göstərdi ki, ölkənin iqtisadi inkişaf və rifah məsələləri Moskvaya yox, qapı qonşularına – Azərbaycana və Türkiyəyə bağlıdır. Bunu şimal qonşumuz da anladığı üçün 11 yanvar razılaşması üçün Kreml moderatorluq etdi. Hər necə olmasa, Rusiya ondan ötrü “qulpsuz çamadan”a çevrilmiş Ermənistanı sonsuzadək özünə yük eləmək niyyətində deyil… 

***** 

“Regionda nəqliyyat əlaqəsinin bərpası öz-özlüyündə Ermənistanın təhlükəsizlyinin təminatı olacaq”.

Ermənistan Baş Nazirinin müavini Rusiyadan mülki təyyarədə silah gətirməyə  çalışır

Mger Qriqoryan

Bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iki gün öncə parlamentdə deputatların suallarına cavab verərkən deyib. Nazir müavini bildirib ki, bu məsələ həll olunmalıdır.

“Yolların açılması məsələsinin düzgün həll olunacağı təqdirdə bu, təhlükəsizliyin təminatı olacaq. Amma hələlik hazır variantlar yoxdur. Müzakirələr mərhələsi hələ başlamayıb”, – deyə o qeyd edib və əlavə edib ki, bu ayın sonunda məsələ ilə bağlı ilk görüş keçiriləcək.

“Yeni Müsavat” yada salır ki, söhbət 11 yanvar Moskva razılaşmasına əsasən Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının müavinləri səviyyəsində üçtərəfli görüşdən gedir. Baş nazi müavinləri bölgədə bütün kommunikasiyaların və yolların açılması üçün konkret tədbirlər planı (“yol xəritəsi”) hazırlayaraq martın 1-dək dövlət rəhbərlərinə təqdim etməlidirlər.

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri  mətbuata bəyanatla çıxış ediblər YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Onu da xatırladaq ki, az öncə Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Ermənistanın bütün qonşu ölkələrlə əlaqələri qaydaya salmalı olduğunu söyləmiş, revanşist çağırışları “ziyanlı və reqressiv” adlandlrmışdı. Mger Qriqoryan kimi o da hakim “Mənim addımım” partiyasının üzvüdür.

Sərhədlərin açılması zərurəti, Türkiyə və Azərbaycanla barışıq haqda jestlər daha əvvəl habelə baş nazir Nikol Paşinyanın, iqtisadiyyat naziri Vaan Kerobyanın dilindən səslənib. Öz növbəsində ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan ötən ay demişdi ki, qonşu ölkələrlə siyasi-diplomatik münasibətlərin yaxşılaşması problemləri dialoq vasitəsi ilə həll etmək və gərginliyin qarşısını almaq üçün çox vacibdir.

Sitat: “Dövlətlər müharibə vəziyyətindədir, kimsə qalib gəlir, kimsə məğlub olur, lakin bu, o demək deyil ki, daim müharibə şəraitində yaşamaq lazımdır. Müharibəni təxirə salmağın ən yaxşı yolu münasibətlər və dialoqdur. 90-cı illərdə Türkiyə ilə müəyyən əlaqələr var idi. Bu ölkə müstəqilliyini elan etdikdən sonra Ermənistanı ilk tanıyanlardandır. Həmçinin Azərbaycanla müxtəlif səviyyələrdə əlaqələr qurmaq, sülh barədə danışmaq lazımdır”.

*****

Sözsüz ki, qarşılıqlı əlaqələrin bərpasından hamı uduşda olacaq. Xüsusən də müharibə nəticəsində dərin sosial-iqtisadi böhran yaşayan, dənizlərə çıxışı olmayan, blokadadan əziyyət çəkən və iflas olmuş Ermənistan. Hazırda Türkiyə və Azərbaycana ən çox ehtiyacı olan məhz odur – Ermənistan.

Əlbəttə ki, 44 günlük müharibədən sonra qarşılıqlı etimadın bərpası zaman alacaq. Ona kimi də qonşu ölkədə 11 yanvar sənədi ilə bağlı spekulyativ və skeptik bəyanatlar yəqin ki, səngiməyəcək.

Ancaq Ermənistanda gərək onu da unutmasınlar ki, Bakı və Ankara heç bir ön şərt qoymadan, İrəvandan qonşu dövlətlərin ərazi bütövlüyünü tanımağı tələb eləmədən iqtisadi əlaqələrin bərpasını təklif edir. Obrazlı desək, barışıq qapısını indi də açıq saxlayıb. Bu, Azərbaycan və Türkiyə tərəfdən İrəvana olduqca mühüm, bənzərsiz və tarixi bir jestdir.

Beləcə, Ermənistanda pəsdən gələn barışıq çağırışları kövrək də olsa ümid yaradır ki, sonuc etibarilə məğlub ölkə inkişafın yeganə vektorunu düzgün müəyyənləşdirə biləcək. Bakı və Ankaranın uzatdığı əməkdaşlıq təklifi nə qədər tez qəbul olunsa, erməni xalqı da üzləşdiyi bəlaları bir o qədər tez və sürətli adlayar…


“Yeni Müsavat” 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 19:23

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

• 08.03.2021, 19:21

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031