Bakı
0° C
Şuşa
0° C

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ətraflı

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər – Qurbanqulu Berdiməhəmmədov

Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər

Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüş zamanı deyib.

Qurbanqulu Berdiməhəmmədov bildirib:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik edirəm. Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimizin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır. İmzalanmış Memorandumun əhəmiyyəti məsələsinə qayıdaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə – enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey – həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasına Türkmənistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurğulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fəallığı nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütəmadi əsasda Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gələcək tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrimcə, bu, çox cəhətdən Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 19:23

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

• 08.03.2021, 19:21

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031