Bakı
0° C
Şuşa
0° C

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ətraflı

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

Ömər aşırımında şiddətli döyüşlər: baş leytenant Ələkbərov şəhid əsgərinin meyiti düşmən əlinə keçməsin deyə…

44 günlük müharibəsində Azərbaycanın hər bölgəsi şəhidlər verdi. O cümlədən Salyan rayonu. Virtualaz.org-un bölgə müxbiri Salyan şəhidləri və qaziləri barədə reportajlarını davam etdirir və növbəti reportaj müharibənin əvvəlində, Ömər aşırımı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olan zabit Əlisahib Ələkbərov barədədir.

Əlisahib Selman oğlu Ələkbərov 15 yanvar 1994-cü ildə Salyan rayonunun Pratmangəncəli kəndində anadan olub. Atası Selman kişinin və anası Nilufər xanımın hərbçi peşəsini seçən Əlisahibdən başqa ikinci oğul övladı da var.

 

Əlisahib Ələkbərov doğulduğu kənddə 9 illik natamam orta məktəbi bitirəndən sonra 2009-cu ildə Çəmşid Naxçıvanski adına orta ixtisas hərbi məktəbinə, daha sonra bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2016-ci ildə ali hərbi təhsilini kəşfiyyatçı zabit kimi başa vurub. 2014-cü ildə, Ali Hərbi Məktəbdə təhsil aldığı zaman kursantlar arasında bilik və bacarığına görə fərqləndiyi üçün  məktəbin NATO-nun sülh naminə əməkdaşlıq kafedrasının təşəkkürnaməsini alıb.

Zabit kimi əvvəlcə Gəncədə, son 3 ili isə Murovdağda yerləşən mövqelərimizdə tank əleyhinə taqım komandiri kimi xidmət edib. 2017-ci ildə əslən Ağsu rayonundan olan Fidan xanımla  ailə həyatı qurub. 2018-ci ildə oğlu Orxan dünyaya gəlib. İlk döyüşlərə isə ötən ilin yayında Tovuz istiqamətində qoşulub.

 

“Sentyabr ayının 27-də Orxanın ad günü olduğundan bir gün əvvəl ailəmlə birgə qardaşımgilin Daşkəsən rayonunda kirayədə yaşadığı evə getmişdik. Qərara gəlmişdik ki, Oraxanın ad gününü sentyabr ayının 26-ı qeyd edək. Həmin gün günorta saatlarında Əlisahib də 2 saatlıq icazə alıb evə gəlmişdi. Elə oğlunun ad günü tortundan ağzına bir tikə aparmışdı ki, telefonuna zəng gəldi. Əlisahib bizimlə sağollaşıb təcili getməli olduğunu dedi və onun ailəsini də Salyana aparmağımı xahiş etdi. Heç demə bu bizim son görüşümüz imiş. Əlisahibə bir daha zəng çatmadı..”-şəhid zabitin qardaşı Ömər deyir.

Elə o vaxtdan baş leytenant Əlisahib Ələkbərova zəng çatmayıb, nə də ondan bir xəbər almaq mümkün olmayıb. Ailəsi, yaxınları gözü yollarda qalıb…

 

Bəs əslində nə baş verib? Zabitin sonrakı aqibəti necə olub? Ailəsi bu haqda sonradan Əlisahibin döyüş yoldaşlarından öyrəniblər.

Döyüşçülərin danışdıqlarına görə sentyabr ayının 28-də 3500 metr hündürlükdə yerləşən Kəlbəcərin Ömər aşırımında döyüşən Əlisahibgil düşmənin 2 postunu ələ keçiriblər. Döyüşlər  zamanı Əlisahib ayağından yaralansa da geriyə qayıtmaqdan imtina edib. Ertəsi gün şiddətli döyüşlər davam edib, düşmənin 3-cü postuna 150 metr qalmış  qarşıdakı  yüksəklikdə əsgərinin vurulduğunu görən komandir  Əlisahib Ələkbərov onun nəşinin dümən əlinə keçməməsi üçün həyatını təhlükəyə ataraq atəş altında irəliləyib. Bu zaman düşmən  postundan açılan pulemyot atəşi ilə Əlisahib ayağından, sinəsindən və sonda başından güllə yarası alır. Son nəfəsində ona yaxınlaşan, döyüşçü dostu, rabitə rəisi Hüseynə deyir: ”Ölürəm mən. Nəşimin düşmənin əlinə keçməsinə imkan verməyin. Ailəmi sizlərə əmanət edirəm…”

 

Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, bir sıra hakim yüksəkliklər nəzarətə götürülsə də bir müddət şəhid Əlsahib Ələkbərovun nəşini neytral döyüş ərazisindən çıxarmaq mümkün olmayıb, amma   döyüşçü yoldaşları onun vəsiyyətinə əməl edilərək meyitin düşmənin əlinə keçməsinə də imkan verməyiblər, neytral ərazini daim atəş altında saxlayıblar. Nəhayət noyabr ayının 1-də isə onun nəşini götürüb Daşkəsənə gətirmək mümkün olub.

“Oğlumdan xəbər bilmək üçün Daşkəsəndə yerləşən hərbi hissəyə getdim . Komandir məni qucaqlayıb dedi ki, Vətən sağ olsun. Əlisahib Şəhid olub”- atası Selman kişi deyir.

 

“Qardaşı Ömər sonuncu dəfə Əlisahibgildən qayıdarkən onun evə göndərdiyi əşyalarını da gətirmişdi. Bu əşyaların arasında müxtəlif yazılı kazğızlar da var idi. O, heç vaxt əlyazmaları köhnə olsa belə atmadığından əvvəlcə şübhələnmədim. Sonra bir vərəqin ulduz formasında qatlanması mənim diqqətimi çəkdiyindən açıb oxudum. Yazmışdı ki, ana, mənim ailəmdən balalarımdan muğayat olarsız .Mən şəhid olsam arxamca ağlamayın, sevinin.Mən Qələbə Şəhidi olacağam…”-şəhid anası qəhərlə deyir.

 Çətin də olsa ana söhbətinə davam edir:  “Əlisahibdən  xeyli vaxtdır xəbər çıxmadığından gecəm-gündüzüm yox idi.  Amma həmin gün səhər gəlinim Fidanı Salyana həkimə aparmışdım.Xəstəxanada işçilər arasında bir hüzn yaşandığını hiss edib, nə baş verdiyini soruşdum. Dedilər- Salyana yenə şəhid gəlir.Nədənsə ürəyimə damdı ki, bu elə Əlisahib olacaq. Tez-tələsik evə qayıdanda yoldaşım Selman zəng vurub bu acı xəbəri mənə çatdırdı.”

 

“Mən öz həyat yoldaşımla fəxr edirəm. O, Vətənimiz Azərbaycan uğrunda Şəhid oldu.Əlisahibin qanı yerdə qalmadı. Ordumuz Qələbə çaldı…"- şəhidin həyat yoldaşı Fidan xanım söhbətə qoşulur.

Əlisahib kimi igid oğul itirən ailənin dərdi əlbətdə, böyükdür. Amma təsəlli, ümid yeri də var. Bu yaxınlarda şəhid zabitin oğlan övladı dünyaya gələcək. Anası deyir ki, yeni doğulacaq körpəyə Əlisahibin adını verib onu da atası kimi igid oğul kimi böyütməyi arzu edirlər.

Silahlı Qüvvələrin zabiti baş leytenant Əlisahib Selman oğlu Ələkbərov Vətən uğrunda müharibədə göstərdiyi rəşadətə görə  ölümündən sonra “Qarabağ” ordeni , “Vətən uğrunda” və “Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.

Emil Məmmədov, Salyan

Virtualaz.org

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 19:23

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

• 08.03.2021, 19:21

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031