BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

Ətraflı

Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində qısa film hazırlayıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluqdan SİA-ya verilən məlumata görə, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının Azərbaycanda kütləvi etiraz nümayişlərinə gətirib çıxardığı və bunun da tezliklə milli azadlıq hərəkatına çevrildiyi vurğulanır. Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə o zamankı SSRİ rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır. Nəticədə uşaqlar və qadınlar da daxil olmaqla, 150-yə yaxın azərbaycanlı mülki şəxsin həlak olduğu və 700-dən artıq insanın yaralandığı bildirilir.

Filmdə Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.

Həmin zaman Ümummilli Lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılaraq, onun Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur.

SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır. Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizin 20% ərazisini işğal etdiyi və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 gün içərisində azad etdiyi bildirilir.

Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artmışdır. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 17 film hazırlayaraq geniş şəkildə yaymışdır. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunmuşdur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

• 05.03.2021, 16:42

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

• 05.03.2021, 12:33

Füzulinin Yuxarı Rəfədinli kəndi – VİDEO

• 05.03.2021, 12:28

Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI

• 05.03.2021, 9:36

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

• 04.03.2021, 18:15

Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi…-FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031