Koçaryanın tərəfdarları Yerevanda aksiya keçirir
Ermənistanın eks-prezidenti Robert Koçaryanın məhkəməsi yenidən başlayıb.
Eks-prezident 2008-ci il 1 mart hadisələri zamanı konstitusion quruluşun devrilməsində təqsirləndirilir.
Məhkəmə iclası Yerevanın Şenqavit rayon məhkəməsində keçirilir. Eks-prezidentin tərəfdarları etiraz aksiyasına başlayaraq Paşinyan hakimiyyətinə qarşı “Şuşanı satanlar Şuşanı alanları mühakimə edir” şüarı ilə aksiya keçirirlər.