Bakı
0° C
Şuşa
0° C

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ətraflı

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi…-VİDEO

Onlar Basarkeçər yolunun açılmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər…

Rusiya genaralı ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək "Yaşasın Sovet İttifaqı!" söyləyib…

Azərbaycan Respublikasının işğaldan azad(!) olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış  Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər.

Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb. 

Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla  “Vardenis”ə(Basarkeçər) getməyinə şərait yaradılsın.  Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol  qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. 

 

Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər. 

 

Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında "Artsax" ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. "Onlar artıq  belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm…" -deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək "Yaşasın Sovet İttifaqı!" söyləyib…

 

Yolun açılmasına gəlincə isə, general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.

 

P.S. Nə qədər ki, Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə və s. ərazilərdən separatçı-terrorçu erməni rejiminin tör-töküntüləri və qanunsuz silahlı qüvvələr, Ermənistan ordusunun qalıqları çıxarılmayıb, bu cür  həyasız təxribatlar hələ çox təşkil ediləcək…

 

Sultan Laçın

 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 19:23

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

• 08.03.2021, 19:21

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031