Lavrov erməni siyasətçilərinə xəbərdarlıq etdi, danışıqlarına fikir verməyə çağırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında erməni siyasətçilərini Qarabağa dair “emosional bəyanatlardan” çəkinməyə çağırıb. Və bildirib ki, erməni rəsmi şəxslərinin də bəzi bəyanatları gərginlik yaradır.
Lavrov Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın müharibədən əvvəl verdiyi lovğa bəyanatı da yada salaraq deyib: “Mən hesab edirəm ki, bundan qaçmaq daha yaxşı olardı. 44 günlük müharibə başlayana qədər biz ya Qarabağdan, ya Qarabağa dair emosional bəyanatların şahidi olmuşduq-“yeni müharibə yeni ərazilər deməkdir”. Söz maddi gücə çevrilir. İndiki halda müxtəlif tərəflərin sözləri çox neqativ maddi güc oldu”.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, məhz bunu nəzərə alaraq hazırda Ermənistan və Azərbaycan rəhbərliyi arasında etimad atmosferinin yaradılmasına səy göstərilir. Moskvada üç ölkə liderlərinin iştirakı ilə baş tutmuş görüşün əsas mənalarından biri də məhz bu idi.
“Rusiya ümid edir ki, emosiyalar ikinci plana keçiriləcək”,-Lavrov bildirib.