Bakı
0° C
Şuşa
0° C

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ətraflı

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

Ətraflı

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

Ətraflı

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

Ətraflı

Putin iki gün sonra etdi, amma doğru etdi – Ərdoğana zəngə Bakıdan reaksiyalar

Ekspertlər deyir ki, bu bölgədə heç bir problem daha Türkiyəsiz həll oluna bilməz

Moskvada keçirilən üçtərəfli görüşdən cəmi iki gün sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etdi, onu məlumatlandırdı. Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə məlumatlandırması iki ölkənin Qarabağ məsələsində qarşılıqlı anlaşma içərisində olduğunu bir daha göstərdi.

Bu zəng tərəflərə, o cümlədən dünyaya bir ismarış idi ki, Ankaranın məlum bəyanatda imzası olmasa belə, masadadır, danışıqlar prosesindədir. Bu, həm də “Türk ordusu niyə Qarabağa yerləşmir”, “Türkiyə masada nəyə görə yoxdur” sual verənlərin proqnozlarını alt-üst etdi.

Putinin Ərdoğana zəngi Moskva görüşündən iki gün sonraya təsadüf edirdi və Kreml başçısının bu addımı bir daha “Türkiyə masadan kənardadır” deyənlərin rəyini puça çıxarmış oldu. Bu zəng əlbəttə ki, İrəvanda narahatlıqla qarşılanacaq. Çünki ermənilər türklərin masada olmasını arzulamırlar. Amma Ermənistan hakimiyyəti Türkiyənin Qarabağ masasında olduğunu artıq qəbul edib. Və günlərin birində bu görüş formatında Türkiyə prezidentini də görsək, daha təəccüblənməməliyik.

Qeyd edək ki, Putin Ərdoğana Azərbaycan Prezidenti İlham Əliyev və  Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün nəticələri barədə məlumat verib. Ərdoğan isə Putinlə söhbətində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini dəstəklədiyini bildirib. Danışıqlar zamanı Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti də müzakirə olunub.

 “Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik” deyə, Ərdoğan bildirib.

Baxar.az | Xəbər portalı

Bu zənglə bağlı müxtəlif yanaşmalar, proqnozlar səslənməkdədir. Ərdoğan-Putin danışığının məqsədinin nədən ibarət olması haqda fərqli mülahizələr irəli sürülür. Bəzi təhlilçilərin fikrincə, yaxın vaxtlarda Ərdoğanla Putinin görüşü baş tutacaq, orada Qarabağdakı fəaliyyət daha detallı müzakirə ediləcək. Ən əsası isə kommunikasiyaların açılmasının tezləşdirilməsi prioritetdir. Moskva Qərbin təzyiqlərinin yeni dalğasının gəldiyini yaxşı təxmin edir və sanksiyaların zərbəsindən nisbətən yayınmaq üçün dəhlizlərin açılmasına tələsir. Ümumiyyətlə, regionda yeni bir zolaq yaradılır və altılı platforma işə düşür. Bu, bütün region ölkələrini qane edir.

Liderlərin zəngləşməsi barədə fikirlərini bizimlə bölüşən deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və Rusiya liderlərinin telefon danışığının böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bu zəng iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir: “Eyni zamanda regionun və dünyanın problemlərinin həllində Ankara-Moskva əlaqələrinin yaxınlaşması önəmlidir. Azərbaycan üçün maraqlı olan qonşu dövlətlərin yenidən Qarabağı müzakirə etməsidir. İki ölkə arasında bu yaxınlaşma məhz 10 noyabr və 11 yanvar bəyannamələrinə gətirib çıxardı. Onların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, işğal edilmiş ərazilərdə keçirdiyimiz hərbi əməliyyatlara anlamla yanaşması, Ermənistanın təxribatlarına dəstək verilməməsi olduqca ciddi hadisədir. Artıq bu dövlətlər yeni reallıqda iqtisadi konfiqurasiyanın qurulmasına töhfə verirlər. Bundan sonra Dağlıq Qarabağ münaqişəsi və ya statusu söhbəti olmayacaq”.

Aydın Mirzəzadə: "İcra başçısının tutulması göstərir ki..."

Aydın Mirzəzadə

A.Mirzəzadə hesab edir ki, bundan sonra Ermənistan inkişafın yeni modelini axtarmaq məcburiyyətindədir: “Rusiya və Türkiyə hər iki tərəfə dəstək verməyə hazırdır. Azərbaycan da buna razıdır. Ermənistan isə iştirak etməsə belə, yenə problemləri özümüz həll edə bilərik. Tutaq ki, Naxçıvana getməyə icazə verməsələr, bizim üçün alternativ yollar tapmaq asandır. Həmçinin telefon danışığında sülhməramlılar olmadan problemi həll etmək arzusu da Azərbaycan tərəfindən dəstəklənir. Bu mənada Türkiyə ilə mövqeyimiz üst-üstə düşür. 10 noyabr sənədinə əsasən sühməramlılar Qarabağda 5 il müddətinə olmalıdır, bu da müvəqqəti haldır. Artıq sülhməramlılarsız yaşamağa doğru gedilməlidir. Ermənistan ərazi bütövlüyümüzü, sərhədləri tanımaqla münasibətləri qurmağı bacarmalıdır. Dağlıq Qarabağda yaşayanlar da Azərbayan vətəndaşlarıdır, abadlıq-quruculuqdan sonra daha yaxşı yaşamağın mümkün olduğunu görəcəklər. O baxımdan Rusiya – Türkiyə münasibətlərinin inkişafı Qarabağ məsələsinə böyük dəstək verir. Bu yanaşma problemlər yaşanan digər bölgələrə də töhfə verə bilər, nümunə ola bilər”.

Deputat Vahid Əhmədov isə Azpolitika.info-ya geniş müsahibəsində deyib ki, Türkiyə hər yerdə var: “Bu gün Azərbaycanda da, Rusiya ilə danışıqlarda da var. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mütəmadi olaraq dövlət rəsmiləri ilə görüşür, müzakirələr aparır. Türkiyə ilə hesablaşırlar. Bu proseslərdə Türkiyənin rolu çox böyükdür, o, hər zaman yanımızdadır, bu bölgədə heç bir problem Türkiyəsiz həll olunan deyil”.

V.Əhmədov hesab edir ki, Naxçıvana dəhlizin açılması böyük əhəmiyyət kəsb edir: “Bu, təkcə bizim üçün deyil, elə Türkiyə, Rusiya, İran və digər qonşu dövlətlər üçün də böyük əhəmiyyətə malik dəhlizdir. Bu dəhlizin inşasına qısa müddətdə başlanılacaq və ehtimal edirəm ki, maraqlı tərəflər onun bu ilin sonuna qədər istifadəyə verilməsini arzu edirlər”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbuk hesabında yazıb ki, Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Onun fikrincə, bu açıqlamaları ilə həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər: “Digər tərəfdən, Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyanatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu, Azərbaycanın da maraqlarına uyğundur.Ona görə oxşar açıqlamalar Bakıdan da səslənməlidir, yəni bölgədə elə bir əməkdaşlıq atmosferi yaradılmalıdır ki, gələcəkdə Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmasın".

“Bu çox vacib mesaj olmalıdır, əks halda, Rusiya Dağlıq Qarabağda əbədi qalacağını zənn edəcək və Azərbaycan ərazisində ”sülhməramlılar" adı altında hərbi baza yaradacaq. Bunun qarşısını alacaq açıqlamalar indidən səslənməlidir, Ərdoğanın və Çavuşoğlunun mesajlarında olduğu kimi…" – deyə ekspert bildirib.


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.03.2021, 19:23

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

• 08.03.2021, 19:21

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 08.03.2021, 17:08

Paşinyan uduzmasa, Ermənistanda yeni dönəm başlayacaq

• 08.03.2021, 17:02

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTO

• 08.03.2021, 16:49

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

• 08.03.2021, 15:42

BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi

• 08.03.2021, 15:37

Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır – Yeravanda GƏRGİNLİK

• 08.03.2021, 15:35

Zəngilanın Qaragöz kəndi – VİDEO

• 08.03.2021, 15:28

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm…”

• 08.03.2021, 15:26

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

• 08.03.2021, 15:23

Daha bir şəhidimiz dəfin edildi

• 07.03.2021, 23:28

İlham Əliyevdən 8 Mart paylaşımı – FOTO

• 07.03.2021, 21:05

Döyüş kadrları: Azərbaycan ordusunun LAR-160 reaktiv yaylım atəşi sistemi düşmənə zərbə endirir

• 07.03.2021, 16:05

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

• 07.03.2021, 16:02

Azərbaycanda türk-müsəlman əhalinin soyqırımı

• 07.03.2021, 15:58

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

• 07.03.2021, 15:40

Azərbaycanda COVİD-19: yoluxanların və ölənlərin sayı…

• 07.03.2021, 15:36

“Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq…”

• 06.03.2021, 21:48

Dövlət Komitəsi ağır vəziyyətdəki köçkünlərin sayını açıqladı: 40 mindən çox…

• 06.03.2021, 21:45

Xarici hərbi attaşelər Qubadlıda -FOTO

• 06.03.2021, 21:37

Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”

• 06.03.2021, 21:35

Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

• 05.03.2021, 16:55

“Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar” – “The Economist”

• 05.03.2021, 16:53

Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil”

• 05.03.2021, 16:46

“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031