Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Ermənistan və daha 11 ölkəyə səyahət etməməyi tövsiyə edib
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vətəndaşlara 12 ölkəyə, o cümlədən Ermənistana səfər etməməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Saudigazette” nəşri məlumat yayıb. Nazirlik bu tövsiyəsini həmin ölkələrdə təhlükəsizliklə bağlı şəraitin qeyri-qənaətbəxş, habelə COVID-19 pandemiyası səviyyəsinin yuxarı olması ilə əlaqələndirib. Əlavə edib ki, həmin ölkələrin arasında yeni növ koronavirusun mutasiya olunmuş forması da aşkar edilib. Sözügedən ölkələrin arasında Ermənistanla yanaşı, Liviya, Suriya, Livan, Yəmən, İran, Türkiyə, Əfqanıstan, Somali, Konqo, Venesuela və Belarus da var.