Ermənistanın eks-müdafiə naziri: “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”

Ətraflı

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa…

Ətraflı

Ayk Xaçikyan: “Qarabağda 6 min erməni hərbçisi ölüb”

Ətraflı

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

Ətraflı

Ermənistanı yerdən qaldıracaq iki ölkə – Bakı və Ankaradan İrəvana tarixi jest

Azərbaycan və Türkiyənin uzatdığı barışıq əli sıxılacaqmı? Qızıl fürsət qaçırılarsa, məğlub ölkəni qarşıda daha böyük itkilər gözləyəcək, çünki…; yəhudi politoloq: “Ümid edirəm, Ermənistanda ağlı başında olan siyasətçilər hələ qalır”

2021-ci il yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına və satışına qadağa qoyulub. Bununla İrəvanda müharibədə Azərbaycana verdiyi dəstəyə görə guya Türkiyədən qisas almağı xəyal edirlər. Qarışqanın filə qəzəblənməsi kimi bir şey yəni. Buna “öz ayağına atəş açmaq”, özünə qəsd də demək olar. Çünki bu dəqiqə Ermənistan heç vaxt olmadığı qədər məhz Türkiyə və Azərbaycanla yaxınlaşmağa möhtacdır ki, ayağa qalxa bilsin. Kapitulyasiya nəticəsində iki aydır üzüqoylu qalan Ermənistanı yerdən qaldıracaq iki ölkə varsa, o da yenə Türkiyə və Azərbaycandır. Bunu təkcə biz demirik.

Erməni siyasi elitası isə cinayətkarcasına yenə öz xalqını aldatmaqla məşğuldur. Guya ölkənin inkişafı və dirçəlişi yolunda əsas problem Nikol Paşinyandır. Guya Paşinyan öz xalqını onlardan az istəyir. Əlbəttə ki, blefdir. Nikol Paşinyanın yerində kim olur-olsun, vəziyyət bundan yaxşı olmayacaq. Əksinə, daha betər ola bilər. Niyə?

Ona görə ki, müxalifət ölkənin hazırkı böhrandan çıxması üçün sanballı heç bir proqram təqdim edə, ağlabatan “yol xəritəsi” göstərə bilmir. Populizmlə, Türkə nifrətlə isə uzağa getmək mümkün deyil. Daha doğrusu, hara gəlib çıxmaq mümkün idisə, ermənilər artıq oradadırlar. Türkdən “əcinnə” düzəltmək mərəzi gözlərini elə tutub ki, nəinki öz ayaqlarının altını, cəmi bircə addım qabaqda erməni xalqını gözləyən uçurumu da görə bilmirlər…

*****

Mixail Finkel: Azərbaycanın seçki sistemi İsraildəkindən daha mütərəqqi və  etibarlıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Finkel 

“Belə yaşamaq olmaz. Bu anda ermənilər üçün yeganə sərfəli və düzgün addım hansısa yolla iqtisadi cəhətdən dizlərini yerdən qaldırmaqdır. Ümid edirəm ki, hələ də Ermənistanda ağlı başında olan siyasətçilər qalır və onlar millətçilərin üfüqdə görünən bu perspektivləri məhv etməsinə icazə verməyəcəklər”.

Bunu beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə israilli ekspert Mixail Finkel deyib (“Report”). O, Ermənistan ictimaiyyətinin bütün bu məlum hadisələri son dərəcə mənfi qəbul etməsinə görə təəssüf hissi keçirdiyini vurğulayaraq deyib: “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskva görüşündən sonra imzalanan sənəd bölgənin iqtisadi blokdan çıxarılması baxımından çox vacibdir. Bu, vacib sənəddir və böyük nailiyyətdir. Bu saziş bütün bu illər ərzində sərhədləri bağlı halda qalmış, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri olmayan və iqtisadiyyatı böyük ölçüdə iflic olan Ermənistana da fayda gətirəcək. Amma bunun əvəzində buz narazılığın, qəbuletməmə, qəzəb və aqressiyanın şahidi oluruq. Niyə belədir?!”

Ermənistan-Azərbaycan gərginliyi Türkiyə ilə Rusiya arasında yeni rəqabətin  əsasını qoya bilər » "Dünya" informasiya agentliyi

Ekspert səbəbləri bu cür sıralayır: “Birinci səbəb erməni xalqının təhsil sisteminə və mədəniyyətinə aşılanan qürurdur. Bilirsiniz, bu vəziyyəti yəhudi xalqı ilə müqayisə etsək, bizim xalq da çox qədim, eyni zamanda qürurludur. Amma qürurumuz heç vaxt ağlımızı üstələməz. Daha faydalı, daha düzgün və tədbirli bir şey görsək, bu qüruru bir kənara qoyub doğru, mütənasib seçim edirik. Belə bir qədim yəhudi deyimi var – ”Doğru olma, müdrik ol".

Mütəxəssisin fikrincə, erməni toplumu və onu yönəldənlər hələ ki müdriklikdən uzaqdır. “Onlar kasıb insanları düşünmürlər. Bu müdrik olmayan və əsassız yanaşmadır. Bu, həddi aşan millətçiliyin təzahürüdür və ağlı kölgədə qoyan emosional hissdir. Azərbaycan xalqına uğurlar və müvəffəqiyyətlər arzulamaq istəyirəm, çünki siz ağılla yaşayırsınız. Bu, xalqınızın böyük müdrikliyini göstərir. İnsanlar duyğularla deyil, ağılla yaşadıqda xalq qazanır”, – deyə Finkel fikrini tamamlayıb.

*****

Bu arada Ermənistanda Azərbaycanın hərbi zəfəri ilə nəticələnən 44 günlük müharibədə verdikləri itkilərin maddi tərəfini hesablamağa başlayıblar (Virtualaz.org ). Bu işə ilk dəfə olaraq “Hərbi qulluqçuların sığortalanması fondu”nun himayəçilər Şurasının üzvü, ekspert Mesrop Manukyan cəhd edib. Onun hesablamalarına görə, baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına cəmi 38.4 milyard dollar ziyan vurub.

Nikol Paşinyan Ermənistanda axtarışdadır » Toplum.tv Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“İnsan itkiləri 7 milyard dollar (bura 4500 həlak olan və itkin düşən hərbçi, 5 minə yaxın 1-ci qrup əlil, 6 minə yaxın 2-ci qrup əlil daxildir), ”Hayastan" ümumerməni fondunun Azərbaycanın nəzarətinə keçən ərazilərə yatırdığı 150 milyon dollar. Təkcə Şuşada 15 milyon dollarlıq layihə icra olunmuşdu, Zod qızıl yatağının itirilməsindən 8 milyard dollara yaxın, bank sisteminin itkiləri 1 milyard dollara yaxın, infrastruktura dəyən ziyan 2 milyard dollar, müdafiə sisteminə dəyən ziyan 2 milyard dollar…", – Manukyan hesablamaqda davam edir.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan isə parlamentdə deputatların sorğusuna cavab olaraq deyib ki, Qarabağdakı hadisələrə görə erməni istehlakçılar daha bahalı elektrik enerjisi istifadə etməli olacaqlar. Çünki Ermənistan müharibəyə qədər Qarabağdan, yəni işğal edilmiş Azərbaycan ərazilərindən ucuz qiymətə 330 milyon kilovatt elektrik enerjisi alırdı…

*****

Hələ harasıdır. Erməni xalqını qat-qat böyük itkilər və daha ağır güzəran hələ qabaqda gözləyir, əgər 44 günlük savaşın onun üçün yaratdığı tarixi fürsəti vaxtında və doğru qiymətləndirməsə, praqmatik siyasətçilərin deyil, avantüristlərin, daşnakların ardınca getsə. Azərbaycan və Türkiyənin uzatdığı barışıq əlini sıxmasa.

Bir qənaəti dəqiqliklə yazmaq olar ki, zaman daralır və əgər erməni siyasi elitası, ümumən erməni toplumu bu dəfə də öz şansını qaçırsa, o zaman onun dirçəlişi Qiyamətə qalacaq. Ona görə ki, tarix eyni qızıl fürsəti iki dəfə vermir…  


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 25.01.2021, 23:45

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır – Hikmət Hacıyev

• 25.01.2021, 12:04

29 il sonra Daşaltıda! “Daşaltı əməliyyatı”na Şuşa zəfərindən baxış – FOTOLAR, VİDEOREPORTAJ

• 25.01.2021, 11:55

Qafanda dəhşət: erməni əsgər meyitləri çürüyür… – Video

• 25.01.2021, 11:52

Atəşkəsdən 10 gün sonra şəhid olan QƏHRƏMAN

• 25.01.2021, 11:49

Ermənistanın eks-müdafiə naziri: “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”

• 25.01.2021, 9:03

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa…

• 24.01.2021, 18:54

Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

• 24.01.2021, 18:52

Ayk Xaçikyan: “Qarabağda 6 min erməni hərbçisi ölüb”

• 24.01.2021, 18:11

Rusiya Ermənistan sərhədini ələ keçirir – Tam nəzarət!

• 24.01.2021, 17:22

30 erməni hərbçinin meyiti qarşı tərəfə verilib

• 24.01.2021, 17:20

Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapıldı

• 23.01.2021, 12:08

İrəvan üçün açıq saxlanan qapı – Bakı və Ankaradan barışıq əli, ortaq “yol xəritəsi”

• 23.01.2021, 12:05

Qarabağdakı sülhməramlılarla bağlı SON MƏLUMAT

• 23.01.2021, 12:00

Rusiyalı hərbçi Ermənistanda öldü

• 22.01.2021, 15:09

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

• 22.01.2021, 14:18

Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapıldı

• 22.01.2021, 14:16

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

• 22.01.2021, 14:12

Füzulinin Qarğabazar kəndindən görüntülər

• 21.01.2021, 17:58

Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi – Tural Gəncəliyev

• 21.01.2021, 17:53

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

• 21.01.2021, 17:45

“Dostluq” yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır – Deputat

• 21.01.2021, 17:41

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

• 21.01.2021, 17:39

Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

• 21.01.2021, 17:37

Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:34

“Dostluq” yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır – Qurbanqulu Berdiməhəmmədov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek    
 123
45678910
11121314151617
18192021222324
25262728293031