“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

Ətraflı

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ətraflı

Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Şuşanın 17 məhəlləsinin hekayəsi

28 ildən çox erməni işğalından sonra noyabrın 8-i azad edilmiş Şuşa hər bir azərbaycanlının qəlbi və ruhu, milli musiqinin və poeziyanın beşiyidir. Bu şəhərə həyat tədricən geri qayıdır, lakin təəssüf ki, məscidlər də daxil olmaqla yüzlərlə tarixi abidə təhqir və ya məhv edilib. Düşmən Üzeyir Hacıbəyli, Bülbül və Natəvan kimi Azərbaycan musiqisi və ədəbiyyatının korifeylərinin xatirəsi qarşısında belə durmayıb. Dövlətimiz Azərbaycanın mədəni paytaxtı elan edilmiş Şuşa şəhərinin bərpa edilməsi və əvvəlki görkəminin qaytarılması üçün hər şeyi edəcək. Şuşa haqqında çox danışmaq və yazmaq olar. Bu məqalədə biz Trend-in oxucularına Şuşanı formalarşdıran şəhərin əsas xüsusiyyətlərindən biri – 17 məhəlləsi haqqında danışacağıq.

Şuşa 1752-ci ildə Pənahəli xan Cavanşir (1693-1763) tərəfindən qurulub. O dövrdə Şuşa hökmdarın adını daşıyan və Qarabağ xanlığını qorumaq üçün 1368 metr yüksəklikdə inşa edilmiş Pənahabad qalası idi. Bu ad xalq arasında "Pənahabadi" adı almış sikkələrin üzərində öz əksini tapmışdı. Bir müddət sonra şəhər Qala, Şuşa Qalası və nəhayət Şuşa adlandırıldı. Qarabağın ən mənzərəli yerində, üç tərəfi qayalarla əhatə olunmuş əlçatmaz qala idi. Əlçatmaz qalanın təməlinin qoyulmasının dəqiq tarixi məlumdur – 1750-ci il. Pənahəli xanın əmri ilə Təbrizdən, Ərdəbildən və digər şəhərlərdən xan üçün yeni binalar və saray tikən məşhur ustalar dəvət edilmişdi. Qalanın şimal və şərq hissələri divarlarla əhatə olunmuşdu. Qalanın "İrəvan" və "Gəncə" adlanan iki qapısı var idi. Səhər qapılar açılırdı, axşam gün batandan sonra bağlanırdı və heç kim şəhərə buraxılmırdı. 1755-ci ildə Şuşa Qarabağ Xanlığının paytaxtı oldu. 1795-ci ilə qədər burada 10 mindən çox insan yaşayırdı.

Şəhərin salınmasında mühüm rolu hökmdarın vəziri, Şuşada bir çox obyektin tikilməsində birbaşa iştirak edən şair Molla Pənah Vaqif (1717-1797) oynayıb, o həm xanın, həm də övladlarının fərdi tikililəri ilə əlaqəli bütün işlərin rəhbəri və şəhər divarının, Xan sarayının, yaşayış binalarının və qala divarlarının inşasının başında olub.

Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələdə Şuşa şəhərinin əsasının qoyulması dövründən başlayır (1753-1754). Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759-1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilir və həmin ərazilərdə 12 məhəllə formalaşdırılır.

17-18-ci əsrlərdə Şuşa 17 məhəlləyə bölünmüşdü. Onlardan 9-u Aşağı məhəllə (Seyidli məhəlləsi, Culfalar məhəlləsi, Quyuluq məhəlləsi, Çuxur məhəllə məhəlləsi, Dördlər qurdu məhəlləsi, Hacı Yusifli məhəlləsi, Dörd çinar məhəlləsi, Çöl qala məhəlləsi, Qurdlar məhəlləsi), 8-i isə Yuxarı məhəllə (Saatlı məhəlləsi, Köçərli məhəlləsi, Mamayı məhəlləsi, Xoca Mərcanlı məhəlləsi, Dəmirçilər məhəlləsi, Hamamqabağı məhəlləsi, Merdinli məhəlləsi, Təzə məhəllə məhəlləsi) idi. Şəhər sakinləri özlərini qalalı adlandırırdılar.

Hər məhəllədə hamam, məscid və bulaq vardı.

Fotolar Çingiz Qacarın "Köhnə Şuşa" kitabından və digər açıq mənbələrdən götürülüb.

Şuşanın 17 məhəlləsinin hekayəsi (FOTO) - Gallery Image

 

Şuşanın 17 məhəlləsinin hekayəsi (FOTO) - Gallery Image

Şuşanın 17 məhəlləsinin hekayəsi (FOTO) - Gallery Image

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.07.2021, 16:20

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

• 28.07.2021, 15:43

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

• 28.07.2021, 15:42

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı – SƏRƏNCAM

• 28.07.2021, 15:40

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

• 28.07.2021, 15:34

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisinə pul ayırdı

• 28.07.2021, 15:19

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

• 28.07.2021, 15:14

Qarabağın yeni yolları: Murovdağın altından 12 km-lik tunel

• 28.07.2021, 15:11

Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

• 28.07.2021, 15:10

“Yolumuz Qarabağadır…”

• 28.07.2021, 15:07

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

• 28.07.2021, 14:54

Ermənilərin Qarabağa köçürülməsi

• 28.07.2021, 14:51

İsveçli mayorun “erməni soyqırımı” iddialarını yalanlayan məktubu

• 28.07.2021, 14:46

Cüdo millimizdən biabırçı çıxış

• 28.07.2021, 14:44

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar

• 28.07.2021, 14:41

“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

• 28.07.2021, 14:39

Bakının İrəvana son barışıq jesti – acizin yox, qalibin və güclünün jesti!..

• 28.07.2021, 14:36

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə qovdular

• 28.07.2021, 14:34

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

• 28.07.2021, 14:30

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

• 28.07.2021, 14:08

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

• 28.07.2021, 13:59

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

• 28.07.2021, 13:57

Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI

• 28.07.2021, 13:54

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

• 28.07.2021, 13:47

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

• 28.07.2021, 10:09

Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir – Mustafa Şentop

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031