Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

Ətraflı

Prezidentin Şuşa səfərindən VİDEO

Ətraflı

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

Ətraflı

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

Ətraflı

“Görəsən, gələn Rusiyanın 367-ci alayıdır?..” – TARİXİ-SİYASİ ARAŞDIRMA

Kremlin bağladığı müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ənənəsinin tarixi…

“…Kin-küdurət, nifrət saxlamayan xalqımız Rusiya “sülhməramlıları” torpaqlarımıza girib yenidən ermənipərəst mövqe tutduqdan sonra tərəddüd edərək özünə sual verməyə məcbur qaldı: “Axı kim və niyə bizə Rusiyanı ürəkdən, sona qədər sevməyə mane olur?..”


 

 

Tanımış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz  Moderator.az-a son vaxtlar cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş Rusiya ordusunun “sülhməramlı” adı altında Azərbaycana növbəti gəlişi mövzusunu tarixi-siyasi baxımdan təhlil etdiyi araşdırma yazısını təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

“Biz hələ orta məktəbdə oxuyarkən böyük rus yazıçıları Dostoyevskinin, Çexovun, Şoloxovun əsərlərini böyük maraqla oxumuş, M.Ə.Rəsulzadənin sözləri ilə desək, ”Lermontovun tağlarda ucan ruhu,  Puşkinin su kimi axan nitqi, Tolstoyun məsihanə fəlsəfəsinə vurul”muşduq(1,17). Nəticədə bizdə rus xalqına və mədəniyyətinə bir sevgi yaranmış, məhəbbət formalaşmışdı…

 

Müstəqilliyimizin indiki dövründə bu gün postsovet respublikaları içərisində ən çox rusdilli orta məktəblər, ali məktəblərdə rus bölmələri monoetnik respublika olan Ermənistanda deyil, məhz bizim Vətənimizdədir. Ölkəmizdə  dövlət dili Azərbaycan dili olsa da, bir çox hallarda elmi iş və dissertasiyalar yenə də rus dilində yazılır…

 

Biz obyektiv mövqe tutan, neo-müstəmləkəçilik düşüncəsindən uzaq rus bilim adamlarının, ziyalılarının, jurnalistlərinin mövcudluğunu, çəkinmədən obyektiv mövqelərini ortaya qoyduqlarını da məmuniyyətlə qeyd edirik.  Ancaq belə şəxslər az sayda olmaqla siyasi qərarlara təsir etmə imkanına malik deyillər…

 

İnsanlarımız bu sevdada ikən Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin əksəriyyətinin, o cümlədən erməni kökənli, yaxud valideynlərindən biri erməni olan yüksək vəzifə tutan Rusiya siyasi xadimlərinin ölkəmizin ərazi bütövlüyünü pozan ,torpaqlarımızı işğal edən, insanlarımızı doğma torpaqlardan qovan, maddi-mədəniyyət abidələrimizi dağıdan ,məscidlərimizdə donuz, inək saxlayanları – erməni faşistlərini müdafiə etmələri, silah-sursatla təmin etmələri, ərazisi işğal olunanla işğal edəni bərabərləşdimələri, rəsmi dövlət kanallarında işğalçıya haqq qazandıran verilişləri faktiki hər gün yayınlamaları bizdə təəccüb və təəssüf doğurdu. Bu cür hallar haqlı olaraq adamlarımızı həqiqətin belə kobud şəkildə təhrif edilməsinin səbəblərini bilmək, araşdıraraq düşünmək məcburiyyətində qoyur. Adamlarımız “nədən bizə qarşı belə təbliğat aparan qonşu okələlərin  telekanalları bağlanmır” düşüncəsindən sonra “səni sevəcəyəm sən sevməsən”də aforizminin artıq arxada qaldığını bildirirlər. İnsanlarımızda ölkəmizə qarşı düşmənçilik münasibətinin əsas səbəbini türk-müsəlman olmağımızda görmələri isə tarixən tolerant, beynəlmiləl ruhlu olan bizləri dərindən düşünməyə məcbur edir…

 

Hər gün qarşılaşdığımız qonşular, zəngləşdiyimiz dostlar belə verilişlərdən, ədalətsiz münasibətlərdən sonra dərhal xalqımızın sovet dönəmində Rusiyanın faşist Almaniyasına qarşı apardığı ölüm-dirim savaşında etdikləri ağlagəlməz fədakarlıqdan bəhs edirlər. Uşaqdan- böyüyə bizdə hər kəsə məlumdur ki, II Dünya müharibəsi illərində Azərbaycandan Sovet adlanan rus ordusu sıralarında 11 mini qadın olmaqla 700 minə yaxın adam vuruşmuş, onlardan 300 mindən çoxu həlak olmuşdu. Minlərlə adam isə şikəst halda, əmək qabiliyyətini itirmiş formada Azərbaycana dönmüşdü…

 

Rusiyanın faşist Almaniyası üzərindəki qələbəsində Bakı neftınin əhəmiyyəti isə xüsusi qeyd edilməlidir. Günün 18-20 saatını fədakarlıqla çalışan Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23,5 milyon ton neft çıxarıb Rusiyaya göndərmişdir. Bütövlükdə müharibə illərində SSRİ sənayesinin və hərbi texnikasının istifadə etdiyi 110 milyon ton neftin 75 milyon tonu, təyyarə benzininin isə 85-90 faizi Bakıdan göndərilmişdi. Bundan başqa, xalqımız müharibə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul vermiş, 20 mindən çox azərbaycanlı yaralı sovet əsgəri üçün könüllü olaraq qan vermiş, cəbhəyə 135 vaqon isti paltar göndərmişdir(2,310-311).  (Belə köməkliklər xeyli çox olsa da, hələlik bununla kifayətlənirik)…  

 

Bəs bizim Vətən müharibəmizdə Rusiyanın siyasi xadimləri nə etdi? Yeri gəlmişkən, erməni xalqı  Rusiyaya  Qaregin  Nijdeni  və onun kimilərini verdi…

 

Təəssüf ki, belə hörmət və ehtirama, inam və etibara qonşu dövlətin bir sıra siyasi xadimlərinin əməyi nəticəsində necə deyərlər, süni şəkildə“qar yağdırıldı”. Bu cür haqsız yanaşmalardan, faktiki olaraq anti-Azərbaycan siyasətindən sonra insanlarımız soyuq başla xanlıqlar dövründən müasir zamana qədər – çar, bolşevik-sovet və indiki Rusiya ilə bağlanmış müqavilələr və onlara “böyük qardaş”ımızın necə əməl etməsini ibrətamiz olduğu ücün xatırlamalı olur..

 

1805-ci ilin mayından dekabrına qədər Qarabağ, Şəki və Şirvan xanlıqları ilə Rusiya imperatorluğu arasında 11 maddədən ibarət “Andlı öhdəlik”imzalandı(3,588-593). Müqavilələr çar xəzinəsinə veriləcək xəracın həcmi istisna olmaqla, demək olar ki, eyni idi. Orada xanların və Rusiya hökumətinin üzərinə götürdüyü öhdəliklər var idi. Müqavilənin 2-ci maddəsində Rusiya öhdəsinə götürürdü ki, xanlıqların daxili idarəetmə işlərinə qarışmayacaq, daxili idarəetmə xanın ixtiyarında qalacaqdır. Bundan başqa, Çar özünün və vəliəhdlərinin adından xan və onun varislərinin ölkəsinin(yəni xanlıqların-B.Ə)bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir”.

Bundan başqa, 5-ci maddədə Rusiya öhdəsinə götürürdü ki, xanın varis və arxasının xanlığın üzərində hakimiyyəti dəyişməz  saxlanılacaq, məhkəmə və divanxana, ölkədən yığılan gəlir xanın səlahiyyətində qalacaqdır. Maraqlıdır ki, xanlar üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirdikləri halda Rusiya tam tərsinə hərəkət etdi. Belə ki, onlar Qarabağ xanı İbrahimxəlil xanla imzaladığı Kürəkçay müqaviləsindən bir il on doqquz gün sonra -1806-cı il iyun ayının 2-də imzaladığı müqaviləyə, üzərinə götürdüyü öhdəliyə tüpürərək mayor Lisaneviçin rəhbərliyi altında 200 nəfərlik rus əsgəri  onun ailə üzvlərini 18 nəfərlə birlikdə gecə ikən qətlə yetirdilər. Bununla da kifayətlənmədilər. Xanlıqların daxili işlərinə qarışmayacağına, təhlükəzliyinə zəmanət vermələrinə baxmayaraq 1819-1826- cı illərdə onları ləğv etdilər. Bununla da, birincisi, Rusiya dövlətində bağladığı müqaviləyə əməl etmək əxlaqının, düşüncəsinin və ənənəsinin olmadığı üzə çıxdı. İkinci, Azərbaycan tarixinin bütöv bir dönəmi sona yetmiş oldu. Çarlıq Rusiyası Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var-dövlətini, bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəçilik meydanına çevrilməsi üçün yol açıldı”(3,612)…

 

1816-1827-ci illərdə Qafqazın baş komandanı olmuş general  A.P. Yermolov və onun Azərbaycandakı ən inanılmş, etibarlı adamı olan erməni Rustam Qriqoryeviç Mədətovun Vətənimizdə etdikləri qanunsuzluqların, vəhşiliklərin, hiyləgərliklərin həddi-hüdudu olmamışdır. Onlar  bağlanan müqavilələrin şərtlərini heçə sayaraq xanlıqların daxili işlərinə kobudcasına, çəkinmədən qarışırdı(Geniş məlumat üçün bax:8). Bu cəhətdən rus məmurlarının  Qarabağ xanlığındakı qanunszluqları daha ibrətamizdir. Belə qanunsuzluqların həyata keçirilməsində çar generalına əslən Qarabağın sadə erməni kəndli ailəsindən olan, Yermolovun yaxından köməyi sayəsində general rütbəsinə  və knyaz tituluna layiq görülmüş Mədətov yaxından kömək etmişdi. Həm də bu zaman o, öz xeyirini heç vaxt unutmamışdı. Belə ki,  Mədətov “1818-ci ildən Mehdiqulu xanın İrana qaçdığı 1822-ci ilədək …1500 dən çox ailənin yaşadığı kəndlərin guya dədə-baba mülkü kimi ona qaytarılması haqda xandan zorla, hədə-qorxu gəlməklə təliqələr” almışdı. Bunun nəticəsində o,1821-ci il aprelin 20-də çar fərmanı ilə həmin kəndlər üzərində daimi və nəsli sahiblik hüququna sahib olmuşdu(7,80-81)… 

Rustam Mədətov  bununla da kifayətlənməmişdi.  Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağanı öyrətmişdi ki, əmisindən  çara və Qafqazın baş komandanına “danos” yazsın ki, guya o, əhalini çara qarşı qaldırır, Osmanlı sultanı və Qacar şahı ilə əlaqə saxlayır. Bundan istifadə edib onu qovduqdan sonra isə Cəfəqulu ağanı onun yerinə qoyarlar. Bu şirnikləndirici vədə inan Cəfərqulu ağa ona deyildiyi kimi edir. Hər tərəfdən müxtəlif əsassız bəhanələrlə Yermolov və Mədətov tərəfindən sıxışdırılan Mehdiqulu xan ona olan təzyiqlərə dözməyib 1822-ci ildə Qacar səltənətinə gedir. Bunu eşidən Cəfərqulu ağa sevincək Mədətovun yanına gedib əmisinin qaçdığını, razılaşdıqları kimi onu xan kimi tanımalarını bildirir. Mədətov razılaşırb bildirir ki, bunun üçün Cəfərqulu ağa əvvəlcə burada olan iki oğlan  uşağının da xan nəslindən olduğunu təsdiqləsin. Amma o bir neçə səbəbdən bunu təsdiq  etməkdən imtina edir. Əvvəla, bu uşaqlar Qafqazın Baş komandanı Yermolov Azərbaycanda olarkən ona axşamlar yaxşı qulluq etmək üçün Mədətov tərəfindən ayrılmış erməni xanımından doğulmuşdu və onların adını da qəsdən Bəxtiyar və Allahyar qoymuşdular. Digər tərəfdən,o anlamışdı ki,bunu təsdiq edəcəyi halda onun özünü də aradan götürüb adı, soyadı azərbaycan ,əslində isə  rus və ermənidən olan bu uşaqları xanın qanuni varisi kimi tanıyacaqlar…

 

Bunu bildikdə hər bir normal adamda sual yaranır: görəsən, XIX əsrin birinci yarısından xalqımızın genefondunu məhv etməyə hesablanmış olduqca  hiyləgər metoddan istifadə edən məkrli düşmənlərimiz  bu gün cəmiyyətimizə nə qədər belə “azərbaycanlı”yerləşdirə bilmişdir?..

Bağladığı müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ənənəsinin tarixini  öyrənmək baxımından bolşevik Rusiyasının fəaliyyəti  xüsusilə ibrətamizdir. 1920-ci il Aprel ayının 27-də Cümhuriyyət  parlamentinə bolşeviklərin əlaltıları, indi deyildiyi kimi, “5-ci kolon”un nümayəndələri tərəfindən ultimatum təqdim olunub. Orada deyilirdi: 

 

“Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Donanması hakimiyyəti dərhal yol. N.Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-kəndli hökumətinə təhvil verməyi Sizə təklif edir. Bu halda Qırmızı Donanma milli mənsubiyyətindən asılı olmayaraq Bakının bütün əhalisinin təhlükəsizliyinə təminat verir. Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı Ç.İldırım”(5,203).

Onlar iddia edirdilər ki, guya XI Qırmızı Ordu Vətənimizi işğal etməyə  gəlməyib, Bakıya daxil olmadan Anadoluda ölüm-dirim savaşı aparan türklərə köməyə gedəcək. M.Ə.Rəsulzadə bu fikirlərin yalan olduğunu bildirərək demişdir:

 

”Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq.  Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq?… Bizi inandırırlar  ki,  Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim mücadiləsində bulunan Türkiyəni xilas etməyə gedir.

…Əfəndilər, bizdən soruşmadan sərhəddimizi keçən hər hanki bir qüvvə dostumuz deyil, düşmənimizdir…

 

Duyduğumuz bu təbliğat da düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır. Gələn ordu rus ordusudur…İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır…

Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir”(6,145)…

 

Doğrudan da  xalqımız işğalçıları  on minlərlə qurban verdikdən, sürgünlərdə ömür çürüdəndən, repressiyaya, deportasiyaya məruz qaldıqdan, xeyli əzəli torpaqlarımızı itirdikdən 71 il sonra çətinliklə olsa da, Vətənimizdən qova  bildi. Bolşevik  Rusiyası Cümhuriyyət  ordusunu ləğv edərkən  həm 1920-ci ilin 30 sentyabrında Azərbaycan SSR ilə RSFSR arasında bağlanan müqavilədə,  həm də 1922-ci ilin dekabrında  SSRİ yaranarkən öhdəsinə götürdü ki, Azərbaycanın ərazi bütövlüyünü, burada yaşayan əhalinin təhlükəsizliyini təmin edəcək. Cümhuriyyət zamanı ölkəmizin mübahisəsiz ərazisi 97,3 min kv.km, Ermənistanın ərazisi isə 9 min kv.km olmuşdur. Bolşevik işğalından sonra Azərbaycan SSR-in ərazisi azalaraq 86,6 min kv.km, Ermənistan SSR-in ərazisi isə bizim torpaqlarımızın hesabına  artaraq 29 min kv.km oldu. Azərbaycan SSR Xalq Torpaq Komissarlığının  25 oktyabr 1921-ci il tarixli arayışına görə, keçmiş Zəngəzur qəzasından 405000 desyatin (4,424,6 kv.km), Qazax qəzasından 379 984 desyatin(4151,3kv.km) ərazi bolşevik  Rusiyasının tələbi ilə ErmənistanSSR-ə verilmişdi.(4,53-55;Həmçinin bax:Azərbaycan Tarixi Atlası.B.,2007,s.48).

Bolşevik Rusiyasının imzaladığı müqavilələri kobudcasına pozub torpaqlarımızı öz ata-baba törpaqlari kimi qonşulara “pay” verməsi bununla da yekunlaşmadı. 1920-ci illərdə Sovet Rusiyası Bakını Azərbaycandan ayırıb Rusiyaya vermək planını da hazırlamışdı. Lakin bu çirkin niyyət müxtəlif səbəblərdən baş tutmamışdı. Ancaq işğalcılar torpaqlarımızı qonşu ermənilərə vermək siyasətini yenə davam etdirmişdilər. Belə ki,  SSRİ rəhbərliyi  Moskva və Qars müqavilələrinin şərtlərini  18 fevral 1929-cu ildə pozaraq Naxçıvan MSSR-in 9 kəndindən ibarət  657 kv.km ərazini Ermənistana verdi. Nəticədə Naxçıvan MSSR yaranakən 5988,5 kv.km –lik ərazisi azalaraq 5,5 min kv.km qaldı…

Bütün bunlardan sonra tolerant düşüncəyə, multikultural təfəkkürə malik olan adamlarımızı bir sual ciddi şəkildə maraqlandırır: bizi Rusiyanı səmimi, içdən gələn bir məhəbbətlə sevməyə kimlər və niyə imkan vermir?..

Beləliklə, rus-sovet hökuməti nə ərazimizin bütövlüyünü,  nə də əhalimizin təhlükəsizliyini təmin etdi. 1990-cı il yanvarın 20-də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın Xocalıda törətdikləri qətliam isə uşaqdan böyüyə hər bir azərbaycanlıya məlumdur. Ancaq bunlara baxmayaraq ürəyində  Rusiya dövlətinə, onu idarə edənlərə kin-küdurət, nifrət saxlamayan xalqımız Rusiya “sülhməramlıları” torpaqlarımıza girib yenidən ermənipərəst mövqe tutduqdan sonra tərəddüd etməyə başladı. O, özünə sual verməyə məcbur qaldı: “Görəsən gələn  Rusiyanın 367-ci alayıdır? Axı kim və niyə bizə Rusiyanı ürəkdən, sona qədər sevməyə mane olur?….

 

Ədəbiyyat:

 

1.Rəsulzadə M.Ə.Azərbaycan Cümhuriyyəti.B.,1990.

2.Azərbaycan tarixi. Dərslik.(Yeniləşdirilmiş üçüncü nəşri)B.,2016

3.Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci ilə qədər.B.,2009.

4.Əziz Boran.Cümhuriyyətə gedə yol:milli azadlıq hərəkatının aktuallığı,mənbələri, dövrləri və cərəyanları.B.,2020.

5.Balayev A.M.Ə.Rəsulzadə(1884-1955).B.,2011.

6.Məmmədzadə M.B.Milli Azərbaycan hərəkatı.B.,1992.

7.Abdullayev M.Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər(XIX əsrin 40-cı illərinə qədər).B.,2005”. 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.01.2021, 20:27

Ərdoğan İlham Əliyevə zəng etdi: “Türkiyə qardaş Azərbaycanı dəstəkləməyə davam edəcək”

• 16.01.2021, 20:22

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

• 16.01.2021, 17:05

Ağdamın Şelli kəndindən görüntülər

• 15.01.2021, 17:13

RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

• 15.01.2021, 17:10

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb

• 15.01.2021, 16:31

Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil – İlham Əliyev

• 15.01.2021, 16:18

Prezidentin Şuşa səfərindən VİDEO

• 15.01.2021, 15:16

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

• 15.01.2021, 15:10

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi yer məlum oldu: Texnikalar əraziyə gətirildi – FOTO

• 15.01.2021, 15:07

Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”

• 15.01.2021, 14:59

Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı paylaşım – VIDEO

• 15.01.2021, 14:56

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

• 15.01.2021, 14:54

Qondarma qurumun xarici işlər naziri: “Xocalı Hava Limanı ilkin mərhələdə sülhməramlılar üçün işləyəcək”

• 15.01.2021, 13:44

İlham Əliyev Şuşada!

• 15.01.2021, 11:12

Ermənistan yasdan çıxa bilmir – məğlub ölkə son şansına da təpik atır

• 15.01.2021, 11:10

Putin iki gün sonra etdi, amma doğru etdi – Ərdoğana zəngə Bakıdan reaksiyalar

• 15.01.2021, 11:03

Prezident və birinci xanım Şuşaya getdi – VİDEO

• 15.01.2021, 0:16

“Qarabağ”ın matçında 6 qol vuruldu

• 14.01.2021, 23:23

Paşinyanın həyat yoldaşı və qızları Moskvada qışqırıqla qarşılandı: “Xainlər”

• 14.01.2021, 19:27

Vətən müharibəsində dəyən ziyanın məbləği açıqlanıb – RƏSMİ

• 14.01.2021, 19:25

Koronavirusa yoluxanların sayı minimuma DÜŞDÜ

• 14.01.2021, 18:02

“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ – Azərbaycan torpağıdır” – Paşinyanın köməkçisi

• 14.01.2021, 16:57

“Pakistan hər zaman Azərbaycanın yanında olacaq” – Baş Qərargah rəisi

• 14.01.2021, 16:55

Paşinyanın ailəsi ölkəni tərk etdi – Rusiyaya köçürlər

• 14.01.2021, 16:53

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek    
 123
45678910
11121314151617
18192021222324
25262728293031