Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

Ətraflı

Prezidentin Şuşa səfərindən VİDEO

Ətraflı

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

Ətraflı

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

Ətraflı

Ermənilərin Qarabağa köçürülməsi

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi.

 

Untitled-1

Bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Erməni-rus münasibətləri Rusiyanın Kazan (1552) və Həştərxanın (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və başqaları) genişlənir, onun Xəzər sahili torpaqları istila etmək cəhətləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır.

Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi.

150_illiye_hesr_edilmish_abide_dagidildiqdan_sonra

I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı:

“İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən – K.Ş.) xahiş etdim və indi mən cənaba (Qriboyedova – K.Ş.) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskoviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.

1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu.

XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.

Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.

N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”.

Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.

A.S.Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.

Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.

Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə – K.Ş.) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ-K.Ş.) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır”.

Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.

1823-cü il məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.

Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.

Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.

Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdarə rayonunun Marağaşen – Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.01.2021, 20:27

Ərdoğan İlham Əliyevə zəng etdi: “Türkiyə qardaş Azərbaycanı dəstəkləməyə davam edəcək”

• 16.01.2021, 20:22

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

• 16.01.2021, 17:05

Ağdamın Şelli kəndindən görüntülər

• 15.01.2021, 17:13

RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

• 15.01.2021, 17:10

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb

• 15.01.2021, 16:31

Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil – İlham Əliyev

• 15.01.2021, 16:18

Prezidentin Şuşa səfərindən VİDEO

• 15.01.2021, 15:16

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

• 15.01.2021, 15:10

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi yer məlum oldu: Texnikalar əraziyə gətirildi – FOTO

• 15.01.2021, 15:07

Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”

• 15.01.2021, 14:59

Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı paylaşım – VIDEO

• 15.01.2021, 14:56

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

• 15.01.2021, 14:54

Qondarma qurumun xarici işlər naziri: “Xocalı Hava Limanı ilkin mərhələdə sülhməramlılar üçün işləyəcək”

• 15.01.2021, 13:44

İlham Əliyev Şuşada!

• 15.01.2021, 11:12

Ermənistan yasdan çıxa bilmir – məğlub ölkə son şansına da təpik atır

• 15.01.2021, 11:10

Putin iki gün sonra etdi, amma doğru etdi – Ərdoğana zəngə Bakıdan reaksiyalar

• 15.01.2021, 11:03

Prezident və birinci xanım Şuşaya getdi – VİDEO

• 15.01.2021, 0:16

“Qarabağ”ın matçında 6 qol vuruldu

• 14.01.2021, 23:23

Paşinyanın həyat yoldaşı və qızları Moskvada qışqırıqla qarşılandı: “Xainlər”

• 14.01.2021, 19:27

Vətən müharibəsində dəyən ziyanın məbləği açıqlanıb – RƏSMİ

• 14.01.2021, 19:25

Koronavirusa yoluxanların sayı minimuma DÜŞDÜ

• 14.01.2021, 18:02

“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ – Azərbaycan torpağıdır” – Paşinyanın köməkçisi

• 14.01.2021, 16:57

“Pakistan hər zaman Azərbaycanın yanında olacaq” – Baş Qərargah rəisi

• 14.01.2021, 16:55

Paşinyanın ailəsi ölkəni tərk etdi – Rusiyaya köçürlər

• 14.01.2021, 16:53

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek    
 123
45678910
11121314151617
18192021222324
25262728293031