Ərdoğan: “Yunanıstan Lozanna müqaviləsini pozur”

Ətraflı

ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil – Metyu Brayza

Ətraflı

İrəvandan növbəti HƏYASIZLIQ: Qarabağa 100 milyon ayırır

Ətraflı

Jirinovskidən ŞOK AÇIQLAMA: Ərdoğan Qarabağda bizə mane olur! – VİDEO

Ətraflı

Ermənilər Hayasaya iddia edə bilərlərmi?

Müasir ermənilərin  tarixini qədimləşdirmək niyyətində olanların həvəslə istinad etdikləri mənbələrdən biri, e.ə. XIV əsrdə Het dövlətinin şimal vilayəti olmuş Hayasadır.

1966-cı ildə  rus dilində nəşr olunmuş “Ermənistan” kitabının müəllifləri erməniləri hayasalıların birbaşa davamçıları hesab edir, “hay” adının  da bununla bağlı olduğunu bildirirlər.

Tarixi hadisələrə özünün fantastik yanaşması ilə seçilən  S. Ayvazyan Hayasanın  erməni dövləti olmasını özünəməxsus şəkildə “sübut” etmişdir. O, Metsamorda aşkarlanmış yazıları  e.ə. XIX əsrə aid piktoqrafik yazı kimi təsnifləndirərək, onları erməni dilində oxumuşdu, bundan başqa,  guya Metsamor qayaüstü yazıları ilə sinxron olan və üzərində hayasa heroqlifləri həkk olunmuş  pulları elm aləminə təqdim etmişdi.  S. Ayvazyanın,  Ermənistan SSR Elmlər Akademiyasının Xəbərlərində  1964-cü ildə işıq üzü görmüş   bu “elmi kəşfi” 1967-ci ildə  B. Mkrtıçyan tərəfindən Çexoslovakiyanın “Nеw  Огieпt” jurnalında da çap etdirilmişdi. Bütün bunları fantastik adlandıran B. Piotrovski S. Ayvazyan və B. Mkrtıçyanın saxtakarlığını üzə çıxararaq,  e.ə. XIX əsrə aid edilən Metsamor yazılarının  həqiqətdə   ərəb dilində  qəbirüstü yazılar olduğunu,  yuxarıda qeyd olunan pulların isə, XII – XIII əsrlərdə Azərbaycan Atabəylər dövləti tərəfindən kəsildiyini, orta əsrlərdə geniş yayıldığını bildirmişdir.

Keçən əsrin 70-ci illərində Hayasa ilə bağlı məqalələr çap etdirən V.N. Xaçatryana görə  hayasa dili hind-avropa dil ailəsinə aiddir, Hayasa çarları və allahlarının het mətnlərində yer almış və hind –avropa dillərinə aidiyyəti olmayan  adları isə  alınma ola bilər və bu səbəbdən də, onlar nümunə   ola bilməz, lakin müəllif sonradan bu barədəki  fikirlərini dəyişərək Hayasa çarları və allahlarının adlarını da erməniləşdirir.  V.N. Xaçatryan Hayasa ilə bağlı toponimlərə  də müraciət edərək, belə bir nəticə əldə edir: “…Nairi (Hayasa) toponimlərinin erməni paralelləri özündə erməni dilinin elementlərini ehtiva edir. Bu hayasalıların  (nairililərin) hay tayfaları olmasına işarə edir”.  Şübhəsiz ki, V.N. Xaçatryanın məsələyə yanaşması son dərəcə qüsurludur, çünki onun metodologiyası ilə, yəni qədim toponimlərin müasir erməni dili ilə müqayisə edilməsi yolu ilə elmi həqiqəti bərpa etmək mümkün deyil. Bu məsələyə diqqət yetirən V.A. Şnirelman qeyd edir ki, “Bu, hayasalıların etnik mənsubiyyəti haqqında uzaq gələcəyə yönəlmiş nəticələrin əldə olunmasında onun üçün əsas olmuşdur… Eyni zamanda, nə Caukyan, nə də Dyakonov Ermənistan yaylasında qədim hind-avropa (o ki, qaldı erməni)  toponimləri tapmamışlar”. V.N. Xaçatryanın “mənim sözlərimi məqsədyönlü şəkildə saxtalaşdırır” deyən İ.M. Dyakonov onun fikirlərini əsassız hesab edir: “V.N. Xaçatryanın guya “Hayasa” toponimlərinin çoxu qədim Hayasa ilə heç bir əlaqəyə malik deyil – məsələn Qiarnianini, müasir Qarnini  götürsə: hansı qədim mənbələrdə bu rayon Hayasaya aid edilir? Heç birində. Onda nəyə görə bu “Hayasa” adıdır, özü də hayasalıların erməni dilində danışdıqlarını bildirən?” Bu bir daha göstərir ki,  erməni müəlliflərin saxtakarlığı sərhəd tanımır.

İfrat millətçilik mövqeyində duran  R.A. İşxanyan  ermənilərin əcdadlarının hələ e.ə. IV minillikdə tarix səhnəsində olduqlarını, e.ə. III minillikdə Akkad hökmdarlarının erməniləri tanıdıqlarını və onları işğal etmək istədiklərini bildirir.  Ermənilərə dünyanın ən qədim xalqları sırasında yer verən R.A. İşxanyanın fikirlərini  elmdə “inqilab” adlandırmaq olar.

“Hayasa” toponimi ilə “hay” etnonimi arasındakı zahiri oxşarlığı əsas götürən bəzi müəlliflər linqvistik materiallardan özlərinəməxsus şəkildə  istifadə edərək, müxtəlif konfiqurasiyalar qurur,  mülahizələr irəli sürür, nəyin bahasına olursa-olsun   hayları Hayasaya bağlamağa çalışırlar. Q.B. Caukyan qeyd edir ki, “Tədqiqatçıların bir  hissəsi erməni dilini hayasa dilinin birbaşa davamı hesab edirlər, lakin nə Hayasa ölkəsinin adı ilə ermənilərin özlərinə verdikləri ad arasındakı uyğunluqdan başqa, bu hipotezin xeyrinə  hər-hansı tutarlı arqument gətirmirlər, nə də gətirilmiş faktlar,  Q. Kapantsyanda olduğu kimi, bu müddəanın sübutu ola bilməz”.

Q.B. Caukyan hayasa dilinin erməni mənşəli olduğunu 1987-ci ildə bu barədə məqalə çap etdrmiş  S. Petrosyan tərəfindən də özünəməxsus şəkildə “sübut”  edildiyini  bildirir və dərhal da qeyd edir ki, “zəifliyi və arqumentlərin azlığı üzündən bu  məqalə sübutedici qüvvədən məhrumdur”.

Hayasa məsələsinə Q.B. Caukyanın özü daha “inandırıcı” üsulla yanaşır, belə ki, hayasa dilinin bilavasitə erməni mənşəli olmasını iddia etməyən bu müəllif, orada ermənilərin “mövcudluğunu” sübut etmək üçün başqa yol tutur. O, Hayasanın etnik cəhətdən rəngarəng olduğunu, müxtəlif dilli tayfalar tərəfindən məskunlaşdırıldığını və  ermənilərin bu tayfalardan birini təşkkil etdiyini “sübut” etməyə meylli görünür, lakin faktların buna imkan verməməsi onu ehtimallara əsaslanmağa vadar edir. “Ümumiyyətlə, Hayasanın əhalisi yekcins ola bilməzdi və hett-luviya və frakiya elementləri ilə yanaşı, erməni elementinin olması da mümkündür.  Bunu xüsusilə Hayasanın ermənilərin adı ilə bağlı olduğu və hay adının bilavasitə hind-avropa qatından gəldiyi  halda ehtimal etmək olar. Bu halda Hayasaya aid bir sıra adların erməni mənşəli olduğunu güman etmək olar”.  Fikrini inkişaf etdirən erməni akademik vurğulayır ki, “Əhəmiyyətli sayda Hayasa – qədim Anadolu paralelləri əsasında biz hələ 1961-ci ildə Hayasa dilinin qədim Anadolu mənşəli olması ideyasına gəlmişik, beləliklə o, erməni dilinin birbaşa əsası deyil, onun əsas substratıdır. Hal-hazırda bu fikrin doğruluğuna bizim  inamımız tərəddüdlüdür”.  Bu tərəddüdün səbəblərindən danışarkən Q.B. Caukyan qeyd edir: “Bizim fikrimiz yalnız, dilin xarakterini müəyyənləşdirərkən heç də həmişə həlledici əhəmiyyətə malik olmayan  adlara – antroponimlərə, teonimlərə və toponimlərə – əsaslanır. Erməni dilinin özünün nümunəsi göstərir ki, adlarda başqalarından alınma təbəqə kifayət qədər böyük ola və hətta üstünlük təşkil edə bilər…” və ya  “Erməni dilində qədim Anadolu substratı haqqında ehtimal daha çox digər tədqiqatçıların məlumatlarına əsaslanır. Sonradan genetik və qeyri-genetik uyğunluqları ciddi metodika ilə ayıraraq, erməni – het – luviya paralellərinin tərəfimizdən  araşdırılması göstərdi ki, erməni dilində dəqiq ayrılan het – luviya təbəqəsi, əvvəllər sona qədər yoxlanılmamış məlumatlar, xüsusilə Q. Kapantsyanın məlumatları əsasında  göründüyü kimi, elə də təsirli deyildir”.

Hayasalıların dil mənsubiyyətinin həll olunmadığını bildirən İ.M. Dyakonov xüsusi olaraq vurğulayır ki, “heç bir tədqiqatçı onların erməni dilinə  mənsubluğu haqqında əsaslandırılmış məlumatlar təqdim edə bilməz”.  Bu baxımdan, Q. Kapantsyan, S. Petrosyan,  Q.B. Caukyan və baxışlarına görə bu müəlliflərə yaxın olan dgərlərinin Hayasanı bu və ya digər yollarla ermənilərə bağlamaq cəhdləri uğursuz addımdır və heç bir elmi əsasa malik deyildir.

Yuxarıda qeyd olunduğu kimi, Hayasa Het dövlətinin tərkibinə daxil olmuşdur. Bu  dövlətin formalaşdığı ərazinin ən qədim əhalisi elmdə protohetlər adlanır. E.ə. II minillikdə burada, dillərinə görə protohetlərdən fərqli olan və  nesitlər (Halis çayından cənubda yerləşən Nesa və ya  Neşa ölkə və şəhər adından götürülmüşdür) adlandırılan yeni tayfalar meydana gəlmişdi. Hind-avropa dillərinə yaxın olan nesit dilindəki bir çox söz yunan, latın, qədim hind və qədim slavyan dillərindəki analoji sözlərlə müqayisə oluna bilər. Öz növbəsində,  Het dövləti müxtəlif dillərdə danışan protohet, palay, luviya və nesit tayfaları tərəfindən yaradılmışdır.  Uzun sürən proses nəticəsində nesit dili önə çıxmış və Het dövlətinin hüdudlarında het-nesit etnik birliyi formalaşmışdır.  Bu proseslərdə  erməni dilinə və ermənilərə yer yoxdur, çünki onlar bu dövrdə mövcud olmamışlar.

Hayasa və erməni dilləri arasında qohumluq əlaqələri sübut olunmamışdır, “Hayasa” toponimi ilə “hay” etnonimi arasındakı müəyyən uyğunluq belə, bu terminlər arasında üzvi əlaqənin olmasını  sübut etmir.[1] Başqa sözlə, ermənilərin, özlərinin olmadıqları dövrdə mövcud olmuş  Hayasaya iddia etmələrinin heç bir elmi əsası yoxdur və bu iddia  ciddi elmi dairələr tərəfindən rədd edilir.

 Aqil Şahmuradov
Tarix üzrə fəlsəfə doktoru

20 oktyabr 2014-cü il

[1] Дьяконов И. М. Предыстория армянского народа. История Армянского нагорья с 1500 по 500 г. до н.э. Хетты, лувийцы, протоармяне.  Ереван, 1968, с.211.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.04.2021, 16:18

Ərdoğan: “Yunanıstan Lozanna müqaviləsini pozur”

• 16.04.2021, 14:39

“Erməni qartalları” NATO-ya savaş “elan etdi”

• 16.04.2021, 14:37

“Dağlıq Qarabağ” sözü ilk dəfə o qurultayda səsləndirilib – Tarixçi alimdən ermənilərə ÇAĞIRIŞ

• 16.04.2021, 13:13

Bakının barışıq əlini İrəvan geri çevirir – Ermənistan dirçəliş şansını qaçırır

• 16.04.2021, 13:07

“Kommersant” Ermənistana “İsgəndər-M” raketlərinin verildiyi haqda nə yazmışdı…

• 16.04.2021, 13:05

Ağdam: düşmənin viran qoyduğu Bağbanlar kəndi

• 16.04.2021, 13:04

Türkiyədən Lavrova cavab: “İstəsəniz sizə də “Bayraktar” sata bilərik…”

• 16.04.2021, 13:02

ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil – Metyu Brayza

• 16.04.2021, 12:51

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu – FOTO

• 15.04.2021, 17:08

Azərbaycanda daha 2317 nəfər yoluxdu – 36 nəfər öldü

• 15.04.2021, 16:38

Ermənilər Yerevanda BMT-nin ofisi qarşısında aksiya keçirirlər

• 15.04.2021, 16:20

İrəvandan növbəti HƏYASIZLIQ: Qarabağa 100 milyon ayırır

• 15.04.2021, 15:47

Jirinovskidən ŞOK AÇIQLAMA: Ərdoğan Qarabağda bizə mane olur! – VİDEO

• 15.04.2021, 15:43

Lukaşenko Bakıdan qayıdan kimi Putinlə niyə Qarabağdan danışdı? – ŞƏRH

• 15.04.2021, 14:57

Şuşaya gedən “Zəfər yolu”ndan yeni xəbər var – FOTOLAR

• 15.04.2021, 11:18

Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib – Səttar Möhbalıyev

• 15.04.2021, 10:42

Hərbi Qənimətlər Parkı yeni reallıqların nümunəsidir – Deputat

• 14.04.2021, 18:00

Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır – Sevil Mikayılova

• 14.04.2021, 17:59

Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır – Baş nazirin müavini

• 14.04.2021, 15:57

“2018-ci ildə mənə dedi torpaqları verməyin vaxtıdır…”

• 14.04.2021, 15:53

Ermənistan Prezidenti Gürcüstana gedir

• 14.04.2021, 15:48

İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq

• 14.04.2021, 15:46

Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib – FOTO

• 14.04.2021, 15:08

Paşinyandan ŞOK ETİRAFLAR: Əliyev bunu tamamilə rədd etdi

• 14.04.2021, 15:04

Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031