“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

Ətraflı

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ətraflı

Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

“Atamla danışanda mənə inanmadı, dedi, şəhid olmusan”

Azərbaycanın tarixi qələbəsi. 2020-ci ilin ən yadda qalan hadisələrindən biri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi oldu.

 

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu şəhid olub.

 

Qələbəyə aparan 44 günlük müharibədə əzmlə mübarizə aparan qazilərimiz tarix yazdı. Onlardan biri də Əkbərov Xəyal Hüseyn oğludur.

 

 

X.Əkbərov Saatlı rayonunda anadan olub. Ailədə dörd nəfər olduqlarını deyən 24 yaşlı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə olub.

 

Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı Xəyal Əkbərov deyib ki, Füzuli istiqamətində döyüşə girən ilk qrupların arasında olub:

 

“Sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərlə mübarizəyə başladıq. Döyüşlər başlayanda ailəmizlə əlaqə saxlamaq imkanımız olmadı. Onlar nigaran qalsalar da, cəbhədə vəziyyət çox yaxşı idi. Bizim qələbə qazanacağımız müharibənin elə ilk günlərindən bəlli idi. Düşmən döyüşdən ordumuzun qabağından qaçırdı. Biz isə saatbasaat irəli gedirdik”.

 

“Mən döyüşlərdə olanda ailəmə şəhid xəbərim gəlib”…

 

 

Xəyal deyir ki, silah yoldaşları ilə döyüşdə olan zaman yanlışlıqla ailəsinə onun şəhid olduğunu deyiblər:

 

“Xəbərim olmayıb, sonradan bunu mənə dostlarım dedi. Biz döyüşdə olan zaman ailəmə şəhid olduğumu deyiblər. Bütün rayon sakinləri də baş sağlığı vermək üçün bizim evə yığışıb. Artıq təsəvvür edə bilmirəm necə vəziyyət yaranıb.

 

Oktyabrın 1 atamın doğum günüdür. Ağlımda idi ki, fürsət tapan kimi ona zəng edim. Həm təbrik edim, həm də salamat olduğumu deyim. Zəng edəndə atam mənə inanmadı. Onda bildim ki, nəsə olub. Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub. (gülür).

 

O, mənə inanmadı ki, danışan özüməm. Telefonu qardaşıma verdi. Qardaşımdan sonra telefonu anam götürdü, onunla da danışdım. Nəhayət inandılar ki, danışan özüməm. Sağ-salamatam”.

 

 

Oktyabrın doqquzunda düşmən Azərbaycan ordusunun mövqelərini atəşə tutur:

 

“Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində olanda günorta radələrində düşmən bizim mövqelərimizi atəşə tutdu. Cavab atəşi ilə erməni hərbçilərini yerində oturtduq. Bir qədər irəlilədikdən sonra yenidən minaatanlardan atəş açdılar. Mərmi bizim yaxınlığımıza düşdü. Silah yoldaşlarımdan yaralananlar, şəhid olanlar oldu. Mən də ilk yaramı elə orda aldım”.

 

“Kliniki ölüm keçirdim, elə bildilər ölmüşəm”

 

Xəyal deyir ki, bir anlıq özü də öldüyünə inanıb:

 

 

“Özümə gələndə bir anlıq inanmadım. Qolum şəhid qardaşlarımın altında qalmışdı. Sol qolumun da çiyin sümüyü yox idi. Sağ əlimlə güc tapıb sol qolumu şəhid olan yoldaşlarımın altından çıxardım. Ayağa qalxmaq istəyəndə yenidən atılan minaatan mərmisi yaxınlığıma düşdü. Onun dalğası məni iki metr uzağa atdı. Artıq onda daha ağır yaralandım. Zərbədən belim sındı və bundan sonra qamətimi doğruldub tərpənə bilmədim”.

 

“Çiynimdən qan su yerinə axırdı”

 

 

Bir müddət döyüş meydanında qalan Xəyal 10 dəqiqə tez gələn silah yoldaşları sayəsində sağ qaldığını deyir:

 

“Mən Aprel döyüşlərində də iştirak etmişəm. Müharibəni ilk dəfə yaşamırdım. Amma çox qan itimişdim deyə artıq ağrılardan şoka düşürdüm. Güclə üzümü göyə çevirdim, kəlmeyi-şəhadət gətirib, “Allahu Əkbər” dedim. Yoldaşlarım məni görürdü, ancaq yaxınlaşmaq mümkün deyildi. Dayanmadan atəş açırdılar. Başımın üzərindən gedən güllələri gördükcə, sağ qalacağıma ümidim daha da azalırdı.

 

 

6-7 metr sürünə-sürünə yoldaşlarıma tərəf getməyə çalışdım. Şükür ki, ordan məni götürə bildilər. Daha sonra məni xəstəxanaya göndərdilər. Qələbə xəbərini də xəstəxanada aldım. Vətənə borcumuzu layiqincə yerinə yetirdiyim üçün çox şadam.”

 

 

Xatırladaq ki, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəyal Əkbərov “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.07.2021, 16:20

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

• 28.07.2021, 15:43

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

• 28.07.2021, 15:42

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı – SƏRƏNCAM

• 28.07.2021, 15:40

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

• 28.07.2021, 15:34

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisinə pul ayırdı

• 28.07.2021, 15:19

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

• 28.07.2021, 15:14

Qarabağın yeni yolları: Murovdağın altından 12 km-lik tunel

• 28.07.2021, 15:11

Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

• 28.07.2021, 15:10

“Yolumuz Qarabağadır…”

• 28.07.2021, 15:07

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

• 28.07.2021, 14:54

Ermənilərin Qarabağa köçürülməsi

• 28.07.2021, 14:51

İsveçli mayorun “erməni soyqırımı” iddialarını yalanlayan məktubu

• 28.07.2021, 14:46

Cüdo millimizdən biabırçı çıxış

• 28.07.2021, 14:44

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar

• 28.07.2021, 14:41

“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

• 28.07.2021, 14:39

Bakının İrəvana son barışıq jesti – acizin yox, qalibin və güclünün jesti!..

• 28.07.2021, 14:36

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə qovdular

• 28.07.2021, 14:34

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

• 28.07.2021, 14:30

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

• 28.07.2021, 14:08

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

• 28.07.2021, 13:59

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

• 28.07.2021, 13:57

Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI

• 28.07.2021, 13:54

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

• 28.07.2021, 13:47

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

• 28.07.2021, 10:09

Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir – Mustafa Şentop

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031