Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

Ətraflı

Prezidentin Şuşa səfərindən VİDEO

Ətraflı

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

Ətraflı

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

Ətraflı

“Hər bir qadın qalib zabitin həyat yoldaşı olmaq istər”

Vətən müharibəsində 27 jurnalist döyüşçü kimi torpaqlarımızın azad edilməsi uğrunda müharibədə iştirak edir.

Döyüşə yollananlardan biri də rəsmi dövlət qəzeti “Azərbaycan”ın əməkdaşı Rəşad Baxşəliyevdir. O. Hazırda baş leytenant kimi Şuşada hərbi xidmətdədir.

 

Modern.az-ın əməkdaşı Rəşad Baxşəliyevin həyat yoldaşı Raminə xanımla həmsöhbət olub.

 

– Raminə xanım, həyat yoldaşınızla danışırsınızmı, indi hansı istiqamətdədir?
 

– Bəli, tez-tez danışırıq. Sonuncu dəfə Şuşa istiqamətində idi. Mümkün qədər bizimlə əlaqə yaratmağa çalışır.

 

 Rəşad bəyin döyüşlərdə iştirakından hər kəs gec xəbər tutdu. Könüllü qatılmışdı, yoxsa səfərbərliklə çağırıldı?


– Rəşad jurnalist olmaqla yanaşı, ehtiyatda olan zabitdir. Onu elə döyüşlər başlayanda leytenant kimi orduya çağırdılar. Müharibədə xidmətlərinə görə artıq baş leytenant rütbəsinə layiq görülüb. Amma onu da deməliyəm ki, hələ döyüşlər başlamazdan öncə, ölkə başçısı səfərbərlik üçün çağırış edəndə, Rəşad da bizə xəbər vermədən könüllü orduya yazılmışdı. Mən özüm də onun könüllü qeydiyyatdan keçdiyini sonradan öyrəndim.

 

– Əsgər yolu gözləmək həm qürurlu, həm də mənəvi cəhətdən çətindir. Ömür-gün yoldaşınızı müharibəyə uğurlayanda hansı hissləri keçirdiniz?


 Doğrudur, insan həm qürurlanır, həm də həyəcanlanır, bir az da kədərlənir… Rəşad orduya gedəndə qızımız xəstə idi, xəstəxanada müalicə alırdı. Səfərbərlikdən çağırış gələn kimi, o heç nəyi düşünmədi, övladlarımızı mənə əmanət edib, bizi elə xəstəxanada qoyub, getməli oldu.

 


– Bəs övladlarınız
 onu necə yola saldılar? Darıxırlar ataları üçün?


– Uşaqlar atalarını çox sevirlər. Həm Qarabağın azad olunmasını istəyirdilər, həm də Rəşadın getməyini qəbul etmirdilər. Ancaq Rəşad uşaqları başa saldı ki, əgər Qarabağı istəyirsinizsə, atanız da Qarabağda vuruşmalıdır. Dediyim kimi, onda qızımız da xəstəxanada idi, başımız ona qarışmışdı. Rəşadın ani gedişi də bizi bir az da çətinə saldı. İndi şükürlər olsun, hər şey qaydasındadır. Uşaqlar ataları üçün çox darıxırlar, səbirsizliklə yolunu gözləyirlər, hətta diqqət edirəm ki, məndən gizli saxladıqları var, atalarına nəsə sürpriz hazırlayıblar.

 

– Rəşad bəyin müharibədən əvvəl arxa cəbhədəki fəaliyyətindən də danışaq…
 

– O, həm jurnalist, həm də ehtiyatda olan zabit kimi Vətənin müdafiəsinə həmişə hazır idi. Heç vaxt dayanmırdı. Jurnalist olaraq, arxa cəbhədə də müharibə ilə bağlı çoxlu yazılar yazırdı. Həmişə arzulayırdı ki, torpaqlarımız işğaldan azad olunsun və bu mübarizədə onun da payı olsun. Müharibəyə getmək üçün hər zaman hazır dayanmışdı. Mən Rəşad qədər vətəninə bağlı insan təsəvvür etmirəm. Onu gözünü qırpmadan döyüşə aparan qüvvə də məhz bu vətən sevgisidir.

 

– Qalib əsgərin ailəsi olmaq necə duyğudur? Torpaqlarımızın  azad olunması ilə bağlı heç sizi müjdələdiyi olmuşdumu?


– Elə Qələbə xəbəri yayılan zaman Rəşad da zəng vurmuşdu. İnanın, elə sevincli idi ki… Hamımızı təbrik etdi, hətta bir anlıq sevincdən kövrəldiyini də hiss elədim. O qədər sevincli idi ki, təsəvvür edə bilməzsiniz. Məncə hər bir xanım qalib zabitin həyat yoldaşı olmaq istər. Bu, tamam başqa hissdir. Evdə də, bayırda da, hətta övladlarının yanında da qürurlu olursan. Bütün ətraf da sənə sayğı ilə yanaşır. İnşallah, Rəşad geri dönəndən sonra daha yaxşı müsahibə verərəm. İndi mənə elə gəlir ki, özümü tam ifadə edə bilmirəm.

 


 Həyat yoldaşınız heç Sizə müharibədə yaşadıqlarından danışıbmı? Əsgər yoldaşlarından qazilər, şəhidlər olubmu?
 

– Rəşad söz danışma məsələsində əvvldən xəsis olub. İşlə bağlı evdə heç vaxt müzakirə açmayıb. İndi isə döyüşdədir. Nəsə soruşanda deyir ki, qayıdanda hər şeyi danışacaq.

Sadəcə demişdi ki, bizim də qardaşlarımızdan şəhid olanlar var.

 

– Sizin kimi əsgər yolu gözləyən xanımlarımıza sözünüz varmı?


– Bilirsiniz, indi elə qəribə, qarışıq duyğular içərisindəyik ki, bunu sözlə ifadə etmək çətindir. Bir gözümüz şəhidlərimiz üçün ağlasa da, bir gözümüz gülür, çünki qalib gəlmişik. 30 ilə yaxındır, düşmən tapdağında olan torpaqlarımızı azad etmişik. Allah şəhidlərimizə rəhmət eləsin, məzarları nurla dolsun, ailələrinə isə səbrli olmağı diləyirəm. Cəbhədə olan əsgərlərimiz isə sağ-salamat evlərinə qayıtsın, bizə sadəcə səbrlə, qürurla gözləmək qalır. Allah bütün əsgərləri qorusun!

Rəşada isə demək istəyirəm ki, uşaqlar səni çox sevir.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.01.2021, 20:27

Ərdoğan İlham Əliyevə zəng etdi: “Türkiyə qardaş Azərbaycanı dəstəkləməyə davam edəcək”

• 16.01.2021, 20:22

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

• 16.01.2021, 17:05

Ağdamın Şelli kəndindən görüntülər

• 15.01.2021, 17:13

RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

• 15.01.2021, 17:10

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb

• 15.01.2021, 16:31

Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil – İlham Əliyev

• 15.01.2021, 16:18

Prezidentin Şuşa səfərindən VİDEO

• 15.01.2021, 15:16

“Şuşada olmağımdan çox xoşbəxtəm” – Mehriban Əliyeva

• 15.01.2021, 15:10

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi yer məlum oldu: Texnikalar əraziyə gətirildi – FOTO

• 15.01.2021, 15:07

Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”

• 15.01.2021, 14:59

Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı paylaşım – VIDEO

• 15.01.2021, 14:56

Erməni kilsəsi Qarabağ “ordusu”na yeni səngərlər qazmaq üçün ekskavatorlar bağışladı…-FOTO

• 15.01.2021, 14:54

Qondarma qurumun xarici işlər naziri: “Xocalı Hava Limanı ilkin mərhələdə sülhməramlılar üçün işləyəcək”

• 15.01.2021, 13:44

İlham Əliyev Şuşada!

• 15.01.2021, 11:12

Ermənistan yasdan çıxa bilmir – məğlub ölkə son şansına da təpik atır

• 15.01.2021, 11:10

Putin iki gün sonra etdi, amma doğru etdi – Ərdoğana zəngə Bakıdan reaksiyalar

• 15.01.2021, 11:03

Prezident və birinci xanım Şuşaya getdi – VİDEO

• 15.01.2021, 0:16

“Qarabağ”ın matçında 6 qol vuruldu

• 14.01.2021, 23:23

Paşinyanın həyat yoldaşı və qızları Moskvada qışqırıqla qarşılandı: “Xainlər”

• 14.01.2021, 19:27

Vətən müharibəsində dəyən ziyanın məbləği açıqlanıb – RƏSMİ

• 14.01.2021, 19:25

Koronavirusa yoluxanların sayı minimuma DÜŞDÜ

• 14.01.2021, 18:02

“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ – Azərbaycan torpağıdır” – Paşinyanın köməkçisi

• 14.01.2021, 16:57

“Pakistan hər zaman Azərbaycanın yanında olacaq” – Baş Qərargah rəisi

• 14.01.2021, 16:55

Paşinyanın ailəsi ölkəni tərk etdi – Rusiyaya köçürlər

• 14.01.2021, 16:53

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031