“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi daha bir layihəni uğurla icra edir
“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə növbəti layihəsi olan “Məcburi köçkün məktəblərində könüllülük fəaliyyətinin təşviqi” layihəsini uğurla icra edir.
Belə ki, “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi “Məcburi köçkün məktəblərində könüllülük fəaliyyətinin təşviqi” layihəsi cərçivəsində bir çox məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdləri ilə könüllük fəaliyyətinə dair maarifləndirici tədbirlər keçirmişdir.
Layihənin icrasında əsas məqsəd məcburi köçkün gənclərin könüllülük fəaliyyətinə qoşulmalarına yardımçı olmaq və gənclərimizin yudsevər bir vətəndaş kimi yetişməsində konüllülük fəaliyyətinin əhəmiyyəti haqqında maarifləndirmə işinin aparılmasıdır.
“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri Xatirə xanım Vəliyeva bu layihənin həyata keçirilməsində etdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirmişdir.