Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

Ətraflı

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

Ətraflı

“Şəhidlərimizin qanı ilə azadlığımızı əldə etdik” ÖZƏL-MÜNASİBƏT

Ətraflı

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi…-VİDEO

Ətraflı

Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar, indi isə deyirlər ki, kənd onlarda qalır

10 noyabr üçtərəfli razılaşması əsasında Kəlbəcər rayonunun işğaldan azad edilməsi və Azərbaycanın nəzarətinə qaytarılması bu torpaqlarda mülki işğalçılar qismində yaşayan ermənilər üçün tragikomik epizodla müşaiyət olunub.

Virtualaz.org xəbər verir ki, sovet dövrünün inzibati ərazi bölgüsünə əsasən Ağdərə ( keçmiş Mardakert) rayonunun tərkibinə daxil olan, lakin 1992-ci ildə həmin rayonunun inzibati ərazi vahidi kimi ləğv edilməsindən sonra Kəlbəcər rayonunun tərkibinə verilən Çərəktar kəndində yaşayan ermənilər kəndin Azərbaycanın nəzarətinə qaytarılacağını eşidərək evləri yandırıblar və gediblər. Lakin bu gün məlum olub ki, kənd Azərbaycanın nəzarətinə qaytarılan yaşayış məntəqələrinin sırasında yer almır.

Çərəktar kəndi daha əvvəl Ermənistan hökumətinin açıqladığı və Azərbaycanın nəzarətinə qaytarılacaq yaşayış məntəqələrinin siyahısında yer alırdı. Bu xəbəri eşidən ermənilər tələsik kənddən köçməyə başlamışdılar və Kəlbəcərdən, Ağdamdan çıxıb gedən digər qanunsuz məskunlaşdırılmış ermənilər kimi evlərə də od vururdular, yaxud evlərin dam örtüyüyünü söküb daşıyırdılar. Bu proses əslində noyabrın 12-dən başlamışdı. Dünənə qədər kənddə yaşayanların böyük əksəriyyəti əşyalarını daşıyaraq Çərəktarı tərk etmişdi. Onlar kənddə tikilmiş böyük məktəb binasını da yandırmışdılar.

“Amma indi məlum olur ki, kənd təhvil verilmir. Amma o eşşəklərdən (Ermənistan hakimiyyətində oturanlar nəzərdə tutulur,-red.) hansı indi bütün kəndin evlərinin yandırılmasına, əmlakın məhv edilməsinə və digərlərinə görə cavab verəcək? Yəqin təhsil naziri və ya iqtisadiyyat naziri günahkardır, hansı ki, artıq işdən azad ediliblər?  Və ya kəndlilər günahkardır? Lakin heç bir halda ali baş eşşək günahkar deyil. Artıq deməyə layiqli söz də tapa bilmirsən, sadəcə baxırsan və başa düşməyə çalışırsan ki, bütün bunların sonu var, yoxsa yeni “heyrətamiz” yüksəkliklər qalır…”,-Samvel Meliksetyan adlı erməni istifadəçi Facebook-da yazır.

Ağdərədəki qondarma erməni administrasiyasından dünən demişdilər ki, Çərəktar kəndində yaşayanların əksəriyyəti evləri tərk edib. Və noyabrın 24-də kənd demək olar ki, boş idi, amma orada nə Azərbaycan hərbçiləri, nə Rusiya sülhməramlıları görüməmişdi. Qondarma “administrasiya”dan deyirdilər ki, Çərəktar Vəng kəndinin yaxınlığında yerləşir və strateji əhəmiyyətə malikdir.

Çərəktar kəndi dağətəyi ərazidə yerləşib və əsası kolanı tayfaları tərəfindən qoyulub, kənddə işğala qədər həmişə azərbaycanlılar yaşayıb. 1993-cü ildə Çərəktar erməni işğalı altına düşüb, kəndin adını dəyişdirərək “çarektar” qoyublar. Dünənə qədər kənddə yüzlərlə erməninin qanunsuz yaşadığı məlum idi.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu inzibati ərazi vahidi kimi ləğv olunandan sonra rayonun yaşayış məntəqələri Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Lakin indi üçtərəfli razılaşmaya əsasən Kəlbəcərin və digər rayonların Azərbaycanın  nəzarəti altına qaytarılması köhnə sovet inzibati ərazi bölgüsü əsasında, belə görünür ki, ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudları nəzərə alınmaqla aparılır. Əks halda Ağdərə və onun kəndləri bütünlüklə Azərbaycanın nəzarəti altına keçməliydi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.01.2021, 12:08

İrəvan üçün açıq saxlanan qapı – Bakı və Ankaradan barışıq əli, ortaq “yol xəritəsi”

• 23.01.2021, 12:05

Qarabağdakı sülhməramlılarla bağlı SON MƏLUMAT

• 23.01.2021, 12:00

Rusiyalı hərbçi Ermənistanda öldü

• 22.01.2021, 15:09

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

• 22.01.2021, 14:18

Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapıldı

• 22.01.2021, 14:16

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

• 22.01.2021, 14:12

Füzulinin Qarğabazar kəndindən görüntülər

• 21.01.2021, 17:58

Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi – Tural Gəncəliyev

• 21.01.2021, 17:53

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

• 21.01.2021, 17:45

“Dostluq” yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır – Deputat

• 21.01.2021, 17:41

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

• 21.01.2021, 17:39

Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

• 21.01.2021, 17:37

Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:34

“Dostluq” yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:32

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

• 21.01.2021, 17:30

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

• 21.01.2021, 17:28

Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib

• 21.01.2021, 11:56

Regionda yolların açılması Yerevanın xeyrinə olacaq – Ermənistan baş nazirinin müavini

• 21.01.2021, 10:31

Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb

• 20.01.2021, 11:19

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

• 20.01.2021, 11:17

Ömər aşırımında şiddətli döyüşlər: baş leytenant Ələkbərov şəhid əsgərinin meyiti düşmən əlinə keçməsin deyə…

• 20.01.2021, 11:12

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

• 20.01.2021, 11:09

Qarabağa qayıdan ermənilərin sayı 50116 nəfərə çatdı

• 20.01.2021, 11:06

Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində qısa film hazırlayıb

• 20.01.2021, 10:56

“Şəhidlərimizin qanı ilə azadlığımızı əldə etdik” ÖZƏL-MÜNASİBƏT

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30