Şuşanın havadan VİDEO görüntüsü

Ətraflı

Qarabağda türk patrulu da olacaq

Ətraflı

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

Ətraflı

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

Ətraflı

Qarakənd faciəsindən 29 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus Mİ-8 helikopterinin ermənilər tərəfindən vurulmasından 29 il ötür.

Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin görüşü keçirilir. Nümayəndələr Xankəndiyə getməyə və hadisələri öz gözləri ilə görməyə razılaşırlar.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci il noyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməli idi.

1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun (69 və 72 nömrəli) yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, ikinci vertolyot – Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot təhlükəsizliyi təmin edilmədən 13:48-də birincinin yerinə havaya qalxır. Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotu ilə rabitə əlaqələri kəsilir. Bu barədə məlumat Xocavənd istiqamətinə ötürülür, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saat sonra verilir. Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.

Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.

Həmin gün Mİ-8 hərbi helikopterində həlak olan şəxslər:

 

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

– İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri

– Zülfi Saleh oğlu Hacıyev – baş nazirin müavini

– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru

– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi

– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant

– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

– Alı Mustafa oğlu Mustafayev – telejurnalist

– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü.

Onu da qeyd edək ki, o vaxt əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülmüşdü, amma bir neçə gündən sonra onun vurulması faktı təsdiqləndi.

Bununla belə, faciədən 29 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.(virtualaz.org)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 25.11.2020, 1:32

Yerevanda mitinqlər Paşinyan tərəfdarlarının həyətlərində keçiriləcək

• 25.11.2020, 1:31

Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partlatdılar

• 25.11.2020, 1:24

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu – RƏSMİ

• 24.11.2020, 20:11

Şuşanın havadan VİDEO görüntüsü

• 24.11.2020, 19:39

Füzulidən Şuşaya çəkilən yolun FOTOLARI

• 24.11.2020, 17:53

Qarabağda türk patrulu da olacaq

• 24.11.2020, 17:40

Azərbaycanda koronavirusla bağlı növbəti anti rekord – 3646 yoluxma, 34 nəfər öldü

• 24.11.2020, 15:37

Putin: “Qarabağda vəziyyət stabilləşib”

• 24.11.2020, 15:30

Qarabağda uduzan erməni generalın ÜRƏYİ PARTLADI

• 24.11.2020, 12:54

İrəvanda “köç” davam edir: Daha bir nazir getdi

• 24.11.2020, 12:52

Prezidentdən bəzi dövlət başçılarına mesaj – “Bizim işimizə burunlarını soxmasınlar”

• 24.11.2020, 10:12

Üç gün mühasirədə qalan Tabor komandiri: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”

• 23.11.2020, 21:35

Qarabağda Rusiya sülhməramlısı yaralandı

• 23.11.2020, 21:32

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

• 23.11.2020, 20:57

Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!

• 23.11.2020, 20:55

İlham Əliyev Ağdamda ermənilərin müdafiə xətlərini göstərdi

• 23.11.2020, 17:27

Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

• 23.11.2020, 17:15

Azərbaycanda daha 2187 nəfər virusa yoluxdu – 29 nəfər öldü

• 23.11.2020, 17:13

Şuşa uğrunda şəhid olan müəllim

• 23.11.2020, 14:39

Ermənilərin yeni “Nemezis” niyyəti – düşmən yeni teyleryanlar, torlakyanlar sorağında

• 23.11.2020, 14:37

Şahnazaryandan DƏHŞƏTLİ QARABAĞ ETİRAFLARI

• 23.11.2020, 14:22

Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? – Video

• 23.11.2020, 14:18

Ermənilər qisas almağa çalışsa… – Şahnazarov

• 23.11.2020, 14:15

Sərkisyan: Bizi 8 acı reallıq gözləyir

• 23.11.2020, 14:04

Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başladı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30