Ermənistanın eks-müdafiə naziri: “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”

Ətraflı

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa…

Ətraflı

Ayk Xaçikyan: “Qarabağda 6 min erməni hərbçisi ölüb”

Ətraflı

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

Ətraflı

“Əhd etmişəm, Şuşaya ayaqyalın gedəcəm…”

Bakıda məskunlaşmış şuşalılar 28 ildir doğma yurdlarına qayıdacaqları günün ümidi ilə yaşayıblar. Şuşa işğaldan azad ediləndən sonra illərdir saxıladıqları sənədləri sandıqdan çıxarıblar.

Virtualaz.org xəbər verir ki, şuşalı ailələrin sevincini Türkiyənin TRT kanalı da  işıqlandırıb.

Həsənovlar ailəsi köç üstündədir

Həsənovlar ailəsi Şuşadan köçərkən evlərinin sənədlərini, qapının açarlarını, bir də Şuşada çəkdirdikləri şəkilləri özləri ilə götürüblər. Hər il Şuşanın işğal günündə sandıqdan çıxarılan şəkillərə həsrətlə baxıblar. Ailənin başçısı Bəybala Həsənov deyib ki, gec-tez geri dönəcəklərinə inanıblar: “İnanmasaydıq sənədləri, açarları saxlamazdıq”.

Həsənov göz yaşları içərisində davam edir: “Biz Şuşaya geri dönəcəyik, bilirsiniz bu nə deməkdir? Sevincimi ifadə etməyə söz tapa bilmirəm”.

Onun sözlərinə görə, övladları ailə qurub, nəvələri Bakıda doğulub, böyüyürlər. Amma nəvələrinə Şuşa haqqında o qədər danışıb ki, qələbə xəbərindən sonra hamı bir nəfər kimi köçməyə hazırlaşır: “Şuşa havası, meşələri, dağları, buz kimi bulaqları ilə dünyada təkrarsızdır. Şuşa tarixdir, mədəniyyətdir. Buna görə də Şuşanı “Azərbaycanın ürəyi” adlandırırlar”.

Bəybala Həsənovun həyat yoldaşı Gülabə xanım isə deyir ki, doğmalarının məzarı Şuşadadır: “Bakıda evimiz, rahatlığımız var. Lakin Şuşa həsrəti heç vaxt azalmayıb, yaramız sağalmayıb. Şuşaya qayıtmaq yenidən doğulmaqdır, yaralarımızın üstü qapandı”.

Şuşaya ayaqyalın gedəcəm

Şuşalı Məhərrəmovların ailəsi də qələbə əhval-ruhiyyəsindədirlər. Hamlet Məhərrəmov deyir ki, 28 il əvvəl həyat yoldaşı Sugayət Mədətova və 3 azyaşlı uşağı ilə Bakıya pənah gətiriblər: “Şuşanın işğaldan azad ediləcəyinə inanırdım. Elə bu inam da məni yaşatdı”.

Məhərrəmov ailəsi indi köç üstündədir. Hamlet Məhərrəmov öz nəvələrinə Şuşa ilə bağlı xatirələrini danışır. Deyir ki, bir dəfə Şuşanı görən daha heç bir yerdə yaşamaq istəməz. Şuşa cənnətin yer üzündəki nişanəsidir.

“Bir gün geri dönəcəyimizi bilirdim. O gün yaxındadır, nəvələrim baba yurdlarına geri dönürlər. Mən əhd etmişəm, Şuşaya ayaqyalın gedəcəm. Allahdan ömür istəyirdim, bir də o yerləri görüm, havasını udum".

Sugayət Mədətova isə deyir ki, hərbi əməliyyatlardan bir neçə gün əvvəl Şuşanı, yaşadıqları məhəlləni yuxuda görüb: “Hər şey olduğu kimi idi, məhəllədəki ağaclar çiçək açmışdı. Elə bil Şuşada qurtarılmasını gözləyib”. Mədətovlar əşyalarını qablaşdırırlar.

Hamlet Məhərrəmov bildirib ki, bu sevinci yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə minnətdardılar.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 25.01.2021, 23:45

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır – Hikmət Hacıyev

• 25.01.2021, 12:04

29 il sonra Daşaltıda! “Daşaltı əməliyyatı”na Şuşa zəfərindən baxış – FOTOLAR, VİDEOREPORTAJ

• 25.01.2021, 11:55

Qafanda dəhşət: erməni əsgər meyitləri çürüyür… – Video

• 25.01.2021, 11:52

Atəşkəsdən 10 gün sonra şəhid olan QƏHRƏMAN

• 25.01.2021, 11:49

Ermənistanın eks-müdafiə naziri: “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”

• 25.01.2021, 9:03

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa…

• 24.01.2021, 18:54

Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

• 24.01.2021, 18:52

Ayk Xaçikyan: “Qarabağda 6 min erməni hərbçisi ölüb”

• 24.01.2021, 18:11

Rusiya Ermənistan sərhədini ələ keçirir – Tam nəzarət!

• 24.01.2021, 17:22

30 erməni hərbçinin meyiti qarşı tərəfə verilib

• 24.01.2021, 17:20

Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapıldı

• 23.01.2021, 12:08

İrəvan üçün açıq saxlanan qapı – Bakı və Ankaradan barışıq əli, ortaq “yol xəritəsi”

• 23.01.2021, 12:05

Qarabağdakı sülhməramlılarla bağlı SON MƏLUMAT

• 23.01.2021, 12:00

Rusiyalı hərbçi Ermənistanda öldü

• 22.01.2021, 15:09

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

• 22.01.2021, 14:18

Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapıldı

• 22.01.2021, 14:16

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

• 22.01.2021, 14:12

Füzulinin Qarğabazar kəndindən görüntülər

• 21.01.2021, 17:58

Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi – Tural Gəncəliyev

• 21.01.2021, 17:53

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

• 21.01.2021, 17:45

“Dostluq” yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır – Deputat

• 21.01.2021, 17:41

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

• 21.01.2021, 17:39

Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

• 21.01.2021, 17:37

Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:34

“Dostluq” yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır – Qurbanqulu Berdiməhəmmədov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30