Putin: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
"Beynəlxalq hüquqa görə Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT qarışa bilməzdi, Ermənistana heç kim müdaxilə etməmişdi".
Virtualaz.org bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində Qarabağa dair razılaşmadan danışarkən bildirib.
Rusiya prezidenti vurğulayıb ki,"Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı".