Bakı
0° C
Şuşa
0° C

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

Ətraflı

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

Ətraflı

Biz təkcə meydanda məğlub olmadıq… – Sərkisyandan şok

Ətraflı

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb – VİDEO

Ətraflı

Azərbaycan iki tərəfdən Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır – Pol Qobl

"Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən artilleriya və raket atəşlərinə tutulması Bakını cavab reaksiyası üçün təxribata çəkmək və Moskvanı münaqişəyə cəlb etmək məqsədi güdür".

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qobl “Kavkazskiy uzel” saytına müsahibəsində deyib.

Keçmiş sovet məkanı üzrə ekspert kimi tanınan Pol Qobl bildirib ki, Azərbaycanın təmas xəttindən aralıda olan dinc əhalisi üzərinə hücumlar son dərəcə təhlükəlidir: "Yerevan başa düşməlidir ki, Azərbaycan onun bu hərəkətlərindən sonra erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına ikiqat səylə çalışacaq. Məncə, Ermənistan bu addımı ona görə atır ki, Azərbaycanı cavab tədbirləri üçün təxribata çəksin. Yerevanın fikrincə, Azərbaycanın cavab tədbirləri Moksvanı münaqişə cəlb edəcək və Rusiya Ermənistana dəstək verəcək. Bu ondan xəbər verir ki, Yerevan öz mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədilə “vabank” gedişi edir”.

Pol Qobl Qarabağ münaqişəsinin çözümü tarixində 1992-ci ildə təklif etdiyi planla qalıb.

“Qobl planı” kimi tanınan bu sənəd Azərbaycana Meğri ərazisindən Naxçıvana, Dağlıq Qarabağa isə Laçın rayonu ərazisi ilə Ermənistana dəhliz verilməsini nəzərdə tuturdu.

Qobl 2019-cu ildə bu planla bağlı media suallarına cavab verərkən bildirmişdi: "Mən bu ideyanı postsovet zəmanəsinin dan yeri söküləndə vermişdim. Düşünürəm ki, bu plan o vaxt işləyə bilərdi. Amma indi o vaxtdan bəri bu planı mümkünsüz edən çox hadisələr baş verib…”

Qobl oktyabrın 10-da tərəflər arasında əldə edilmiş atəşkəsə də toxunub: "Burada qeyd etmək çox mühümür ki, Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya görə tərəflər atəşi dayandırmalı idilər. Amma qüvvələr arasında yeni təmas xətti sonrakı danışıqlar zamanı müəyyən edilməlidir. Bu mənada Yerevan və Bakı razılaşma çərçivəsində, yəni rasional hərəkət edirlər. Bu da nəzərə alınmalıdır ki, tərəflər danışıqların Moskvada müəyyən olunmuş xəttinə əməl etmirdilər”.

Politoloqun fikrincə hazırda münaqişə tərəfləri, dronlar da daxil, daha müasir silahlanıblar:"Azərbaycan ordusu çox yaxşı hazırlıqlıdır və həmişə bu məntiqdən çıxış edib ki, o öz məqsədlərinə sponsorsuz, müstəqil şəkildə çatmağa hazır olmalıdır. Ermənistanda hesab edirlər ki, Moskva Bakıya son dərəcə aqressiv hərəklət etmək imkanı verməyəcək. Taktiki hərəkətlərə gəldikdə isə, hazırda Azərbaycan şimal və cənubdan eyni vaxtda irəliləməklə Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır. Və bu, münaqişədə yeni dönüşdür. Bakı hücumun davam etdirilməsi naminə yaxşı möhkəmləndirilmiş mövqelərdən yan keçir”.

Bununla belə Qobl düşünmür ki, Azərbaycanın uğurları yalnız drionlarla bağlıdır: "Şübhəsiz ki, dronlar Azərbaycana kömək edir. Lakin Azərbaycanın uğurunu təkcə bu, müəyyən etmir. Səbəb Azərbaycan ordusunun digər növdən olan silahlarında, habelə zabit və əsgərlərin hazırlığında və ruh yüksəkliyindədir. Onlar hiss edirlər ki, hazırda Cənubi Qafqazda qüvvələr balansını dəyişmək mümkündür və bu şansı əldən buraxmaq niyyətində deyillər”.

“Kavkazskiy uzel” yazır ki, dronlardan təkcə Azərbaycan ordusu istifadə etmir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənsitanın iki dronu məhv edilib, daha ikisi tutulub. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.11.2020, 21:35

Qarabağda Rusiya sülhməramlısı yaralandı

• 23.11.2020, 21:32

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

• 23.11.2020, 20:57

Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!

• 23.11.2020, 20:55

İlham Əliyev Ağdamda ermənilərin müdafiə xətlərini göstərdi

• 23.11.2020, 17:27

Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

• 23.11.2020, 17:15

Azərbaycanda daha 2187 nəfər virusa yoluxdu – 29 nəfər öldü

• 23.11.2020, 17:13

Şuşa uğrunda şəhid olan müəllim

• 23.11.2020, 14:39

Ermənilərin yeni “Nemezis” niyyəti – düşmən yeni teyleryanlar, torlakyanlar sorağında

• 23.11.2020, 14:37

Şahnazaryandan DƏHŞƏTLİ QARABAĞ ETİRAFLARI

• 23.11.2020, 14:22

Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? – Video

• 23.11.2020, 14:18

Ermənilər qisas almağa çalışsa… – Şahnazarov

• 23.11.2020, 14:15

Sərkisyan: Bizi 8 acı reallıq gözləyir

• 23.11.2020, 14:04

Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başladı

• 23.11.2020, 14:02

Mnatsakanyan ailəsini Ermənistandan çıxarır

• 23.11.2020, 14:00

“Qarabağın məşhur müəllimləri” – Səfərəli bəy Vəlibəyov

• 23.11.2020, 13:58

Qarabağ regional ədliyyə idarəsi YARADILDI

• 23.11.2020, 13:55

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi

• 23.11.2020, 13:54

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

• 22.11.2020, 21:20

Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusu

• 22.11.2020, 20:50

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

• 22.11.2020, 20:47

Putin: “Paşinyan müharibədə israr etdi, buna görə də ermənilər Şuşanı itirdilər”

• 22.11.2020, 1:58

Ağdam məscidi işıqlandırıldı

• 21.11.2020, 17:40

Azərbaycanda yoluxanların sayı azaldı, ölənlərin isə artdı

• 21.11.2020, 17:36

İlham Əliyev Şoyqunu qəbul etdi – FOTO

• 21.11.2020, 17:33

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir – VİDEO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 1234
567891011
12131415161718
19202122232425
262728293031