Bakı
0° C
Şuşa
0° C

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

Ətraflı

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

Ətraflı

Biz təkcə meydanda məğlub olmadıq… – Sərkisyandan şok

Ətraflı

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb – VİDEO

Ətraflı

Şuşa rayonunda 01 oktyabr 2020-ci il vəziyyətə kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2020-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2020-ci ilin məhsulu üçün 01 yanvar 2020-ci il vəziyyətə 2746.8 hektar sahədə şumlama işi aparılmış, ondan 1544.5 hektarında buğda, 949.3 hektarında arpa, 61.3 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Bundan yaz əkini qurtaranadək 78.0 hektar buğda sahəsi və 505.0 hektar arpa sahəsi tamami ilə məhv olmuşdur. Beləliklə məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 1466.5 hektar buğda sahəsi və 444.3 hektar arpa sahəsi olmuşdur.

2020-ci ilin məhsulu üçün  rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 111.6 hektar sahədə tərəvəz, 5.0 hektar sahədə kartof, 20.4 hektar sahədə isə yazlıq yonca, 2.7 hektar sahədə dən üçün qarğıdalı və 13.6 hektar sahədə ərzaq üçün bostan bitkiləri (2.0 hektar qarpız, 11.6 hektar yemiş)  əkilmişdir.

Beləliklə, 2020-ci ilin məhsulu üçün 2280.2 hektar əkin sahəsi vardır. Bunun 1972.1 hektarı payızlıq, 153.3 hektarı yazlıq və 154.8 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 16.5 hektar bağ sahəsi vardır.

01 oktyabr 2020-ci il tarixə tərəvəz istisna olmaqla bütün sahələrdə məhsul yığımı başa çatdırılmışdır.

 Belə ki, bu il 1466.5 hektar buğda sahəsindən 31380.0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 890.0 sentner, yəni 2.8% az olmuşdur. Keçən il məhsuldarlıq 19.5 sentner/ha olduğu halda, bu il 21.4 sentner/ha olmuşdur.

Bu il 444.3 hektar arpa sahəsindən 5600.0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 6970.0 sentner, yəni 55.4% az olmuşdur. Keçən il məhsuldarlıq 15.7 sentner/ha olduğu halda, bu il 12.6 sentner/ha olmuşdur.

Bu il 2.7 hektar sahədə dən üçün qarğıdalı əkilsə də su olmadığı üçün məhv olmuş və məhsul əldə edilməmişdir.

Bu il 5.0 hektar kartof sahəsindən 550.0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 82.0 sentner, yəni 17.5% çoxdur. Keçən il məhsuldarlıq 78.0 sentner/ha olduğu halda, bu il 110.0 sentner/ha olmuşdur.

2020-ci il oktyabr ayının 1-i vəziyyətə 111.6 hektar tərəvəz sahəsinin 70.0 hektarından məhsul yığılmışdır. 70.0 hektar tərəvəz sahəsindən isə 11900.0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 4734.0 sentner, yəni 28.5% az olmuşdur. Keçən il məhsuldarlıq 213.3 sentner/ha olduğu halda, bu il 170.0 sentner/ha olmuşdur.

Bu il 13.6 hektar sahədə (2.0 hektar qarpız, 11.6 hektar yemiş) ərzaq üçün bostan bitkiləri əkilsə də su olmadığı üçün əkin sahəsi məhv olmuş, məhsul əldə edilməmişdir.

Bu il 175.2 hektar yonca sahəsindən 2800.0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 2690.0 sentner, yəni 49.0% az olmuşdur. Keçən il məhsuldarlıq  20.5 sentner/ha olduğu halda, bu il 16.0 sentner/ha olmuşdur.

Bu il 16.5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2020-ci il vəziyyətə məhsul yığımı aparılmamışdır.

2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün 01 oktyabr vəziyyətə 1445.0 hektar sahədə şum qaldırılmışdır.

2020-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində müsbət irəliləyişlər olmuşdur. Belə ki, 01 oktyabr 2020-ci il tarixə rayon üzrə bütün təsərrüfat kateqoriyalarında  4795 baş iri buynuzlu mal-qara, o cümlədən 2356 baş inək və camış, 35094 baş qoyun və keçi mövcud olmuşdur. Baxılan dövrdə rayon üzrə mövcud olan heyvanlar bütünlüklə  ailə kəndli və ev təsərrüfatlarında saxlanılır.

           01 oktyabr 2020-ci il tarixə mövcud olan mal-qaranın baş sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iri buynuzlu mal-qara 9 baş, o cümlədən, inək və camış 8  baş, qoyun və keçilər isə 118 baş çox olmuşdur.

         Baxılan dövrdə rayon üzrə ət istehsalı 2705.0 sentner (diri çəkidə), süd istehsalı 16695.0 sentner, yumurta istehsalı 775 min ədəd, yun istehsalı 372.0 sentner olmuşdur.

         01 oktyabr 2020-ci il tarixə mövcud olan heyvandarlıq məhsullarının istehsalını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, ət istehsalı 32.0 sentner (diri çəkidə), süd istehsalı 321.0 sentner, yumurta istehsalı 15.0 min ədəd, yun istehsalı 7.0 sentner çox olmuşdur.

         2020-ci ilin yanvar–sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 4667.7 min manat olmuşdur ki, bundan da 2196.8 min manatı bitkiçilik, 2470.9 min manatı isə heyvandarlıq məhsullarının istehsalına aiddir.

                                     Cədvəl 1

Heyvanların baş sayı                  

 

2020

2019

nisbət, faizlə

1

İri buynuzlu

4795

4786

100.2

2

O cümlədən:

İnək və camışlar

2356

2348

100.3

3

Xırda buynuzlu

35094

34976

100.3

 

 

Cədvəl 2

Heyvandarlıq məhsullarının istehsalı

 

2020

2019

nisbət, faizlə

1

Ət (sentner)

2705.0

2673.0

101.2

2

Süd (sentner)

16695.0

16374.0

102.0

3

Yumurta (min ədəd)

775.0

760.0

102.0

4

Yun (sentner)

372.0

365.0

101.9

 

 

 

 

 

 

 

                                        

 

 

Cədvəl 3

Bitkiçilik üzrə əsas göstəricilər

S/s

Məhsulun adı

 Əkin sahəsi (hektar)

Məhsul yığımı

(ton)

2020

2019

nisbət, faizlə

2020

2019

nisbət, faizlə

1

Dənli bitkilər:

1913.5

2455.6

77.9

3698.0

4584.0

80.7

 

O cümlədən

 

 

 

 

 

 

1.1

buğda

1466.5

1655.1

88.6

3138.0

3227.0

97.2

1.2

arpa

444.3

800.5

55.5

560.0

1257.0

44.6

1.3

qarğıdalı (dən üçün)

2.7

0

x

0

0

X

2

Kartof

5.0

6.0

83.3

55.0

46.8

117.5

3

Tərəvəz

111.6

103.5

107.8

1190.0

1663.4

71.5

4

Ərzaq üçün bostan bitkiləri

13.6

129.0

10.5

0

1339.2

X

4.1

qarpız

2.0

37.5

5.3

0

442.5

X

4.2

yemiş

11.6

91.5

12.7

0

896.7

X

5

Yem bitkiləri

(Yonca)

175.2

268.0

65.4

280.0

549.0

51.0

6

Yaşıl yem (xəsil)

61.3

82.0

74.8

0

0

X

7

Yaşıl yem (qarğıdalı)

0

2.0

x

0

0

X

8

Meyvə bağı

16.5

36.0

45.8

0

0

X

 

. Qeyd:  Tərəvəz  sahələrində məhsul yığımı davam edir və  meyvə  bağlarında məhsul yığımına başlanılmamışdır                                             

 

 

 

 

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi

Anar Xəlilov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.11.2020, 21:35

Qarabağda Rusiya sülhməramlısı yaralandı

• 23.11.2020, 21:32

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

• 23.11.2020, 20:57

Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!

• 23.11.2020, 20:55

İlham Əliyev Ağdamda ermənilərin müdafiə xətlərini göstərdi

• 23.11.2020, 17:27

Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

• 23.11.2020, 17:15

Azərbaycanda daha 2187 nəfər virusa yoluxdu – 29 nəfər öldü

• 23.11.2020, 17:13

Şuşa uğrunda şəhid olan müəllim

• 23.11.2020, 14:39

Ermənilərin yeni “Nemezis” niyyəti – düşmən yeni teyleryanlar, torlakyanlar sorağında

• 23.11.2020, 14:37

Şahnazaryandan DƏHŞƏTLİ QARABAĞ ETİRAFLARI

• 23.11.2020, 14:22

Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? – Video

• 23.11.2020, 14:18

Ermənilər qisas almağa çalışsa… – Şahnazarov

• 23.11.2020, 14:15

Sərkisyan: Bizi 8 acı reallıq gözləyir

• 23.11.2020, 14:04

Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başladı

• 23.11.2020, 14:02

Mnatsakanyan ailəsini Ermənistandan çıxarır

• 23.11.2020, 14:00

“Qarabağın məşhur müəllimləri” – Səfərəli bəy Vəlibəyov

• 23.11.2020, 13:58

Qarabağ regional ədliyyə idarəsi YARADILDI

• 23.11.2020, 13:55

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi

• 23.11.2020, 13:54

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

• 22.11.2020, 21:20

Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusu

• 22.11.2020, 20:50

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

• 22.11.2020, 20:47

Putin: “Paşinyan müharibədə israr etdi, buna görə də ermənilər Şuşanı itirdilər”

• 22.11.2020, 1:58

Ağdam məscidi işıqlandırıldı

• 21.11.2020, 17:40

Azərbaycanda yoluxanların sayı azaldı, ölənlərin isə artdı

• 21.11.2020, 17:36

İlham Əliyev Şoyqunu qəbul etdi – FOTO

• 21.11.2020, 17:33

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir – VİDEO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 1234
567891011
12131415161718
19202122232425
262728293031