Bakı
0° C
Şuşa
0° C

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

Ətraflı

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

Ətraflı

Biz təkcə meydanda məğlub olmadıq… – Sərkisyandan şok

Ətraflı

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb – VİDEO

Ətraflı

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa növbəti müraciətində bildirib.

“Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Ermənistan rəhbərliyinin bu yalanları bir çox ölkələrə qəbul etdirə bilməsindən təəssüfləndiyini bildirən Prezident İlham Əliyev deyib: “Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzmə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.11.2020, 21:35

Qarabağda Rusiya sülhməramlısı yaralandı

• 23.11.2020, 21:32

Rusiya Ermənistana neft məhsullarının ixrac rüsumunu ləğv etdi

• 23.11.2020, 20:57

Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!

• 23.11.2020, 20:55

İlham Əliyev Ağdamda ermənilərin müdafiə xətlərini göstərdi

• 23.11.2020, 17:27

Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

• 23.11.2020, 17:15

Azərbaycanda daha 2187 nəfər virusa yoluxdu – 29 nəfər öldü

• 23.11.2020, 17:13

Şuşa uğrunda şəhid olan müəllim

• 23.11.2020, 14:39

Ermənilərin yeni “Nemezis” niyyəti – düşmən yeni teyleryanlar, torlakyanlar sorağında

• 23.11.2020, 14:37

Şahnazaryandan DƏHŞƏTLİ QARABAĞ ETİRAFLARI

• 23.11.2020, 14:22

Ermənilər Ağdamdakı Şahbulaq qalasını niyə dağıtmayıb? – Video

• 23.11.2020, 14:18

Ermənilər qisas almağa çalışsa… – Şahnazarov

• 23.11.2020, 14:15

Sərkisyan: Bizi 8 acı reallıq gözləyir

• 23.11.2020, 14:04

Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başladı

• 23.11.2020, 14:02

Mnatsakanyan ailəsini Ermənistandan çıxarır

• 23.11.2020, 14:00

“Qarabağın məşhur müəllimləri” – Səfərəli bəy Vəlibəyov

• 23.11.2020, 13:58

Qarabağ regional ədliyyə idarəsi YARADILDI

• 23.11.2020, 13:55

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi

• 23.11.2020, 13:54

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

• 22.11.2020, 21:20

Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusu

• 22.11.2020, 20:50

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

• 22.11.2020, 20:47

Putin: “Paşinyan müharibədə israr etdi, buna görə də ermənilər Şuşanı itirdilər”

• 22.11.2020, 1:58

Ağdam məscidi işıqlandırıldı

• 21.11.2020, 17:40

Azərbaycanda yoluxanların sayı azaldı, ölənlərin isə artdı

• 21.11.2020, 17:36

İlham Əliyev Şoyqunu qəbul etdi – FOTO

• 21.11.2020, 17:33

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir – VİDEO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 1234
567891011
12131415161718
19202122232425
262728293031