Ermənilər Xankəndidən qaçıb

Ətraflı

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

Ətraflı

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

Ətraflı

Düşmənin ələ keçirilən növbəti hərbi maşınları – VİDEO

Ətraflı

Ordumuz cəbhədə xeyli irəliləməyə nail oldu – düşmən itki verdi – RƏSMİ

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.
 

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.
 

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.
 

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
 

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.
 

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.
 

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.
 

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.10.2020, 14:13

Cəbrayıl necə qurulacaq… – Baş plan, yeni evlər… – Rəsmi AÇIQLAMA

• 23.10.2020, 12:01

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır – Türkiyə hökuməti

• 23.10.2020, 11:52

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib – MN

• 23.10.2020, 11:20

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

• 23.10.2020, 8:32

Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi – RƏSMİ

• 23.10.2020, 8:27

“Qarabağ” “Makkabi”yə məğlub oldu

• 23.10.2020, 0:55

Bir daha NATO Baş katibinin Qarabağ açıqlaması haqda

• 22.10.2020, 22:18

Ermənilər Xankəndidən qaçıb

• 22.10.2020, 22:15

Putin məsələyə nöqtə qoydu: Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu, əbədi davam edə bilməz!

• 22.10.2020, 22:09

“Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır”

• 22.10.2020, 14:10

Paşinyanın müharibə çağırışı: Rusiya üçün tələ…

• 22.10.2020, 13:33

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

• 22.10.2020, 13:30

“Makkabi”nin yeni transferləri “Qarabağ”la oyunu buraxacaq

• 22.10.2020, 13:23

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

• 22.10.2020, 13:21

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

• 22.10.2020, 13:19

Ermənilər suveren Azərbaycanın sərhədləri daxilində yaşamalıdır!

• 22.10.2020, 13:17

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

• 22.10.2020, 13:15

“Putin üçün Ermənistanda hərbi bazanın olub-olmaması da o qədər vacib deyil…”

• 22.10.2020, 13:02

Düşmənin ələ keçirilən növbəti hərbi maşınları – VİDEO

• 22.10.2020, 12:13

Şuşa musiqiçiləri kitabı işıq üzü gördü

• 22.10.2020, 11:24

Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb – Hikmət Hacıyev

• 22.10.2020, 10:41

Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir – Rusiyalı politoloq

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031